Yaşlanmanın 8 əlaməti

Bioloji yaşlanma dövründə orqanizmdə yaxşıya doğru heç bir proses baş vermir”.
Bu fikri İspaniyadakı Milli Onkoloji Araşdırmalar Mərkəzinin həkimi, yaşlanma əlamətləri üzrə tədqiqatlara dair hesabatların müəlliflərindən biri olan Manuel Serrano ifadə edib. Bu tədqiqatların nəticəsində məməli canlılar, o cümlədən insan orqanizmində yaşlanma prosesinin aşağıdakı doqquz əlaməti müəyyən olunub:

Birincisi, dezoksiribonuklein turşusu (DNT) — yəni hüceyrələr arasında əlaqə yaradan genetik kodumuz pozulmağa başlayır və xüsusi fəaliyyət üçün yaranan kök hüceyrələri də təsiri altına alır. Bu proses onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olur.
Davamı →

Klimaks (menopauza)

Klimakteriya qadınların həyatının çox böyük dövrünü əhatə edir. Qadın həyatının təqribən üçdə bir hissəsini klimakteriya vəziyyətində keçirir. Özü də bu, qadın həyatının ən yaxşı dövrünə düşür. Bu vaxt qadın peşəkar baxımdan formalaşmış, uşaqları artıq böyümüşdür, onlara daimi himayə göstərmək tələb olunmur, bir sıra başqa qayğılar da geridə qalmışdır. Lakin bu dövrdə baş verən klimakterik əlamətlər (tərləmə, nevroz və istilikgəlmə əlamətləri və s.) qadınlarda narahatlıq və diskomfort yaradır. Bəzi qadınlar bu dövrdə onların həyatında baş verən dəyişikliklərə — gecələr tərləmə, yuxunun pozulması, dərinin büzüşüb yığılması kimi əlamətlərə məhəl qoymur, bunları labüd təbii hal kimi qəbul edirlər. Bu hallarda həkimə müraciət etmək və bu əlamətlərin səbəbini aydınlaşdırmaq lazımdır.
Ardı →

Dərinin qocalması

Çox təəssüf ki, dərinin qocalmasını geri döndərmək mümkün deyil. Bu prosesi ancaq və ancaq ləngitmək olar. Plastik cərrahiyyə əməliyyatları və kosmetik vasitələr qocalmanın qarşısını alan ən effektli, eyni zamanda ən bahalı vasitələrdir. Amma bunlarsız da keçinmək olar.
Ardı →

Qadın gözəlliyi və yaş

Barbra StreyzandÇirkin bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi olmusunuzmu? Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik. Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər? Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var!
Ardı →