Xardalın bilmədiyimiz inanılmaz faydaları

Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.
Xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir, iştahanı artırır, həzm proseslərini yaxşılaşdırır. Bədəndə yağların parçalanmasını sürətləndirir.
Xardalın əsas xeyirli xüsusiyyətlərini təqdim edirik:
Davamı →

Xardalın faydaları

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər. Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir.

Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır. Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.
Davamı →

Xardal bitkisi

Xardal boyu 40-50 santimetrə qədər qalxa bilən birillik xardal bitkisinin kökündən hazırlanan ədviyyatdır. Bu bitkinin düz və çıplaq budaqları olur. Belə ki, xardalın budaqları uzandıqca onun üstündəki yarpaqların sayı azalır. Xardalın çiçəkləri sarı rəngdə olur və çiçəklər töküldükdən sonra onların yerində toxumlar formalaşır. Xardal bitkisinin ağ, qəhvəyi və qara növləri var.

Xardalın növləri bitdiyi yerlərin iqliminə uyğun olaraq rənglərini dəyişir. Xardala Himalay dağlarında, Şərq ölkələrində, Avropa ölkələrində rast gəlinir. Əsasən xardalın toxumlarından istifadə edilir. Xardal toxumlarından 5000 il əvvəllər də istifadə edilməsinə dair yazılara rast gəlinib. Onu texniki işlməmədən keçirdikdən sonra xardal yaxması hazırlayırlar. Bütün marketlərdə xardal yaxması satılır.
Davamı →

Xardalın faydaları

Təəssüf ki, bu olduqca faydalı ədviyyatdan bizdə çox da populyar deyil. Söhbət xardaldan («qorçitsa») gedir.

Xardal həzm sistemi üçün əla təbii müalicəvi və profilaktik vasitədir. Xardal həzm sistemində yaşayan əksər ziyanlı mikroorqanizmləri məhv edir. Bu səbəbdən ədviyyat mədə-bağırsaq sistemi üçün sanki güclü təmizləyici vasitədir.

Həmçinin xardal bağırsaqlarda iltihabları azldır, həzm proseslərini yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir, mübadilə proseslərini aktivləşdirir.

Piylərin parçalanmasını sürətləndirən xardal arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir.

Yağlı ət xörəklərini qəbul etdikdə xardal sousundan istifadə edin. Bu həzm proselərini asanlaşdıracaq və artıq çəkinin yığılmasına mane olacaq.
Davamı →