Fantastika janrının böyük qadın yazarı Andre Norton

Андрэ НортонFantastika janrının böyük qadın yazarı, 20-dən çox mükafatın laureatçısı Andre Norton 1912-ci il fevralın 17-də Klivlenddə, ştat Oqayoda anadan olub. O, məktəbdə tez-tez kitabxanalara baş çəkib, çox oxuyub, məktəbdə divar qəzetinin redaktoru kimi çalışıb və bu qəzet üçün özünün birinci nağıllarını yazıb.

Andre Norton 1930-1932-ci illərdə Vestern universitetində təhsil alıb, 20 il Klivlend ictimai kitabxanasında işləyib. O, 1950-1956-cı illərdə Cırtdanpress nəşriyyatının redaktoru kimi fəaliyyət göstərib.

A.Norton birinci kitabını hərbi roman janrında 1934-cü ildə yazıb və “Şahzadənin əmri” adı ilə çap edib. O, 1947-ci ildə əsərlərini fantastik janrda yazmağa başlayıb. Nortonun yaradıcılığında fantastik janrda yazılmış romanları içərisində ən məşhurları bunlardır: Kraterin insanları, Ulduzlar qapısı, Günəş kraliçası, Cadügərlik dünyası.
Davamı →

Banin

Əsədullayeva Ümm-Əl-Banu Mirzə qızı (Banin) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı olub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub.

Sonralar o öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki, gözünü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir.

O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir… Sonradan Banu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Davamı →

Zadi Smitə görə yazmağın 10 qaydası

1. Xüsusilə uşaqlıq illərindən başlayaraq çoxlu kitab oxuyun. Oxumağa başqa məşğuliyyətlərdən daha çox vaxt ayırın.

2. Yaşa dolmuş çağlarınızda isə, yazdıqlarınıza başqası, hətta düşməniniz oxuyurmuş kimi yanaşın.

3. Yazı qabiliyyətinizi romantikləşdirməyin. Ya yaxşı cümlələr yaza bilirsiniz,ya da bunu bacarmırsınız. “Yazıçının həyat stili” deyə bir şey yoxdur. Əsas kağız üzərində göstərdiyiniz məharətinizdir.

4. Zəif tərəflərinizi özünüzə dərd etməyin. Amma bu sahədə edə biləcəklərinizi də, etməkdən çəkinməyin. Özünüzlə bağlı şübhələrinizi başqalarının daha zəif yanlarını göz önünə gətirərək gizləməyin.
Davamı →

Yasunari Kavabata

Yasunari KawabataBir qəlbin sirli yaşantıları və intiharı...
Bu dünyanın yazılmamış qaydalarından biri belədi: iradəndən asılı olmayaraq bu dünyaya gələcəksən, iradəndən asılı olmayaraq bu dünyadan köçəcəksən. Bəşər övladı min, milyon illərdi ki, beləcə gəlir, beləcə gedir. Amma bəzən elələri də olur ki, onlar həmin qaydanı dəyişməyə yönəlik addımlarda bulunurlar. Onlar arzuları olmadan həyata gəlsələr də, getmələrinə özləri qərar verirlər.

Bəlkə də belələri İlahinin insanın öz seçiminə buraxdığı qaydaları pozduqlarına görədir ki, onlar günahkar insan olaraq Allahın dərgahına qovuşurlar. Onsuz da Tanrıdan qeyri heç nə əbədi deyil.

Və bu baxımdan, dünyanın zəka, ağıl sahiblərinə görə kimlərinsə yarımçıq kəsdiyi ömür onsuz da nə vaxtsa bitmək zorundadırsa, bir yaradılmış olaraq onu bilərəkdən sonlandırmaq qəti doğru deyildir. Bəzən, bunun bir çıxış yolu olduğunu görənlər, hansısa məqamda müəyyən dəhşətlərdən xilas yolu kimi intiharı seçənlər yəqin ki, belə addımları ilə özlərini Böyük Yaradan dərgahında əbədi günaha ürcah etmiş olurlar. Tanrının bəxş etdiyi əmanətə sədaqət olar, xəyanət yox…
Davamı →

Uilyam Şekspir

23 aprel dünya ədəbiyyatı tarixinin ən sevindirici, eyni zamanda, həm də kədərli günlərindən biridir. 1564-cü ildə həmin gün Uilyam Şekspir (onun xaç suyuna çəkilməsi günü kimi doğumundan üç gün sonranı qəbul etsəz, bu tarixlə də razılaşsaz) və elə həmin gün, amma 52 il sonra da dünyasını dəyişib. Migel de Servantes — məşhur “Don Kixot”un müəllifi də 1616-cı ilin 23 aprelində dünyadan köçüb, amma o özü etiraf edirdi ki, birincilik uğrunda yarışda palma budağı seçimi qarşısında qalsaydı, mükafat bütün dövrlərin və xalqların insanlarının dahi kimi qəbul etdiyi Şekspirin payına düşərdi.

Şeksprin doğulduğu ailəyə tanınmış demək olmazdı. Atası Con əlcək istehsalı işində irəli getmiş usta olsa da, dəfələrlə qanunla konflikt yaşamışdı. Onu birbaşa evinin qabağında gübrə tayası yığıdığı üçün cərimə etmişdilər. Qara bazarda yun alveri etdiyi üçün izləyirdilər.
Davamı →

Lev Tolstoy Nikolayeviç

Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:

“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]

Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.
Davamı →