Van Qoq sindromu

Van Qoqda şəxsiyyətin ikiləşməsi hiss olunurdu – o, ailə və uşaqlar haqda arzulayırdı, lakin özünü incəsənətə həsr etmişdir. Psixi xəstəliyi ömrünün son illərində özünü daha çox biruzə verirdi: Van Qoq gah güclü ağıl çatışmazlğı sindromları keçirirdi, gah da, çox məntiqli və ağıllı düşünürdü. Rəssamın psixi xəstəliyində sirli məqamları çox idi. Məlumdur ki, psixi sarsıntılar zamanı rəssam əsəbi olurdu, boyaları yeyirdi, saatlara otağında qaçır və donub yerində dayanırdı. Van Qoqun öz sözlərinə görə, o, həmin zaman çəkəcəyi rəsimləri görürdü.

Həkimlərin rəssamın xəstəliyi haqqında fikirləri müxtəlif idi. Feliks Rey hesab edirdi ki, Qoq, epilepsiya xəstəsidir. Sen – Remi psixiatrik klinikasının həkimi Peyrom düşünürdü ki, rəssam kəskin ensefalopatiyadan əziyyət çəkir. Rəssamda psixozun yaranma səbəbi qəbul etdiyi absent (alkoqollu içki) idi. Bu maddə insanın orqanizminə daxil olanda əsəb sinirlərinə toxunur və psixi xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayır.
Davamı →

Copgras sindromu

Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar; şizofreniya, depressiya və psixoz kimi məhşur sindromlardan önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilmişdir.

Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə almışdır. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox maraq yaratmışdır. Sindromun əsası bundan ibarətdir; şəxs ətrafinda olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur.
Davamı →

Stendal sindromu

Stendal sindromu psixoloji pozulma hesab olunur. Tez-tez ürək döyüntüsünün artımı, baş fırlanması, hallusinasiya halları bu sindromun xarakterik cəhətidir. Sindromun simptomları yalnız mədəniyyət obyektlərində deyil, həm də təbiətin hədsiz gözəlliyindən də ortaya çıxa bilir: bunlara təbiət hadisələri, heyvanlar, inanılmaz dərəcədə gözəl olan qadın və kişilər daxildir.

Sindrom necə əmələ gəlib?
Sindrom öz adını XIX əsrin məşhur fransız yazıçısı Stendalın ismindən götürülüb. Yazıçı 1817-ci ildə “Neapol və Florensiya: Milandan Recioya səyahət” kitabında Florensiyaya gəlib çıxdığını duyğusallıqla qələmə alıb:
Davamı →

"Duyğu aclığı" sindromu


Qidaya yüksək aclıq hissi ilə yanaşan insanlar stolda, soyuducuda və ehtiyatda olan qidaları yeməyincə özlərini yaxşı hiss etmirlər. Ətrafınızda kimsə yemək yedikdə ac olmadığınız halıda belə nəsə yemək istəyirsiniz, televizor qarşısında sıx-sıx yemək yeyir, gecələr yatarkan yerinizdən qalxıb, özünüzü soyuducunun qarşısında tapırsınızsa, siz yeni bir psixoloji sindiromla qarşı-qarşıyasınız.

Psixoloqların fikirincə, əslində bu mədədəki, aclıq hissindən deyil “duyğularınızın aclığ”ından dolayı baş verir. Bu sindiromdan əsasən iş həyatından narazı olan, dostları ilə münasibətləri korlanan, sevgidə bəxti gətirməyən, maddi durumu yerində olmayan insanlar əziyyət çəkir.
Davamı →

Katatonik sindromlar

Katatonik oyanma sindromu, səbəbsiz, məntiqsiz və pərakəndə (bəzən stereotip) formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halına deyilir. Xəstənin xarici görünüşü qeyri-təbii, yöndəmsiz, nitqi isə anlaşılmaz olur. Hər şeyi əksinə etmək-neqativlik qeyd olunur. Məsələn: xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır.

Oyanma halı bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Bəzən isə yersiz və gülünc formada meydana çıxır. Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər.


