Subay qalmaq qorxusu

Anuptafobiya – bu fobiya evlilik fobiyasına bənzəyir.

Bu fobiya xarici hadisələrlə daxili vəziyyətlərin birləşməsindən yaranır. Subay qalmaq fobiyası sosial fobiyanının bir növü olub, travmalardan və təcrübələrdən qaynaqlanır. Hələ ki, bu fobiyanın səbəbləri tapılmasa da, bildirirlər ki, irsiyyət, həyat təcrübəsi nəticəsində beyində formalaşan düşüncələr bu xüsusi fobiyanın səbəbi ola bilir.

Anuptafobiyanın təbiəti
Bir çox insan tək qalmağa nifrət edir. Onlar subay və «qarımış» olmaqdan qorxurlar. Onlar işdən sonra evə qayıdarkən evdə heç kimləri olmamasından qorxurlar.
Boş otaqlar və boş yataq onlara təsir edir. Bu faktdır ki, həyatlarındakı boşluq onları çox narahat edir. Bu anuptafobiyanın bir üzüdür. Bəziləri səhv insanla evlənməkdən qorxduqları üçün həyatdan izolyasiya olunurlar. Onlar heç kimə etibar etmirlər. Bu zamanla gamfobiyaya (evlilikdən qorxmaq) çevrilir.


Davamı →

Qorxularınızla mübarizə aparın

Qorxu əslində bir enerjidir və istəklərə çatmaq üçün qorxularla mübarizə aparmaq lazımdır. 
Bəzən dünya insanlara çox qorxunc bir yer kimi görünür. Maddi sıxıntılar, dəyişən iqlim şərtləri, müharibələr hamının qorxuları arasında yer alır. Eyni zamanda bunlar insanları çox yorur. Məqsədlərə çatmaq üçün qorxulardan yaxa qurtarmaq lazımdır. 

Duyğusallıqdan xilas olmaq üçün idmanla məşğul ola bilərsiniz. qorxular

Qorxularınızı qəbul edin.
Bunun fərqində olmaq sizə seçim şansı verir. 

Bədəninizdəki qorxu mərkəzini bəlli edin.
Bu mədəniz, çiyniniz, ya da ağırlıq hiss etdiyiniz hər hansı bir yer ola bilər. 

Qorxu orqanını düşünərək dərin nəfəs alın.
Beləcə rahatlayıb gərginliyi ata bilərsiniz. Nəfəs verərkən qorxunuzu bədəninizdən atdığınızı və içinizdə huzur olduğunu düşünün. 

Gün ərzində davamlı olaraq su için. Deyilənlərə görə, su pis fikirlərin atılmasına kömək edir və insanı sakitləşdirir. 

Özünüzə davamlı olaraq dəstək verən, ruhlandıran və casarətli edən sözlər deyin.
Özünüzün ən yaxşı dostu olun və sevdiyiniz dostlarınızla necə davranırsınızsa, özünüzlə də elə davranın. 
Ardı →