Zeytun yağı

Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır.
Yunanlar yağı ”oliva” adlandırmışlar. Zeytun ta qədim dövrdən insanlara xidmət edir. Xristianlıq dövründən yağdan bədəni və ruhu müalicə etmək üçün istifadə edirdilər.
Qəribə də olsa, bütün dövrlərdə insanlar yenidən və yenidən zeytun yağının yeni keyfiyyətlərini kəşf edirlər.Bax, elə bizim günlərdə Fransada müəyyən edilmişdir ki, zeytun yağı dəri altı piyi xatrladır. Ona görə də dəriyə soyuq dəydikdə, myxtəlif fəsadlardan qızardıqda, dəri qabıq tökdükdə və qocalmanın qarşısını almaqda köməyi dəyir.


Ardı →

Zeytun yağı

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4 — 6, nadirən 10 — 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.
Davamı →

Zeytun

Zeytun ağacı 2000 ilə qədər ömür sürür.Qədim əsatirlərə görə zeytun və göyərçin  əmin -əmanlıq  rəmzi kimi tanınır. Yunanlar zeytunu bilik və ağıl ağacı  kimi tanımışlar. Quranda zeytun ağacına and içilir.

Yetişmiş zeytunun meyvəsi mədəni qüvvətləndirir,həzm sisteminə kömək edir,qarını yığır,iştahı və cinsi meyli artırır.Duza qoyulmuş zeytunu çox yemək olmaz,o adama yuxusuzluq gətirir,arıqladır.

Zeytun yarpağının qaynadılmış suyu qızdırmanı və qan təzyiqini aşağı salır.Yarpağın şirəsindən bətn iltihabı və qanaxma hallarında imalə kimi istifadə olunur.Zeytunun kökünü yarpağı ilə birlikdə suyunu buruna çəkmək zökəmə qarşı faydalıdır.Yetişməmiş meyvəsinin təpitməsi baş dərisinin kəpək verməsinin qarşısını alır.Meyvəsini duzlu suda bir müddət saxladıqdan sonra ,həmin su ilə dişləri və damağı möhkəmləndirmək məqsədilə qarqara edirlər.

Zeytun yağı mədəni yumşaldır, öd daşı, böyrək və qara ciyər sancmaları zamanı işlədilir.Ondan imalə şəklində istifadə etmək olar. Onu su ilə qatıb 1 ədəd də yumurta sarısı çalmaqla işlədirlər .

Böyrək və sidik kisəsinin xırda daşlarını tökmək üçün zeytun yağını isti su ilə qatıb istifadə edirlər.Əzələ ağrıları zamanı onunla bədəni yağlamaq məsləhət görülür.Zeytun yağının köhnəsinə daha çox üstünlük verilir.Köhnə dedikdə 7 illik yağ nəzərdə tutulur.Qoca zeytun ağacının gövdəsindən saqqız kimi çıxarılan maddə çox az tapılan zeytun saqqızıdır, hafizə üçün çox faydalıdır, köhnə və quru öskürək hallarında istifadə olunur.
Davamı →

Zeytun bitkisi

Zeytunun vətəni Aralıq dənizi rayonu və Yaxın Şərq ölkələridir. Qədim zeytun əkinləri Misir, Liviya səhralarının oazislərində, Suriya, Fələstin və Yunanıstan torpaqlarında yerləşir. Cins zeytun ağaclarına qədim Fələstində böyük diqqətlə qulluq edirdilər. Bu ölkənin qumsal və quru torpaqlarında zeytun yaxşı məhsul verirdi. Fələstinlilər zeytun yağından həm müxtəlif xörəklər hazırlamaq, həm də qəndilləri yandırmaq üçün istifadə edirlər. Qeyd edək ki, Fələstində o zaman hələ kərə yağı məlum deyildi.
Bizim «zeytun» sözü qədim yəhudi sözü sait (zeit)-dən əmələ gəlmişdir. Bu sözdən əvvəlcə ərəblər, sonra Şərq və Avropa xalqları (İran, Türkiyə, İspaniya, Portuqaliya və başqaları) istifadə etmişdir.
Davamı →