Unutduğumuz xəyallarımız

Xatırlayırsanmı, uşaqkən nə böyük yaxşılıq xəyallarımız var idi?
İnsanlığın yaxşılığı üçün bir şeylər edib, bəzi insanların «qəhrəmanı» olacaqdıq.
Çox təəssüf ki, biz böyüdükcə bu xəyallarımız kiçildi ...
Uşaqkən böyük yaxşılıqlar etməyə istəyimiz var idi, amma imkanımız yox idi. Sonra böyüdük, imkanlarımız oldu, amma bu dəfə hərəkətli həyatımızın yaratdığı daxili səs-küydən yaxşılığın o məsum səsini eşitməz olduq.İnanıram ki, hər insanın içində bir yaxşılıq instinkti olur. Bu instinkt, onu məmnun edəcək bir şeylər etmə ehtiyacı yaradır. Bu ehtiyac, yemək yemə ya da su içmək kimi insanı təmin etmək üçün insana təzyiq göstərməz. O, insanın içində sakit bir şəkildə dayanır. Çılğın deyil, soylu bir ehtiyacdır o. Onun səsini eşitmək üçün diqqətlə onu dinləməyə çalışmalısınız.
İçinizdəki yaxşılıq etmə ehtiyacını ödəmək üçün nə edirsiniz?
Bir müdrikə görə; «Qarşılığını verə bilməyən birinə bir yaxşılıq etmədikcə, mükəmməl bir gün yaşamış sayılmazsınız.» 
Bu meyara görə günlərinizi saysaydınız, "yaxşılıq yaşınız" neçə olardı?

İçimizdə yaxşı bir insan olduğumuza inanmaq istəyən, biri var!



Müəllif: Mümin Sekman
Davamı →

Hörümçək toru

Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: " Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: " Dayanın, xatırladım. Bir dəfə meşədə gedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ".
Ardı →

Yaxşılıq itmir

Xəstəxananın baş həkimi amansız bir xəstəliyə tutulmuşdu. Xaricdə müalicəsi mümkün ola bilərdi, lakin bütün həkim yoldaşları onun səfərə dözə bilməyəcəyi mövzusunda həmfikir idi. Çarəsiz bir möcüzə gözləyirdi hər kəs.
Bu zaman haradan xəbər aldığı bilinməyən gənc bir həkim gəldi və onu yaxşı edə biləcəyini söylədi.
Ardı →

Qum və daş

Bir hekayədə iki yoldaşın səhrada getdiyi izah edilir. Səfərin bir nöqtəsində bir münaqişə olur və biri digərinə yumruq vurur. Yumruğu yeyənin canı ağrıyır amma bir şey söyləmədən quma belə yazır:
«Bu gün ən yaxşı yoldaşım məni şillələdi.» 
Bir vahəyə gələnə qədər getməyə davam edirlər və suya girməyə qərar verirlər. Yumruğu yeyən bataqlıqlığa batır və boğulmağa başlayır amma dostu qurtarır. Dostu boğulmadan xilas olduqdan sonra bir daşa belə yazır:
«Bu gün ən yaxşı yoldaşım həyatımı qurtardı».
Yumruğu atan və həyat qurtaran soruşur:
«Canını ağrıtdığımda quma yazdın,niyə indi daşa yazdın?»

Digəri cavab verər: «Biri canımızı yandırdığında quma yazmalıyıq ki, bağışlama küləyi silə bilsin, amma biri bizim üçün yaxşılıq etsə daşa həkk etməliyik ki, heç bir külək silə bilməsin.
»Ağrılarınızı quma və yaxşılıqları daşa yazmağı öyrənin."
Dəyərli bir insanı tapmaq bir dəqiqə alır. Unutmaq isə bir ömürü...
Davamı →

Borcum nə qədərdir?

Soyuq bir qış gecəsində evə dönərkən, sərxoşa bənzəyən bir adam gördüm. Bir sağa bir sola çapalayırdı və yanındakı dirəyə sarılmışdı.
Bir vitrinə baxırmış kimi edərək göz ucuyla onu seyr etdim. Yaşı 30-dan çox olardı. Ona tərəf bir az daha yaxınlaşdım. Üstü-başı son dərəcə təmiz idi. Yanından keçən bəzi kəslər, yüksək səslə danışaraq içki içmənin pisliyindən bəhs edir, bəziləri də lağ edib gülürdülər.
Yavaşca yanına gedib:
— Yaxşısınızmı? -deyə soruşdum. Bir ehtiyacınız varmı? 
Dodaqlarından, iniltiyə bənzəyən tək bir söz çıxdı:
— Xəstəyəm!..
Ardı →

Kimə və niyə yaxşılıq edirik?...

