Övladımda revmatoloji xəstəlik varmı?

Revmatizm — ürək-damar sistemini, oynaqları və bəzi digər orqanları zədələyən infeksion-allergik xəstəlikdir. Adətən, uşaq tərəfindən keçirilmiş streptokokk infeksiyası (əksər hallarda “angina” — badamcıqların iltihabı) nəticəsində əmələ gəlir. Bədənin soyuqlaması və uşağın immunitetinin zəifləməsi də xəstəliyin inkişaf etməsində böyük rol oynayır.
Xəstəlik, keçirilmiş “anginadan” 2-3 həftə sonra kəskin şəkildə başlaya bilər. Xəstəliyin ilk əlamətləri — yorğunluq, hərarətin qalxması, oynaqların (daha çox diz, topuq və bilək oynaqlarının) ağrılı və şişkin olmasıdır. Revmatizm əleyhinə preparatlar qəbul edildikdən sonra bu simptomlar tezliklə aradan qalxır.

Davamı →

Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi

İstənilən vəziyyəti ilə səciyyələnən, oynaqlarda ağrı və iltihabı, revmatizm kimi məlumdur. Bu xəstəliyin simptomu daha geniş yayılmış mönkəm ağrı və xoşagəlməz keylikdən ibarətdir.
Revmatizmdən əziyyət çəkən insanlara həkimlər çox vaxt dərmanlar və maz və müxtəlif preparatlar yazırlar, amma elə vaxt olur ki, onların heç biri kömək etmir. Beləolan halda alternativ bir yola, xalq təbabətinə müraciət etmək daha yaxşı effekt verər!Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi
İnqrediyentlər:
  1. 1litr təmiz,saflaşdırılan su
  2. 250 q quru qarayonca
  3. 2 kq bal

Hazırlanma qaydası:
Bir saat ərzində suda zəif odda qarayoncanıqaynadırıq, həlim bir az soyuduqdan sonra, bal əlavə edin.
Qoyun tam soyusun.
İstifadə qaydası:
Yeməkdən sonra, iki xörək qaşığı gündə üç dəfə qəbul edilir. 

Mənbə: ahlibeyt.ge
Davamı →

Xalq təbabəti ilə Revmatizmin müalicə üsulları

Revmatizm (kəskin oynaq revmatizmi) streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir.

Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər.

Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm — A qrupundan olan β-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.
Streptokok infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir.
Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.


Ardı →