Vitamin salatı

İnqridientlər:
— 300 qr qırmızı kələm
(ağ kələmdən də istifadə edə bilərsiniz)
— 2 pomidor
— 1 xiyar
— 1 bolqar bibəri
— 1 diş sarımsaq
— 2 bişmiş yumurta
— göy soğan, keşniş, şüyüd, turp
(zövgə görə digər göyərtilər)
— duz, istiot, bitki yağı

Davamı →

Dietik tərəvəz salatları

Tərəvəz salatları, hər bir masanın gözəlliyi olmaqla bərabər arıqlamaq istəyən insanlar üçün çox effektivdir.
Az kalorili, yalnız çox xeyirli olan bu salatlar bizə, mədədə yüngüllük, sağlam dəri rəngi və ən əsası isə artıq çəkidən azad olma imkanı yaradırlar.

Bitki məhsullarının tərkibində qida telləri adlanan — selülloz və pektin vardır ki, onlar, mədə-bağırsaq traktında həzm olunmayaraq, bağırsağın tez təmizlənməsini təmin edirlər. Eyni zamanda qandan xolesterin və digər yağ komponentlərinin çıxardır, şəkərin konsentrasiyasının azaldır, toksinlərdən azad edir və bağırsaqda normal mikrofloranı təmin edir.

Tərəvəz və göyərti — insana gümrahlıq və sağlamlıq verən vitamin və minerallar, bioloji aktiv maddələrin əsas mənbəyidir.

Dietik tərəvəz salatı edərkən nəyə üstünlük verilməlidir?

— keyfiyyətli, təzə, bərk və zədəsiz məhsullar olmalıdır.
— azkalorili məhsullara üstülük verilməlidir.

Azkalorili məhsullardan: kərəviz (cəmi 18 kaloriy), kələmin bütün növləri, brokkoli, kök, bibər, xiyar, pomidor, kahı, çuğundur, yaşıl noxud, turp, soğan, ispanaq, qulançar.

— həmçinin salatlara antioksidantlarla zəngin olan şüyüd, nanə və cəfəri əlavə etməyi unutmayın. Salatlara dad, qoxu və gözəllik verən ədviyyatlardan da normada istifadə etmək olar. Zəncəfil və darçın isə xüsusi ilə məsləhət görülür.
Ardı →