Türk şairlərindən qeyri-adi əhvalatlar


Can Yücel bir sərgidə gəzişərkən gözəl bir xanım ona yaxınlaşır:
— Can bəy, tanışlığımıza necə şad oldumsa, ifadə eləyə bilmirəm. Sizin ən sadiq oxucunuzam. Vurğunam sizə.
Can Yücel gülümsəyir:
— Demək belə, onda gəlin evimə gedək.
Qadın küskün bir ifadəylə:
— Aşk olsun, Can bəy!
Şair qətiyyətlə:
— Aşk da olacaq əlbət!
Davamı →

Orxan Vəli

Türk şeirində böyük dəyişikliklərə imza atan əsas simalardan biri Orxan Vəlidir. Onu ən yaxşı Oktay Rifat izah edir: “Bir neçə nəslin ard-arda tamamlaya biləcəyi dəyişikliyi o bir neçə ilə tamamladı”.

Orxan Vəli şair deyiləndə kütlənin ağlına gələn ilk isimdir. Çünki o — "Üzərində ən çox durulmuş, zaman-zaman lağ edilmiş, zaman-zaman özünü qəbul etdirmiş, təkrar inkar, təkrar qəbul edilmiş; zamanında həm yaxşı həm pis şöhrətə nail olmuş bir şairdir” (Sait Faik).

Şeirlərindən bir nümunənin məktəb dərsliyinin ədəbiyyat kitablarında yer aldığı bir vaxtda tələbələr həmişə müəllimin bu şeiri oxutmasını həsrətlə gözləyirdilər. Lakin bu şeiri müəllimlər heç oxutmurdu. 
Yenə də İstanbul şeirləri arasında ən çox "İstanbulu Dinlyorum Gözlerim Kapalı" şeiri xatırlanır.

Sait Faik, Orhan Vəlini belə təsvir edir: "İki incəcik ayaq, qısaca bir trençkot, sarıbülbül sarısı bir şərf, üçbucaq formalı bir üz, şişirdilmiş bir sinəyə bənzəyən bir kürək,- Budur görünüşcə Orhan Vəli".
Davamı →

Türk şairlərinin maraqlı əhvalatları

Can YucelCan Yücel bir yazar dostuyla Bodruma gedirmiş. Avtobus yolda qısa ehtiyac fasiləsi verir. Beş dəqiqədən sonra hamı avtobusda olur, təkcə Can Yüceldən başqa. Hamı onu axtarır. Bir az sonra əlində bir paketlə avtobusa çıxır. Konduktor soruşur:

— Can baba, hardaydın? Hamı səni axtarırdı.
— Balaca bir rakı almağa getmişdim.
— Amma beş dəqiqəlik fasilə vermişdik, bunun sırasıydı?
— Mən də qısa fasilə olduğuna görə balaca rakı aldım!

***

Can Yücelin 70 illik yubileyi keçirilirmiş. Aparıcı sözü yubilyara verəndə zarafatla onu belə təqdim edir:

— Qarşınızda, türkcəylə oynayan şair!
Söz başlayan şair belə deyir:
— Səhvin var, türkcə mənimlə oynayır.
Ardı →