Anhedoniya nədir?

Anhedoniya həyatdan zövq almama vəziyyəti deməkdir və bəzi diaqnostik proseslərdə də təsirli olur. Bu, həm də müəyyən xəstəliklərin diaqnozu zamanı istifadə edilən bir simptomdur. Bu söz yunanca “-an” (-sən) və “hedone” (zövq) sözlərindən yaranmışdır. 

Bizə yaxından bələd olduğumuz bir çox psixoloji pozğunluqlarda özünü göstərsə də, bəzilərində fundamental əhəmiyyət kəsb etdiyini görürük. Məsələn, Amerika Psixiatriya Assosiasiyası tərəfindən nəşr olunan və ümumi diaqnostik dil kimi görülən DSM-5-ə əsasən, depressiv əhval-ruhiyyə və ya anhedoniyadan biri əsas depressiyanın diaqnozu üçün məcburi sayılır.

Heç nədən zövq almamaq xəstəliyi həqiqətən varmı ?


Davamı →

Geriyə boylananda...

Deyirlər ki, şairlər, yazarlar otuzundan (30 yaşından) sonra daha gözəl əsərlər yaradırlar. İndi bilmirəm bu nə dərəcədə doğrudur, nə dərəcədə yox, hər halda bir fikirlə razılaşmamaq mükün deyil ki, insan yaş ötürdükcə həyatdan daha çox şey öyrənmiş olur. Bilik qazanır, dünya görüşü artır, maraq dairəsi genişlənir və beləliklə insan daima öz zövqünü də tərbiyələndirmiş olur.

Keçənlərdə 3-4 il bundan öncə getdiyim bir toyun video çəkilişinə baxırdım və özümü görəndə istəyirdim ki, o kaseti tez dayandırıb, yox edim. Halbuki həmin toy anbaan xatirimdədir. O taya elə hazırlaşmışdım ki… Geyimim, saç düzümüm- bunların hamısına zövqlə, xüsusi həvəslə yanaşmışdım və o vaxt elə zənn edirdim ki, çox gözəl görünürəm. Amma indi o görüntülərdən dolayı özümə o qədər gülürəm ki…


Ardı →