Ardı →

Emosional (affektiv) sindromlar

emosional sindromlarManiakal sindrom əhvalın səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) sürətlənməsi ilə xarakterizə olunan haldır. Bu tip insanlar özlərini çox şən və çevik aparırlar. Müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir sıra hallarda maniakal sindrom özünüböyütmə ideyaları ilə birlikdə müşahidə olunur. Onlar özlərini güclü, istedadlı adamlar kimi qələmə verir. Lakin onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli sürürlər. Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya).

Maniakal sindrom MDP (Maniakal Depressiv Psixoz)-nin maniakal fazasında və dövri (sirkulyar) psixozda, bəzən isə toksik hallarla əlaqədar meydana çıxa bilər.

Depressiv sindrom maniakal sindromun əksinə olan əlamətlərlə; fəaliyyətin enməsi, hərəkətlərin və nitqin tormozlanması ilə xarakterizə olunur. Xəstələr bütün günü qəmgin halda başlarını aşağı dikərək çarpayıda oturur. Ətraf mühitdə olan əşyalar solğun, adamlar məyus görünür.


Ardı →

Kişilərə aid psixoloji sindromlar

Boss sindromu – deyə bilərik ki, anadangəlmə xarakter daşıyır və valideynlər qeyri-ixtiyarı uşaqlarda bu “ağa” hissini inkişaf etdirir, “yumuşaqlıq” xüsusiyyətlərinə  qarşı isə ikrah hissini yaradırlar. Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı dəhşətli qısqanclıq və paxıllıq hissi keçirirlər. Bu sindromdan azad olmaq demək olar ki, mümkün deyil.
Davamı →

Qeyri-adi sindromlar

Paris sindromuLima Sindromu: Lima sindromu Stokolm sindromunun tam əsirlikdə güclü tərəfin zəif tərəfə simpatiyasıdır. Səbəbkar hadisə Limada(Peru) MRTA (Tupac Amaru İnqilabi Hərəkatın)-nın14 üzvünün yüzlərlə (içlərində diplomatlar, hərbçilər, dövlət işçiləri, həmçinin gələcək Peru prezidenti və mövcud prezidentin anası da olan) yığıncaq iştirakçısını əsir alması hadisəsi ilə bağlıdır.(17dekabr-22 aprel 1997)

Daha sonra əsirləri xilas edərkən dəstə üzvlərinin xilas etmə işlərinin lazımsızlığını göstərən reaksiyaları sindromun tərifini verir.  Bir neçə aylıq müzakirələr   və öldürülən birindən başqa digərləri azadlığa buraxılır.

Diogen sindromu: Məşhur yunan filosofu, şərab çəlləyində yaşamışdı və nihilizm və animalizm ideyalarını yaşa(y/d)ırdı. Əhvalata görə, Makedoniyalı İsgəndər ondan nə istədiyini soruşanda günəşin qabağından çəkilməyini cavabını verir.

Diogen sindromu daha çox sahibsizlik, özünə laqeyd münasibət hiss etmə hallarını təcəssüm etdirir. Daha çox yaşlı insanlarda müşahidə olunur. Diogenin səfil həyatı yaşayır, təmizliyinə necə riayət etməsi haqqında heç bir məlumat yoxdur.


Ardı →

Terner sindromu

Yəqin ki, hamınız cinsiyyətsiz — neytral insanların varlığı haqqında eşitmisiniz. Belə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır.
Ardı →

Daun sindromu

Normal halda insanların bədən hüceyrələrinin hər birində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Cinsi hüceyrələr birləşərkən yeni orqanizmin 46 sayda olmaqla xromosom dəstini əmələ gətirirlər.Bəzi hallarda yeni orqanizmin xromosom dəstinin sayında dəyişiklik (normal saya nisbətən azalma, artma, xromosomların fraqmentlərinin itirilməsi və s.) baş verir. Statistik məlumatlara əsasən xromosom saylarının anomaliyası olan belə ruşeyimlərin 60%-i doğuşa qədər məhv olurlar. Belə xromosom dəsti ilə doğulanlarda isə əksər hallarda müxtəlif inkişaf qüsurları, zehni zəiflik və s. çatışmazlıqlar təsadüf edilir.


Ardı →