İndi yanımda deyilsən

İndi yanımda deyilsən… Uzaq yerlərdən gələcəyinə əminəm və gözləyirəm… Bütün həyatım boyu sənin yolunu gözləmişəm, gələcəynə əminəm… Məni tək qoyub getdiyin günləri unuda bilməyə-bilməyə yenədə səni sevirəm..
Bu sözləri sənə sənsiz qaldığım günləri bir daha yaşamaq üçün deyirəm… Bilirəmki gələcəksən, bilirəmki mənə qarşı hisslərin hələdə ölməyib… Əgər məni hələdə sevirsənsə qayıt gəl… Məni xoşbəxt edə biləcəyinə çox insan inanır amma mənim yalnız səninlə xoşbəxt olacağıma heç kim inanmır, çox yalnızam, həmdə çox..
Hər kəs mənə qarşı haqsızdır, məni heçkim anlamır… Səni sevdiyimə heç kim inanmır… Qayıt gəl!.. Sənsiz həyatım sənki qaranlıq bir otaqdır… Səni ancaq yuxularda görürəm, real olmasını çox istərdim...
Hər günüm yollara baxaraq keçir, sənin yolunu gözləyirəm… Mən hər gün sənə görə göz yaşlarımı axıdıram, görəsən səndə mənə görə ağlayırsanmı?.. Əminəm ki, mənim üçün çox darıxmısan, məni görmək üçün hər şey edərsən… Amma bu nə səndə alınır nədə məndə..
Mən hər zaman səni gözləyəcəm, sənin gələcəyinə çox inanıram..
Səni səndən çox sevirəm, mənim əziz sevgilim..
Davamı →

Sadəcə oxuyun

Başımı aşağı saldım, pessimist dediniz.
Dik tutdum, optimist dediniz.
Getmək istədim, qorxaq dediniz.
Getmədim, qaldım. Onda da boş inad dediniz.
Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.
Göz yaşlarımı qurudub gülməyə başladım, bivec dediniz.
Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun dediniz.


Ardı →

Can Yücelin dilində sevgi anlamı...

  • Sevgi

Sənin üçün “qadağa” dedilər.
-qadağalar onu pozmaq üçündür,dedim.


Sənin üçün “imkansız” dedilər.
-önəmli olan imkansızı bacarmaq,dedim.


Sənin üçün “olmaz” dedilər.
-dünyada olmayacaq şey yox,dedim.


Ardı →

Sənə görə! | Hüseyn Abdullayev

İstəyirəm ki,olanlar qəlbimdə sirr kimi qalsın,
Bəzi sözlər vardır ki,hər kəsə açıb demək olmur,
Odur ki,sən də soruşma səbəbini,söyləmərəm,
Onsuzda söyləsəm artıq heç bunların mənası yox,

Gəl bunları biz unudaq birdəfəlik.
İstərsən,qəlbimdən silim acıları,
Ardı →

Siqaret və Sən

Siqaretin sağlamlığa ziyan olduğunu, ömrü azaltdığını deyirdilər.Sən də daim bunu mənə xatırladırdın, əgər xətrimi istəyirsənsə at bu «zibili» deyirdin.Mən də hər dəfə «yaxşı,gülüm, ataram» deyirdim.Fikir vermişdinsə heç vaxt yanımda olarkən səni «zəhərli» siqaret tüstüsü ilə narahat etməmişdim.Sən yanımda olanda buna ehtiyacım olmurdu çünki...Siqaretin sağlamlığımı məhv etməsi məni zərrə qədər də qorxutmurdu.Axı mən siqareti sən yanımda olmayanda içimə çəkirdim, içdən və sevə-sevə...İçimə çəkdiyimin, ciyərlərimi parçalayanın tüstü yox, həmişə sən olduğunu düşünərdim.Səni içimə çəkməkdən, məndə olduğunu düşünməkdən gözəl nə ola bilərdi axı?..Amma son zamanlar mən də siqaretin zərərli olduğunu fikirləşirəm.Buna səbəb heç də onun görünən zərərli təsirləri deyil.Sadəcə, artıq çəkdiyim siqaret, içimə aldığım tüstü əvvəlki kimi səni də içimə çəkməyə imkan vermir...Əksinə, hər dəfə ağız boşluğumdan ciyərlərimə kimi aramla dolan tüstü indi heç də gəldiyi kimi geri qayıtmaq istəmir.Qayıdarkən ürəyimə də toxunur tüstü, səni xatırladır...Bu xatırlatma hər dəfə sanki ürəyimdən bir bağ qoparır, səni ürəyimə həbs elədiyim bağlardan birini...Mən bir gün o bağların hamısının qırılıb qurtaracağından qprxuram gülüm, sənin o bağların arasından siqaret dumanı ilə birlikdə bir gün xilas olacağından qorxuram...Bir zaman inadla atmağımı təkid elədiyin siqareti bir gün sənin xəbərin olmadan, elə sənin xatirinə tərkedəcəm.Ruhumu parçalasan da məndən xilas ola bilməyəsən deyə…
Davamı →

Eşq nədir?...

Orhan Pamukun «Yeni Həyat» romanında eşq haqqında söylədikləri:


Eşq təslim olmaqdır.Eşq eşqin səbəbidir.Eşq anlamaqdır.Eşq bir musiqidir.Eşq və böyük ürəy eyni şeydir.Eşq küsəyən ruhun güzgüyə baxmağıdır.Eşq keçicidir.Eşq heç bir zaman peşmanam sözünü deməməkdir.Eşq bir kristallaşmadır.Eşq səxavətli olmaqdır.Eşq bir saqqızı bölüşməkdir.Eşq naməlumluqdur.Eşq boş sözdür.Eşq Allaha qovuşmaqdır.Eşq bir ağrıdır.Eşq mələklə göz-gözə gəlməkdir.Eşq göz yaşlarıdır.Eşq telefon zəng çalacaq deyə gözləməkdir.Eşq bütöv bir dünyadır.Eşq kinoda əl-ələ tutmaqdır.Eşq bir sərxoşluqdur.Eşq bir canavardır.Eşq ürəyin səsini eşitməkdir.Eşq qutsal bir sakitlikdir.Eşq mahnıların mövzusudur.Eşq insanın simasını dəyişdirir.Eşq birinə möhkəm bağlanmaq, onunla eyni yerdə olmaq arzusudur.Onu qucaqlayaraq, bütün dünyanı kənarlaşdırmaq arzusudur.İnsanın ruhuna etibarlı bir sığınacaq tapmaq istəyidir.


 


P.S Əsər çox maraqlı əsərdir, əgər oxumamısınızsa oxumağınız məsləhətdir.


Davamı →

Rəqs edən təbiət

Başımız bəzən həyatın qayğılarına elə qarışır ki, gözümüzü qaldırıb, bu nazlı, rəngarəng təbiətin gözəlliyini görə bilmirik. Kimi ailə-məişət işlərində, kimi təhsildə, kimi işə tələsir, kimi karyera qurur və s., və i.a. Bunlar hamısı təbiidir. Belə də olmalıdır. Amma bu işlərlə vaxt ötürə-ötürə axı ətrafımızdakı gözəllikləri nəzərdən salmamalıyıq. Onları da dəyərləndirməliyik. Heç olmasa öz gözümüzü bu nəfis, təravətli gözəlliklərlə ərköyünləşdirməliyik, ya yox?! Məncə belə olsa heç də pis olmaz.


Ardı →