Sovet İttifaqında Ölkənin sosial-iqtisadi vəziyyəti

60-cı illərin ortalarına doğru Sovet İttifaqında əhalinin ərzaq məhsulları, yüngül sənayeni kənd təsərrüfatı xammalı ilə təmin edilməsi sahəsində ağır vəziyyət yaranmışdı. Kənd təsərrüfatı sahəsində ölçülüb-biçilmədən tətbiq olunan eksperimentlər 1953-1958-ci illərdə əldə edilən naliyyətləri heçə endirdi. Heyvandarlıq sahəsi ağır zərbə aldı, SSRİ xaricdən taxıl almağa məcbur oldu. Yeni hakimiyyətin qarşısında duran əsas vəzifə iqtisadi islahatları davam etdirmək idi.

Davamı →

Mədəni inqilab – Sovet İttifaqı cins şalvarı və rok-n-rollu necə kəşf etdi?

Qərb və Sovet ittifaqı bir-birini öyrənmək şansını nəhayət ki, 1957-ci ildə Moskvada keçirilən Dünya Gənclər və Tələbələr Festivalında əldə etdi. Burada təkcə Sovetlər Qərb sivilizasiyasının məziyyətlərini öyrənmədi, amerikalılar və avropalılar da Dəmir Pərdənin arxasında “qırmızı şeytanlar”ın deyil, sıravi insanların yaşadığını gördülər.

Davamı →

Jukovun diz üstə çök əmri və Beriyanın çöküşü

Stalinin ölümündən 1 saat 10 dəqiqə qabaq Sov.İKP MK Rəyasət Heyətinin Büro iclası keçirildi və orada təşkilati məsələlərə baxıldı. Qəbul edildi ki, “Sov.İKP MK-nın iki orqanından biri – ya Rəyasət Heyəti, ya da Rəyasət Heyətinin Bürosu qalsın. Partiyanın nizamnaməsinə uyğun olaraq bir orqan-Sov.İKP MK-nın Rəyasət Heyəti qaldı”. İclasdan qabaq Xruşşov Malenkova təklif etdi ki, “bundan sonra necə yaşamağımız haqqında söhbət edək”. Ancaq əvəzinə soyuq rədd cavabı aldı: “İndi nə danışmaq olar? Hamı gələr, onda danışarıq. Bunun üçün yığışırıq”.
Davamı →

SSRİ və Şərqi Avropa ölkələri

İkinci Dünya müharibəsindən sonra SSRİ-də Stalinin totalitar rejimi daha da gücləndi. Hər cür azadlıqların məhdudlaşdırılması, Kommunist Partiyasının diktaturası, iqtisadiyyat və mədəniyyət üzərində dövlət nəzarəti bu rejimin mahiyyəti idi. 1953-cü ildə Stalinin ölümündən sonra sovet cəmiyyətində tədricən yumşalma prosesi başladı.

Müharibə Sovet İttifaqına böyük iqtisadi zərbə vurmuşdu. Şəhərlər, kəndlər dağıdılmış, sənaye müəssisələri və kənd təsərrüfatı böyük zərər görmüşdü. Dördüncü beşillik planın (1946–1950) məqsədi ölkə iqtisadiyyatının bərpa edilməsi idi.


Davamı →

1940-cı illərin ikinci yarısı-80-ci illərdə SSRI-də mədəniyyət

İkinci dünya müharibəsi SSRİ mədəniyyətinə ağır zərbə vurmuşdu. Minlərlə məktəb, ali və orta ixtisas müəssisələri, muzey, maddi və mədəniyyət abidəsi dağıdılmışdı. Çoxsaylı istedadlı alim, bədii yaradıcılıqla məşğul olan ziyalı, incəsənət xadimi, mütəxəssis müharibədə həyatını itirərək mənəvi həyatdakı yerlərini tuta bilməmişdi. Xalq üçün əsl imtahan olan 1941- 1945-ci illər müharibəsi onların ən yaxşı keyfiyyətlərini üzə çıxardı. Müharibənin qələbə ilə başa çatması adamların nikbin əhval-ruhiyyəsilə müşayiət olunur, onlar azad və layiqli həyat arzulayırdı.

Lakin cəmiyyət üzərində nəzarətin zəiflədilməsi ölkənin partiya və dövlət rəhbərliyinin planına daxil deyildir. Odur ki, Stalin epoxası üçün xarakterik olan mədəniyyətin böhranını səciyyələndirən yeni repressiya dalğası başladı. Müharibə illərində cəmiyyətin düşünən beyni ziyalılar üzərində nəzarəti müəyyən ölçüdə itirən partiya və hökumət total qorxu şəraitini bərpa etmək məqsədilə yaradıcı ziyalıların fəaliyyətinə təzyiqi artırdı.


Davamı →

“Yenidənqurma”. 1985-1991

1985-ci il martın 10-da K.U.Çernenkonun ölümündən sonra M.S.Qorbaçov Sov.İKP MK-nın Baş Katibi seçildi. Qorbaçov Mixail Sergeyeviç 1931-ci ildə Stavropol diyarının Privolno stanitsasında (kazak kəndi) anadan olmuşdur. Orta məktəb illərində əmək fəaliyyətinə başlayan M.Qorbaçov MDU-nin Hüquq fakültəsini və Kənd Təsərrüfatı institutunu bitirmişdir. Mərkəzi komsomol və partiya orqanlarında rəhbər vəzifələrdə çalışan M.Qorbaçov Sov.İKP MK-da aqrar siyasət üzrə işə cəlb edilmişdir. 1980-ci ildən Siyasi Büronun tərkibinə daxil olan M.S.Qorbaçov K.U.Çernenkonun ölümündən sonra A.A.Qromıkonun təşəbbüsü ilə gənc, dinamik lider kimi Baş Katib seçildi. Ölkə tarixində onun üzərinə çətin islahatçı rolu düşdü. Onun bütün fəaliyyəti ardıcıl və qabaqgörən olmasa da məhz M.Qorbaçov mövcud hakimiyyət strukturuna savaş açdı. Onun kosmetik xarakterli yarımçıq islahatları köhnə sistemin dağılmasını daha da sürətləndirdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra M.S.Qorbaçov istefaya gedərək özünün qurduğu Fond vasitəsilə fəal ictimai-siyasi iş aparırdı.


