Həsənqulu Qasımov

 Həsənqulu Qasımov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Həsənqulu Qasımov 1969-cu il İyunun 9-da Qubadlı rayonunun  Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.


Ardı →

POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

Rövşən Cavadov

Yazı Rövşən Cavadovun xatirsinə yazılıb.

Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Ölümündən sonra da elə bil onu qısqanırlar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür.


Ardı →

Salam Ata

Salam Ata! Necәsәn? Mәn yenә әvvәlki kimiyәm.Yenә hәr tәrәf soyuqdu.Qış gәlib.Hәr tәrәf qara bürünüb.Sәndәn 20 il әvvәl ayrılandan sonra sәnә çox mәktublar yazmışam.Görünür sәn onları oxumamısan.Ona görә cаvаbsız qalıb,ya da məktublarım sәnә çatmayıb.Bәlkәdә mәni qәbul etmirsәn.Nә olar,belә etmә! Özümü pis hiss edirәm.Nә vaxtdan ki, sәn mәni atdın mәn onların dilindә danişmağı öyrәndim.
Ardı →

Yolüstü söhbət


— Görən yenə Şuşanın bal dadırmı havası?
— Tərtərin nəğməsinə görən kim qulaq asır?
— El gedəndən Həkəri necə boğur hirsini?
— Yazılı daşlarımız kimə verir dərsini?
— Bizləri unutdumu görən Göyçə, Zəngəzur?
— Təbriz niyə danışmır, Ərdəbil niyə susur?
— Bu ehkam dağılanda qatmazlar ki aranı?
Ardı →

Qarabağ müharibəsi ilə əlaqədar bəzi çıxarışlar

  • Hərb
Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.
Davamı →

«Qarabağ» futbol klubunun yaranma tarixi

1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klubun da peşəkar bir idman təşkilatı kimi formalaşdırılmasında ciddi işlər görüldü. Yarandığı gündən sonra bir müddət «Məhsul» adı çıxış edən «Qarabağ» ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il klub çempionatı 4-cü yerdə başa vurub. «Qarabağ» 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəni 1968-ci ildə 2-ci yeri tutmaqla qazandı. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə «Qarabağ» yenidən «Şəfəq» adı ilə bərpa edildi. Elə həmin il «Şəfəq» Azərbaycan çempionatının 2-ci dəstəsində yarışdı. «Şəfəq» 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi oldu. 1982-ci ildən 1982-ci ilə qədər isə klub «Kooperator» adı ilə yarışlara qatıldı.
Ardı →