Hər niyyətin arxasında bir niyyət dayanır.İnsan kimə və niyə yaxşılıq etdiyini,yaxşı bilməlidir.Əslində yaxşılıq da,pislik də müəyyən mənada insanın xarekteridir.Bu məsələdə Həzrət Əlinin məşhur misalı çox gözəl nümunədir:
“Soruşurlar:
-Əgər siz bir yaxşılıq etsəniz və o bunun əvəzində sizə pislik etsə,nə edərdiniz?
İmam cavab verir:
-Əlbəttə yaxşılıq edərdim.
-Əgər o yenə pisliklə cavab versə?
-Yenə yaxşılıq edərdim.
-Bu necə olur ki,siz onun hər pisliyinə yaxşılıqla cavab veririsiniz?
Həzrət Əli suala sualla cavab verir:
-Bəs bu necə olur ki,mən yaxşı olduğum halda onu pisliyindən çəkindirə bilmirəm,o isə pis olduğu halda məni yaxşılığımdan çəkindirir?..”
Göründüyü kimi burada yaxşılıq və pislik keyfiyyət kimi yox,xarakter kimi qarşımıza çıxır.Bir də unutmayaq ki,insan bir iş görəndə hər şeydən əvvəl Allahı düşünürsə,hər əməli üçün ürəyinə Ona hesabat versə,heç bir yaxşılğı itməz.El arasında çox gözəl bir söz var: “Balığı at dəryaya,balıq bilməsə də,Xaliq bilər”.Əslində insanın niyyəti də elə bu olmalıdır.
İnsan yaxşı əməlinin əvəzini kimdən umursa,mükafatını da ona görə alır.Əgər birinə kömək edəndə nə vaxtsa onun sənin borcundan çıxacağını düşünürsənsə,daha doğrusu,hər yaxşılğı verilmiş bir borc kimi qəbul edirsənsə,əlbəttə aldığın ürəyincəolmaaycaq.Məsələni bir qədər də açıqlasaq,deməliyik ki,Allah dünyanı istəyənlərə dünyanı,axirəti istəyənləri axirəti verir.Və hər kəs öz niyyətinin əvəzini alır.
Bu yerdə onu xatırladaq ki,yaxşılıq edib sonradan başa qaxmaq da çox çirkin əməldir.Peyğəmbərimiz (s.ə.s) bildirir ki,Allah,etdiyi yaxşılığı başa qaxanların üzünə baxmaz,onunla danışmaz.Ancaq bir məsələ var ki,bəzən səbrimiz daralır,bəzən kimdənsə umub-küsürük.Belə məqamlarda mümkün qədər özünü ələ almaq,sakitləşmək və “kənara çəkilmək” lazımdır.Çünki səbir hər şeyi öz yoluna qoyur...
Davamı →

Tısbağa və əqrəb

Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.
Səhərdən axsama tək bir oturub durardı,
Gecədən sübhə qədər onunla mırt vurardı.

Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: — Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?!
Ardı →

Böyüklər üçün nağıl

Adətən nağıllar “Biri vardı biri yoxdu” sözləri ilə başlayır. Bu nağılın isə bu sözlərlə başlaması məsləhətdi “Əgər görsən ki, su təpə boyunca altdan yuxarı qalxır, deməli, kimsə xeyirxahlığa xeyirxahlıqla cavab verib”.

Ovçuların qovduqları ilan kəndlidən həyatını xilas etməyi xahiş etdi. Kəndli ilanı xilas etmək üçün ilanın qarnına girməsinə izin verdi. Lakin, təhlükə sovuşduqdan sonra kəndli ilandan çölə çıxmasını xahiş etdikdə, ilan buna etiraz etdi. Çünki içəri isti və təhlükəsiz idi. Kəndli evə qayıdarkən yolda vağ ilə rastlaşdı. O, nə baş verdiyini pıçıltı ilə Vağa başa saldı. Vağ ilanı çıxartmaq üçün ona oturmağı və qaytarmağı tapşırdı. Kəndli onun dediyi kimi etdi. İlanın başı kəndlinin ağzında göründükdə vağ onu dimdiyi ilə tutdu və bütünlükdə dartıb çıxararaq öldürdü. Kəndli qorxurdu ki, daxilində ilan zəhəri qalar. Vağ ona dedi ki, ilan zəhərindən altı ağ quşu bişirib, yeməklə müalicə olunmaq mümkündür.
Kəndli bunu eşitdikdə: “Sən ağ quşsan, elə səndən başlayıram!” deyib vağı tutub, kisəyə saldı və evə gətirdi. Evdə başına gələnləri arvadına danışdı. Kəndlinin arvadı əhvəlatı eşitdikdə “Sən məni təəccübləndirirsən. Quş xeyirxahlıq edərək səni müsübətdən qurtarıb, sən isə onu yemək istəyirsən?!” deyib, dərhal vağı azad etdi. Quş uçub getdi ancaq, getməzdən əvvəl dimdiyi ilə qadının gözlərini çıxartdı.

Afrika xalq nağılı.


P. S. Bu Afrikalıların nağılı da qəribədi. Uşaq vaxtı oxuduğum bütün nağılların sonu xoşbəxt sonluqla qurtarıb. Ya da ki, cəzalanan tərəf yaxşılıq başa düşməyən nankor biri olub. Bu nağılda isə hadisələr tamam başqa cür cərəyan edir. Kəndli ilana yaxşılıq edir, əvəzində pislik görür. Vağ kəndliyə yaxşılıq edir, əvəzində pislik görür. Qadın isə vağa yaxşılıq edir və əvəzində pislik görür. Deyirəm nə yaxşı ki, uşaq vaxtı bu nağılı eşitməmişəm yoxsa psixikam pozulardı. :-)

Davamı →