Mavi yod

Yəqin ki, çoxunuz mavi yod barədə eşitməmisiz. Bu möcüzə təsirə malik yod qanda xolesterini azaldır, şəkəri normallaşdırır, damarları təmizləyir, qanda leykositlərin aktivliyini artırır, imminiteti gücləndirir, baş ağrısı, miqren və təzyiqdə effektivdir.

Bu məhlul həftədə 2 dəfə gündə 1 dəfə 1 çay qaşığı olmaqla qəbul olunur. Onkoloji xəstəliklərdə isə 1 gündən bir sutkada bir dəfə 2 çay qaşığı qəbul olunur. Kurs müalicə 1-2 aydır. 
Davamı →

Düyü suyu

Düyü kvası bədəndən, oynaqlardan duzu, şlakları təmizləyir, iltihab əleyhinə təsir edir, oynaqların hərəkətliliyini artırır.

Rus, sibir nənələrinin həmişə hazırladıqları möcüzə içkidir.

Sizə lazımdır:
Təmiz, keyfiyyətli düyü – 4 xörək qaşığı
Şəkət tozu -3 x.q
Kişmiş – 1 x.q
Davamı →

Yulaf dəmləməsi

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirirdi və yulafı müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edirdi. Hippokrat yulaf dəmləməsi ilə qaraciyər, mədə, bağırsaq, dəri və sinir sistemi xəstəliklərini müalicə edirdi.

Yulaf dəmləməsinin resepti:
Yulaf yarmasını qəhvəüyüdəndə üyüdün, 1 x.q. götürüb az miqdarda soyuq suda həll edin, sonra 1 stəkan qaynar suya tökün, qarışdıra-qarışdıra bir neçə dəqiqə vam odd qaynadın. Dəmləməni ilıq halda yeməklər arası için. İçəndən sonra 2 saat ərzində yemək yeməyin. Hər gün təzə dəmləmə hazırlayın və qəbul edin.
Davamı →

Ayı ödü

Ayı ödündə insanın ödünə bənzər turşular çoxdur. İnsan ağır xəstələndikdə, xüsusən onkoloji xəstəliklərdə bir sıra turşuların istehsalı demək olar ki, dayanır və həzmetmə pozulur. İnsan yemək yeyə bilmir. Ayının ödü isə olduqca güclü və yağları parçalamağa gücü çatan orqandır. Ona görə qədimdən indiyə kimi tibdə ayı ödündən istifadə olunur. Tibbin atası İbn Sinadan da ayı ödünün faydalarından bəhs edən reseptlər qalıb.

Hansı xəstəliklərdə tətbiq olunur:
Mədə-bağırsaq, öd pozulmaları
Mədə turşuluğunun normallaşdırılması
Orqanizmdən zəhərli maddələrin çıxarılması
Güclü ağrılarda
Hepatit və pankreatitdə.
Davamı →

Sarımsaqlı bal

Sarımsaq bal ilə qarışdırıldıqda sağlamlıq üçün faydalı bir hala gəlir. Ancaq ballı sarımsağın təsirinin görülməsi üçün bir həftə boyunca hər gün istifadə edilməsi məsləhət görülür.

Sarımsaq təkbaşına təbii antibiotik təsir göstərdiyindən sağlamlıq üçün olduqca faydalı bir qidadır. Ancaq mütəxəssislər sarımsağın əzildikdə daha faydalı olduğunu irəli sürürlər. Çünki tərkibindəki alicin maddəsi sarımsaq əzildiyi zaman və balla qarışdırıldığında təsirini çoxaldır.

Xərçəngin qarşısını alır
Balla sarımsaq qarışımı xərçəngin qarşısını alır. Eyni zamanda xərçəngə yol aça biləcək xəstəliklərə qarşı faydalı olduğu bildirilir. Siqaretin yaratdığı mənfi təsirləri azaldır. Sarımsaqlı bal sağlam bir qaraciyərə və qan dövranına səbəb olur. Həmçinin zamanla bədəndə yığılan toksinləri də yox edir.
Davamı →

Böyrək sağlamlığı üçün təbii qarışım

Xalq təbabətində böyrəklərin sağlamlığını qorumaq üçün bir çox təbii vasitələr var. Sizə belə vasitələrdən birini təqdim edirik.

2 ədən limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürülür. Limonu qabıqlı şəkildə cəfəri ilə birlikdə blenderdə xırdalayın, bal əlavə edin və yaxşı qarışdırın.

Hər gün yeməkdən 40 dəqiqə əvvəl bu qarışıqdan 1 xörək qaşığı yeyin və 1 stəkan su için.
Davamı →

Cövüz

Cövüz qədim zamanlardan təbabətdə istifadə olunur. Cövüz orqanizmə stimullaşdırıcı və tonuslaşdırırcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir. Bu məqsədlə cövüzü bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin cövüz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Cövüz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi cövüz həm qadın, həm də kişilərə təsir edir.
Davamı →

Ayaq qaşıntısına çarə

Yay aylarında ayaq qaşınmaları çoxalır əsasən baldır və topuq hissələrdə qaşınmalar daha çox olur. Çünki yayda tərləmələr çoxalır, axan tər daha çox ayaqlara dəydiyindən qaşınmalar ayaqlarda olur.

Deməli, 2 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan suya qarışdırıb gündə 3 dəfə ayaqlarınızı bu suya batırılmış pambıq parça ilə silin.

 fizulihuseynov.com
Davamı →

Urinoterapiya

Xalq təbabətinin elə maraqlı üsulları var ki, bu barədə eşidəndə adama gülməli və ya təəccüblü gəlir. Amma əsrlərdir xalq təbabətindən bəhrələnən və şəfa tapan yüzlərlə insan var.
UrinoterapiyaBəzi ənənəvi, müasir tibb tərəfdarları xalq təbabətinin möcüzələrinə şübhəylə yanaşırlar, dərmanlarla müalicəni üstün hesab edirlər. Əslində hər bir həkim nəzəri bilikləri ilə yanaşı türkə-çarə dediyimiz, amma şəfalı üsullardan xəbərdar olmalıdır. Əlbəttə ki, bu mütaliə, araşdırma ilə məşğul olub öz bilik dairəsini artırmaq hər tibb sahəsinin təmsilçinin fərdi işidir. Qəbul edək ki, həkimlərimizin çoxu mütəxəsisləşmək yolunda xalq təbabətindən bəhrələnməyi uyğun saymırlar.
Bu dəfə sizi sidiklə müalicə haqqında maraqlı məlumatlarla tanış edəcəm.“Qafqazinfo” bu məlumatları təqdim edir.
İnsan sidiyini səfalı edən nədir?
İndi bəzisinə bu üsul qeyri-mümkün, bəzisində ikrah, bəzisində də ürəkbulantısı yarada bilər. Amma bu barədə deyilənlər daha həqiqətəuyğun görünür. Ən əvvəl insan ifraz etdiyi bütün maddələri orqanizminin tullantıları kimi bilir. Bunun əksini söyləyənlərə görə isə sidikdən təkrar istifadə “dərman” rolunu oynayır.
Davamı →