Uşaqlar arasında münasibət

Leyla (9 yaşında): “- Ana, Xədicənin etdiyini gördünmü? Yenə də dəftərlərimi qaralamış, qələmimi qırmış, kitablarımı cırmış. Nə istəyir məndən. Artıq yetər. Nə olar, Xədicəyə bir söz söylə!..”

Usaqlar arasinda munasibet

Xədicə (6 yaşında): “- Ana, bacım mənə heç nə vermək istəmir. Mən dəftər, kitab, qələm istəyirəm. Nə üçün hər şey ilk öncə ona alınır? O da mənim əşyalarımdan istifadə edir.”


Ardı →

Bir payız gecəsi

Payız ayı idi.Hava tutqun,yağış da artıq 3gün idi ki,dayanmadan yağırdı.Küçə boyu su axırdı.Artıq gün batmaq üzrəydi,evlərdə yavaş-yavaş işıqlar yanmağa başlayırdı.Küçədə nadir hallarda insan görünürdü,tələsik evlərinə gedirdilər.
Qarşıdakı balaca komada zəif inilti səsi gəlirdi.Bu,iki gün öncə bərk soyuqlamış bir qadının səsi idi.Onun əri müharibədə həlak olmuşdu.2 uşağı vardı,10 yaşlı oğlu və 3yaşı yenicə tamam olmuş qızı.Uşaqlarını saxlamaq üçün işləyib,qazandığı az miqdarda pulu da evə ərzaq alıb,gətirirdi. 2gün öncə işdən qayıdarkən yağışa düşmüş,geyimi nazik olduğundan bərk soyuqlamışdı.İndi qızdırma içində yanırdı.Ev də soyuq idi,odur ki,evdə olan ədyalları da uşaqlarına bürümüşdü.
Ardı →

Uşaq nədi,söyüş nədi?

Keçən dəfə pəncərənin qarşısında oturub küçədə oynayan uşaqları müşahidə edirdim.Birdən iki nəfər  bir-biriləri ilə dalaşmağa başladılar.Əvvəl elə bildim dalaşan böyük kişilərdi.Çünki bir-birilərinə elə dəhşətli söyüşlər yağdırırdılar ki,ancaq belə söyüşləri böyük kişilərin davalarında eşitmək olardı.Ancaq hər halda dalaşan uşaqlar idi.
Səhərsi gün uşaqlardan birinin anasənə görüb soruşdum ki,bəs uşağa söyüşləri kim öyrədib.Dedi ki,atası öyrədib.Xoşuna gəlir uşaq söyüş söysün.Guya uşaq söyüş söyəndə şirin olurmuş.
Ardı →

Məhrumlar.

Bir kanalda veriliş var, hansı ki, orda uşaq evindən olan uşaqlar yarışırlar. Onlar mahnı oxuyurlar, səs verilir və sonda ən çox səs toplayan uşağa ev veriləcək, digərlərinə isə başqa hədiyyələr. Məncə o uşaqlara sms yollamağa dəyər. Bunun üçün heç hayıfım gəlmir, əksinə sevə-sevə edirəm.

Dünən həmin verlişin təkrar fraqmentlərinə baxanda qaçırdığım bəzi hissələri göstərdilər və o qədər kövrəldim ki… Bir uşaq ana haqqında mahnını o qədər içdən oxudu ki, o qədər ürəkdən oxudu ki, özü də ağlaya-ağlaya. Ürəyim parçalandı. Həmin uşaq qardaşı ilə birlikdə uşaq evinə atılıb. Atası səhv etmirəmsə həbs olunub (və ya anası ilə ayrılmışdılar), anası isə başqa birinə ərə gedib. Düşünürsən ki, bunlar kimi o qədər uşaq var ki.


Ardı →