yumor

1.Bir gün narkomanla dəlini salırlar bir otağa. Otağın da 1 pəncərəsi olur. Dəli əlini kəsir atır çölə, sonra ayağını kəsir atır çölə. Narkoman baxır dəliyə deyir;ala adam kişi olar? Görürəm yavaş yavaş aradan çıxırsan.2.2 sevgili yeməyə çıxırlar. Yeməkdə oğlan qizi qucaqlayıb deyir; Əzizim ataplenyaya oxşsayırsan. Qız deyir; nədi bəyəm çox istiyəm. Oğlan; yox qabirğaların görsənir.3.Dəlixanada dəlilərə deyirlər ki sabah komissiya gələcək. Sizə desələr nə yeyirsiniz? Deyərsiniz vermeşil. Desələr nə ilə yeyirsiniz? deyərsiniz çəngəllə. Desələr bura neçənci ildə tikilib? Deyərsiniz 1941-ci ildə tikilməli idi, ancaq müharibə oldu deyə 1945ci ildə tikilib. Komissiya gəlir dəlilərdən soruşur; Nə yeyirsiniz? deyir ayyaqqabı sapı. Deyir nə ilə yeyirsiniz? Deyir yabyaynan. Deyir neçənci ildə anadan olmusan deyir? 1941-də doğulacaqdım müharibə oldu deyə 1945-də oldum.
Davamı →

Ucuz Fəhlə

Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:
— Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:
— Hansı işi bacarırsan?
— Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.
— Bizə tornaçı lazımdır.
— Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.
— Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.
— Mən birinci dərəcəli modelçiyəm.
Ardı →

Gülməli lətifələr

Dəlilərin məşqi


Bir gün 2 dəli dəlixanadan qaçış planı hazırlayır və gecə qaçırlar. Səhəri gün hamı görür ki, bunlar yoxdu. Bir də görürlər ki, həmin 2 dəli qayıdırlar. Digər dəlilər soruşur ki, niyə qayıtdız. Qaçan dəlilərdən biri cavab verir ki, dünən məşq eləyirdik, bu gecə qaçacağıq.


İki ləzgi


İki ləzgi olur bunlar meşəyə ova gedir. Yorulular, bir yerdə oturub yemək yeyirlər. Yemək yedikləri yerdə milçəklər bunları yemək yeməyə qoymurlar. Milçək ləzginin birinin alnına qonur, o birsi ləzgi deyir: can qardaş dayan dayan milçəyi vuracam. Ləzgi tüfəngdən ləzginin alnınan bir dənə vurur. Ləzgidə ölür milçək də. Ləzgi deyir: cəhənnəmə ki onlardan da biri getdi, bizdən də biri.


Nənənin harayı


Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür. Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat! Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə. Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.

Ardı →

Gülməli lətifələr

Bir gün qarişqa qaça qaça meşə ilə gedir.Dovşan qarişqanın qarşısına çıxır soruşur ay qarişqa hara qaçırsan belə?qarışqa deyir heç kimə demə filin bacısı hamilədi məndən şübhələnirlər,məndə ölkəni tərk eləyirəm=))

Ardı →

Maraqli lətifələr

Gəzməyə çixmiş ər ilə arvad dəniz sahilinə çatanda arvad ərinə deyir:
-Ay kişi ,yadındadırmı on beş il əvvəl mən bax,mən bax burada suya düşüb boğulurdum.Sən məni xilas etməsəydin indiyə kimi sümüklərim də çürümüşdü.
kişi dərindən ah çəkib cavab berdi:
-Yadimdadir ,o vaxt camaat dayanıb baxdıqı halda bilmirəm mən niyə zirəklik etdim???
Ardı →