Davamı →

SSRİ 1960-cı illərin ikinci yarısı - 80-ci illərin ortalarında

N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın Birinci katibi (1966-cı ildən Baş Katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur. Qazaxıstan KP MK-nın birinci katibi kimi xam torpaqların mənimsənilməsində iştirak etmiş, 1960-cı ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilmişdir.


Davamı →

İki dünya müharibəsi arasında sovet xarici siyasəti

Sovet rejimi qurulduqdan sonra, 1918 — 1920-ci illərdə sovet xarici siyasətinin başlıca istiqamətini sovet hakimiyyətini yox etmək istəyən daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq və dünya kommunist inqilabi ideyasına ümid bəsləmək təşkil edirdi. Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə qurtardıqdan sonra Sovet dövləti öz beynəlxalq münasibətlərini qaydaya salmağa, tədricən dünya birliyinə daxil olmağa başladı. Bununla yanaşı, o dünya inqilabi hərəkatının mərkəzi olmaq ideyasından da əl çəkməmişdi. Bu ikililik xarakteri xarici siyasətdə də özünü göstərirdi. O, bir tərəfdən xarici ölkələrlə münasibətləri qaydaya salmağa, digər bir tərəfdən isə dünya inqilabının başlanması üçün kapitalizmin ziddiyyətlərindən istifadə etməyə çalışır, səy göstərirdi.
Davamı →

Sovet cəmiyyətinin süqutu

Yeni dünya müharibəsi təhlükəsinin artması SSRİ-nin daxili və xarici siyasətinə də öz təsirini göstərdi. O, daxildə hərbi sənaye kompleksini daha da gücləndirməyə üstünlük verdi. 1939-1941-ci illərdə bu istiqamətdə bir sıra ciddi tədbirlər: əmək intizamını möhkəmləndirmək, gənc fəhlə kadrlan hazırlamaq, ağır sənayeni xüsusən hərbi sənayeni daha da inkişaf etdirmək və s. tədbirlər həyata keçirdi.

Xarici siyasətdə müharibə təhlükəsini özündən uzaqlaşdırmaq üçün manevr etmək gedişlərinə də üstünlük verdi. Buna baxmayaraq o, faşizm tərəfindən gözlənilən müharibə təhlükəsindən canını qurtara bilmədi. Dünya ağalığı niyyətində faşist nasist Almaniyası 1941-ci il iyunun 22-də, 10 il müddətində bir-birinə hücum etməmək barədə 1939-cu il 23 avqust sovet-alman müqaviləsini xaincəsinə pozaraq bütün cəbhə boyu SSRİ üzərinə hücuma keçdi. Bununla, SSRİ öz iradəsindən asılı olmayaraq ikinci dünya müharibəsinə qatıldı. SSRİ-nin faşist Almaniyasına qarşı 1941-1945-ci illər Böyük Vətən müharibəsi başlandı.


Ardı →

SSRİ tarixi

SSRİ müharibədən qalib çıxdı. O, dünyanın ikinci fövqəl dövlətinə çevrildi. Eyni zamanda, SSRİ müharibədə çox böyük zərər çəkdi. O, 27 milyondan çox adam itirdi. Qarşıda vurulan yaraları sağaltmaq, təsərrüfatı dinc quruculuq xəttinə keçirmək və inkişaf etdirmək vəzifəsi dururdu. 1946-1950-ci illərdə 6200 sənaye müəssisəsi bərpa olundu və ya yenidən quruldu. 1947-ci ilin dekabrında pul islahatı keçirildi. Məhsulun bölgüsündə talon sistemi ləğv olundu. Dövlət Müdafiə Komitəsi ləğv olundu. SSRİ Xalq Komissarları Soveti SSRİ Nazirlər Soveti adlandırıldı. Digər tərəfdən totalitar rejim daha da gücləndirildi. Dövlət düşərgələr sistemi (QULAQ) daha da genişləndi və kütləvi repressiyaların yeni dalğası başlandı. “Leninqrad işi” və “Həkimlər işi” deyilən qondarma proseslər hazırlandı. 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi repressiyaya məruz qaldı. 1953-cü il martın 5-də Stalin vəfat etdi. Sov. İKP-nin 1956-cı ilin fevralında keçirilmiş XX qurultayında Stalinin şəxsiyyətinə pərəstişin kəskin tənqid olunması ölkənin siyasi həyatında çox mühüm hadisə oldu. İlk dəfə kolxozçulara pensiya sistemi tətbiq olundu. 1959-cu ildən onlara pasport verilməyə başlandı. N.Xruşşovun təşəbbüsü ilə 1954-cü ildə xam torpaqların istifadəyə verilməsi başlandı. 1957-ci ildə sənayenin idarə edilməsinin strukturu yenidən quruldu. Ali Xalq Təsərrüfat Şurası yaradıldı. Çoxillik planlaşdırmaya keçildi. Yeddiillik (1959-1965) plan qəbul olundu.


Ardı →