Dağlıq Qarabağ 20-ci yüzilliyin 50-80-ci illərində

Keçən yüzilliyin 50-ci illərinin əvvəllərindən etibarən DQMV- nin dövlət idarə orqanlarında, təsərrüfat, mədəni-maarif ocaqlarında çalışanların böyük əksəriyyəti ermənilər idi.
Erməni ideoloqları Azərbaycan SSR-in tərkibində yaşamağın siyasi, sosial-iqtisadi cəhətdən problem olması iddiası ilə çıxış edirdilər. Halbuki, DQMV-də 20-ci yüzilliyin 50-70-ci illərində sənaye, kənd təsərrüfatı, mədəniyyət inkişaf etmişdi. Əhalinin maddi rifahı xeyli yaxşılaşmışdı. Bu dövrdə elm, təhsil, ədəbiyyat, incəsənət və kütləvi informasiya vasitələri xeyli yenilənmişdi. 1950-1970-ci illərdə DQMV-də yeni tipli məktəblər, kitabxanalar, klublar açılmış və s. mədəni yeniliklər baş vermişdir.
Davamı →

Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması

Bolşeviklər 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yarandığını elan etdilər. Şuşa, Xankəndi və Qarabağın digər şəhər və kəndləri rus qoşunlarının, erməni quldur dəstələrinin nəzarəti altına keçdi. Azərbaycanı «müstəqil» Sovet Sosialist Respublikası elan etsələr də, əslində Azərbaycan öz dövlət müstəqilliyini itirmiş oldu.
Davamı →

Qarabağda erməni separatizminə qarşı mübarizə

Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəldi. O, çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc dövlət böyük işlər gördü. Ölkənin ərazi bütövlüyünü qoruyub saxladı.
Erməni millətçiləri AXC yarandıqdan sonra Zəngəzur və Qarabağı ələ keçirməyə çalışırdı. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarını pozdu.
Davamı →

AXC-nin yaranması, Qarabağda ermənilərin azərbaycanlılara qarşı soyqırımı

1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Lakin, yeni yaradılmış «Ararat” Respublikası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı əsassız iddia irəli sürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini Respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı.
I Dünya müharibəsi cəbhəsindən qayıdan ruslar öz silahlarını ermənilərə verdi. Erməni-daşnakların əlinə böyük miqdarda silah keçdi. Bu, azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinə səbəb oldu. 1918-ci ilin mart-sentyabr aylarında ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular.
Davamı →

Qarabağ regionunda I Dünya müharibəsi illərində ictimai-siyasi vəziyyət

I Dünya Müharibəsi (1914-1918) — dünyanı yenidən bölüşdürmək, nüfuz dairəsi, xammal mənbələri və satış bazarları uğrunda böyük dövlətlərin iki koalisiyası arasında imperialist müharibəsi idi.
Cənubi Qafqazda Osmanlı və Rusiya orduları arasında döyüşlərin başlanması ilə Qafqaz cəbhəsi yaranmışdı. Qafqaz cəbhəsi Qara dənizdən Cənubi Azərbaycandakı Urmiya gölünə qədər uzanırdı. Bu cəbhədə Rusiyanın yaratdığı və silahlandırdığı erməni quldur dəstələri Anadolunun və Azərbaycanın dinc türk-müsəlman əhalisinə qarşı soyqırımı törətdilər. Bu soyqırım Şərqi Anadolunu, Şimali və Cənubi Azərbaycanı əhatə edirdi.
Davamı →

Qarabağda 1905-1906-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar

20-ci yüzilliyin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionu Yelizavetpol quberniyasının tərkibində idi (Çar Rusiyası dövründə Gəncənin adı dəyişdirilib Rus çarı I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırılmışdır]. Çarizm Qarabağ bölgəsində gəlmə ermənilərin möhkəmləndirilməsi üçün Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başladı.
Davamı →

19-cu yüzilliyin 2-ci yarısında Qarabağda mədəniyyətin inkişafı

Qarabağın tarixini onun maddi və mənəvi mədəniyyəti zənginləşdirir. Qarabağda orta əsrlərə və yeni dövrə aid çoxlu sayda maddi mədəniyyət abidələri qeydə alınmışdır. Bu baxımdan Şuşa-Pənahabad daha zəngin idi. Şəhərdə bənzərsiz memarlıq abidələri ilə yanaşı, dahi sənətkarların, görkəmli ictimai-siyasi və dövlət xadimlərinin, alimlərin abidələri yaradılmışdı. Təəssüf ki, Şuşanın nadir memarlıq inciləri — məscidlər, dahi sənətkarların abidələri və qədim məzarlar erməni vandalları tərəfindən dağıdıldı.
Davamı →

Qarabağda 19-cu yüzilliyin 2-ci yarısında kənd təsərrüfatı,sənətkarlıq və ticarətin inkişafı

Qarabağ qədimdən təsərrüfatın inkişaf etdiyi bölgələrdən biri olmuşdur. Qarabağ regionu təbii-coğrafi cəhətdən əlverişli ərazidə olduğu üçün kənd təsərrüfatı inkişaf edirdi.
Oturaq əkinçiliklə məşğul olan Qarabağ əhalisi arpa, buğda və darı becərirdi. Buğdanı saxlamaq üçün təsərrüfat quyularından və saxsı küplərdən istifadə edilirdi. Su dəyirmanlarından taxıl məhsullarının emalı üçün geniş istifadə olunurdu.
Qarabağda ucsuz-bucaqsız bağlar var idi. Bu bağlarda hər növ meyvə, xüsusilə əncir, zeytun, yunan qozu, nar, üzüm, alma, ərik və şaftalı yetişdirilirdi. Qarabağda çoxsahəli oturaq əkinçilik ilə bərabər yarımköçəri maldarlıqla da məşğul olurdular. Qarabağın yüksək alp çəmənliyi və çay hövzələri maldarlığın və atçılığın inkişafına mühüm təsir göstərirdi. Burada yerli Qarabağ at cinsi bəslənirdi.
Davamı →

19-cu yüzillikdə ermənilərin Qarabağ ərazisinə köçürülməsi

Rusiya imperiyası hələ 18-ci yüzillikdən Qafqazı öz təsiri altına keçirməklə öz iqtisadi maraqlarını təmin etmək istəyirdi. Bu məqsədlə geniş hərbi fəaliyyətə başlayan Rusiya 19-cu yüzilliyin birinci yarısında istəyinə nail oldu.
Azərbaycan xanlıqları na qarşı işğalçı hücumlara başlayan Rusiya Car-Balakən camaatlığını (1803-cü il) və Gəncə xanlığını (1804-cü il) işğal etdi.
1806-cı il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə yetirildi. İbrahimxəlil xanı öldürdükdən sonra mayor Lisaneviçin hərbi rütbəsi artırıldı.
Davamı →

Qarabağ regionu yazılı mənbələrdə

Yazılı mənbələr Qarabağ ərazisinin qədim vilayətlərinin — Uti, Arsak, Paytakaran və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və əhalisinin mənşəyi barədə qısa da olsa məlumat verir.
Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox hidronimlərindən, o cümlədən Kür çayı və onun qollarından bəhs edir. Yeni eranın II əsrində yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın adını çəkir.
Davamı →