Sağlamlıq üçün ən təhlükəli içki hansıdır

Sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir.Bu barədə rusiyalı narkoloq, tibb elmləri namizədi Danil Pokrovski «Veçernıy Moskva”ya bildirib.O, bu içkinin qadağan edilməsinə çağırıb.»Spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir”, — deyə həkim bildirib.
Davamı →

Alkoqollu içkilərdən azad olmaq

Alkoqolizmdən bir sıra bitki dəmləmələrinin köməyi ilə də azad olmaq mümkündür.
Kopor çayı – «Ensizyarpaq xamerion” adlı bitkinin yarpaqlarından hazırlanan bu çay Rusiayada geniş tətbiq edilir. Hələ 12-ci əsrdən məşhur olan içki Avropada da böyük populyarlıq qazanıb. „İvan çay” kimi də tanınan dəmləmənin tərkibindəki C və P vitaminləri immuniteti artırır, damarların divarlarını bərkidir, bədəndəki toksinləri və ağır metalları xaric edir. Bir sıra zəhərlənmələr zamanı, həmçinin radiasiya şüalanmasının təsirlərini azaltmaq üçün istifadə edilir. “Kopor çay”ı alkoqol zəhərlənməsi zamanı da işə yarayır.
Alkoqolun verdiyi ağırlıq hissini aradan qaldırmaq üçün „İvan çay”ı 5/1 hissə kəklikotu ilə qarışdıraraq dəmləyin. Gün ərzində 5-7 fincan (bal ilə) qəbul etmək olar.

Davamı →

“Poxmel” olanlar oxusun

Bayram gecəsi, yaxud qonaqlıqda, əyləncədə çoxlu spirtli içki qəbulundan sonra səhərlər özünə gəlmək çətindir. “Poxmel” insan sanki bütün gününü boşuna sərf etmiş olur. Başı ağırıyır, halsız olur, özünü pis hiss edir. Əgər siz də “poxmel”dən ayıla bilməmisinizsə, bu tövsiyələrə əməl edin.
 
— Baş ağrısını, bədəndəki ağırlığı və yorğunluğu götürmək üçün az duzlu sodalı ayran içə bilərsiniz. Böyük bir stəkanın yarısını az duzlu ayran, yarısını mədən sodası ilə doldurun və yavaş-yavaş qarışdırın. Bədəndəki mineral itkisinin qarşısını bu şəkildə ala və özünüzü daha gümrah hiss edə bilərsiniz.
Davamı →

Hər gün pivə içirsinizsə

Bilirik ki, spirtli içkilərdən çox istifadə etmək sağlamlığa ciddi təhlükə yaradır. Kişilərin çoxu da təhlükəni azaltmaq üçün tərkibində spirt nisbətən az olan pivəyə üstünlük verirlər. Xüsusən də yayda, isti havalarda soyuq pivə kişilərin vazkeçilməz içkisidir.

Bəs bilirsinizmi hər gün pivə içdikdə bədəndə nələr baş verir?
— Hər gün pivə içdikdə ilk olaraq bədən antitoksik fəaliyyətini itirir. Bununla da bədən iltihablanmağa başlayır. İltihablanma isə öz növbəsində hepatit və müxtəlif qaraciyər xəstəliklərinə yol açır.
Davamı →

Əyri qədəh həvəsləndirir

Mütəxəssislər hesab edirlər ki,qədəhin forması spirtli içkilərin qəbul olunma tezliyinə və miqdarına təsir edir.Beləki,şəkli dəyişdirilmiş məişət qabları belə miqyasın idarə olunmasını çətinləşdirir.18-40 yaş arası içki aludəçisi olan 160 könüllü üzərində aparılan tədqiqatlar göstərdi ki,məhz şəkli dəyişdirilmiş qədəhlərdən içki qəbul edənlər iki dəfədən artıq həvəsli olur və demək olar ki,onun nə zaman dolub boşalmasının fərqinə belə varmırlar.Məhz içkinin miqdarını təmin etmək üçün ən faydalı düz tərəfli stəkanlar olduğu aşkar edilmişdir.Ancaq mütəxəssislər sağlam olmaq üçün bu stəkanların vitamin və minerallarla zəngin olan meyvə şirələri və mineral təbii sularla doldurulmasının tərəfdarıdırlar.
Davamı →

Necə araq içməli?

Biz nə qədər içsək də, mütəxəssislər içkinin ziyanlı olmasını nə qədər təkrar etsələr də, heç bir təfavütü yoxdur, biz bayramları badə qaldıraraq qeyd edirik. İçkiləri hansı ardıcıllıqla qarışdırmaq olar?


Ardı →

Alkoqolizm

Alkoqolizm — tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.


Ardı →