Xristianlığın qəbul edilməsi

Vladimir Syatoslaviçin hakimiyyəti Rusda xristianlığın qəbul edilməsi tarixi hadisəsi ilə əlaqədardır. İqorun dövründə Kiyevdə xeyli xristian var idi və onların Svyatoye İlyi kilsəsi ucalırdı. Olqanın xaç suyunasalma mərasimindən sonra xristianlaşma daha sürətlə yayılmağa başlamışdır. Kiyev sarayının Qərb slavyanları ilə əlaqəsi sübut edir ki, ilk vaxtlar Rus həm Bizansla, həm də Roma kilsəsi ilə xoş münasibətlər yaradaraq tərəflərdən hər hansı birinə meyil etmirdi. Əhalsinin böyük əksəriyyətinin bütpərəst olmasına baxmayaraq, Rus böyük din azadlığı ilə seçilirdi. Burada müsəlman və yəhudilər, Bizansdan olan xristianlar, alman, polyak, çex torpaqlarından olan dindarlar dini ayinləri azad şəkildə yerinə yetirirdilər.

Davamı →

Müasir Misir nəsrində Xristianlıq və İslam

Baha Tahir təkcə vətənində deyil, ölkə sərhədlərindən kənarda da məşhur olan Misir yazıçılarından biri hesab edilir. Onun 1991-ci ildə nəşr edilən «Xalam Safiya və monastır” romanı bir çox ədəbiyyatçıların marağına səbəb olmuşdur. Bu roman əsərdəki təhkiyəçinin bədii zaman strukturunda bəhs etdiyi uşaqlıq illəri haqqındadır.
Roman Safiya adlı gözəl qızın qohumu Hərbiyə qarşı olan nakam məhəbbətindən bəhs edir. Lakin Hərbi konsul məqamına yüksələn altmış yaşlı əmisinin Safiyə ilə nişanlanmasına vasitəçilik edir. Qız nikaha razılıq verir və onun sevgisi ərinə yönəlir. Lakin bu sevgi səmimiyyətdən uzaqdır. Qəlbində Hərbiyə qarşı nifrət yaranan Safiyə onu məhv etmək qərarına gəlir.

Davamı →