Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →

Mirzə Cəlilin rus dilinə münasibəti

XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı. I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur… imperiya siyasəti: parçala, hökm sür.

Davamı →

Cəlil Məmmədquluzadə

Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir.

Davamı →

Azərbaycanın ilk pianoçu qadını Xədicə Qayıbova

Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova represiya dövrünün musiqiçi qurbanlarından biri idi.

1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya altı övladın ən böyüyü olaraq göz açmışdır. Anası məşhur Terequlovlar nəslindən idi. (Bu, o Terequlovlar idi ki, onun iki qızı – Məlikə və Badigülcamal Üzeyir Hacıbəylinin və Müslüm Moqamayevin həyat yoldaşı idi).


Davamı →

Həmidə Cavanşir Məmmədquluzadə

Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlmişdir.
Qeyd edək ki, Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi olan Əhməd bəy Peterburqda hərbi məktəbi bitirib, 6 il rus ordusunda xidmət etdikdən sonra, Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdur. Aqrar sektorda o dövr üçün çox qabaqcıl texnoloji vasitələri tətbiq edən, kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir 7 «Qarabağnamə»dən ən məşhurunu — «Qarabağ xanlığının siyasi vəziyyətinə dair» əsəri yazmışdır.

Davamı →

Həbib bəy Mahmudbəyov

Həbib bəy Mahmudbəyov ötən əsrin əvvəllərində Azərbaycan maarifçiliyində və teatr sənətində xidmətlər göstərmiş ziyalılarımızdan biridir.

O, 1864-cü ildə Şamaxı şəhərində doğulub. Molla məktəbində, sonra şəhər məktəbində və Bakıda realnı məktəbdə təhsil alıb. 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutuna qəbul olunurlar. Hər ikisi təhsili başa vurduqdan sonra Bakıya dönür. Burada ilk özəl rus-müsəlman məktəbinin əsasını qoyurlar. Məktəb tez bir zamanda şöhrət qazanır. Böyük maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli yazır ki, 1891-ci ildə Qafqazda maarif müdiri olan Yanovski məktəbi ziyarət edir və həm şagirdlərin oxumasından, həm də cavan müəllimlərin səy və hümmətindən artıq dərəcədə razı qalır.
Davamı →

Çe Gevera və bizim ziyalılar

ABŞ əsgərləri gülləylə həlak etdikləri komandante Çe Gevaranın əlini kəsir, (guya barmaqlarının izini götürmək adı ilə) meyidini görk üçün üç gün açıq havada saxlayır, onu basdırdıqdan dərhal sonra qəbrin üzərini asfaltlayırlar. Sonradan inqilabçının asfaltlanmış qəbrinin üstündə aeroport ucaldılır. Ancaq Çe Geveranın qəhrəmanlığını basdırmaq mümkün olmur.
Bu gün hətta Azərbayan kimi etiraz ruhu öldürülmüş bir məmləkətdə Çe adı çəkiləndə qəlbi riqqətə gələnlər varsa, demək, onun haqqında deyilənlər gəlişi gözəl sözlər deyil.
Ardı →

Azərbaycan ziyalısı

Azərbaycan ziyalısı dünyanın bütün naqis keyfiyyətlərini öz çinədanına toplayan nadir məxluqdur. Onun deqredasiyasının sərhədi yoxdur.
Məsələn, Azərbaycan müəllimi. Bir dekan tanıyıram. Uşaqlara diplom işini yazdırır, qayıbları pulla pozdurur və s. Bu yaxınlarda onun başqa bir fəaliyyət sahəsi ilə tanış olmuşam. Bu məxluq universiteti qurtaran uşaqlardan pul yığıb onları Bakıdakı hərbi hissələrə saldırır. Uşaqlar hətta zarafatla deyirlər ki, Filankəs müəllim adama evlənmək üçün qız da tapır.
Ardı →