Dünya ədəbiyyatının Don Kixotları – Aybəniz Həsənova

Dünya ədəbiyyatında “Don Kixot”dan təsirlənən əsərlər, yaxud ədəbiyyatın “Don Kixot”ları
Kafka deyirdi ki, oxuduğumuz kitab bizi başımıza vurulan balta kimi silkələməlidir. Bu effekti yaratmayan kitabı oxumağın heç bir mənası yoxdur. Bəzi kitabları oxuduqdan sonra Kafkanın bu fikrinin çox doğru olduğu görürük. Elə kitablar var ki, onları oxuduqdan sonra, ona qədər oxuduqlarımızın heç birinin yaratmadığı o “silkələnmə”ni hiss edirik. ”Don Kixot” belə romanlardandır. Bu gün haqqında yüzlərlə ədəbiyyatçı və tənqidçinin yazdığı bu romana müxtəlif yanaşmalar olsa da, nəticədə hamının ortaq məxrəcə gələ bildiyi bir nöqtə mövcuddur: “Don Kixot” dünya ədəbiyyatının şah əsərlərindən biridir.

Davamı →

Axundovun yaratdığı xalq

Radikal, kobud sözlərdən radikal addımlara gedən yol, hakimiyyətin düşündüyündən də qısadır. Ərəb baharının kulisarxası gizlinlərini – real səbəbkarları, sifarişçiləri, ssenaristləri bir kənara qoyaq. Barrikadalara çıxanların ki davranışları “eksport” deyil. Onlar özləri elədir, mahiyyətləri, səviyyələri o cürdür. Bu da o deməkdir ki, inqilab meydanı kimi seçilən ölkələrdə insan materialı (Buxarin demişkən), bu tipli eksperimentlər üçün yararlı deyil.

Davamı →

Ədəbiyyat bir elmdir, yoxsa əfsanə?

Avropada ərəblərin «Min bir gecə» əfsanələrini alıb oxudular və «Robinzon», «Don Kixot» kimi əsərlərlə birlikdə böyük bir ədəbiyyat yaratdılar. İslam dünyası isə nə yazıq ki, cəbr, coğrafiya, dil və ədəbiyyat üzərində başlatmış olduğu ciddi çalışmaları yarıda buraxaraq hamısını əfsanəyə döndürdü. Bu üzdən də həm ədəbiyyatda, həm də texnolojidə geridə qaldı.

Davamı →

Azərbaycan ədəbiyyatının səhnəsi: Şair və tale

Azərbaycan poeziyasının son yüz ildə başına gələnləri bir yerə toplayıb onu kaleydoskop kimi fırlatsaq, çox-çox maraqlı hadisələrin şahidi ola bilərik. Əlbəttə, bildiyimiz şeylərin bu «dar macalda» görünməsi qəribə hisslər bəxş edəcək, hər gün gördüyümüz hadisələr bu təsadüfdə qəlbimizi həyəcanla dolduracaq, bizə elə gələcək ki, yol kənarında bitən çiçəklərin də baxışları var və onlar min illərdi üfüqlərin qaşını aşan ağ yola baxırlar. Yəni məlum bir mətndə deyildiyi kimi, biz taleyi seçə bilmirik, tale bizi ümidimiz gəlməyən bir yol kənarında qəddarcasına gözləyir.

Davamı →

Şəbəkə ədəbiyyatımızın ilk nümunəsi

Son iki əsrin qovuşağında izlənən texnogen qloballaşma insanların fərdi və ictimai şüurunu, həyat tərzi və fəaliyyətini, o cümlədən kommunikasiya proseslərini və estetik şüuru dərindən ehtiva etdi. Min illərlə müəyyən zümrənin fərdi refleksiyası kimi aktuallaşan bədii yaradıcılıq kütləviləşərək demokratikləşdi, klassik ədəbi meyarlardan uzaqlaşdı. Ərəstudan bəri sənətin təməl anlayışlarından olan mimesis — təqlidi sənət və katarsis — sənətin insanı dəyişdirməsi və yeni dünya yaratması müddəaları arxa plana keçdi. Sənayeləşmə dövrünün burjua əxlaqına asi olan modernizm də geridə qaldı, postindustrial mərhələnin normalarını aşan postmodernizmlə əvəzləndi.

Davamı →

Məhəmməd İqbal - Böyük Moğollar dönəminin son yadigarı

Allamə Məhəmməd İqbal (1887-1938) Pakistanın mənəvi atası sayılır, amma bu dövlət onun ölümündən sonra, 1947-ci ildə bu böyük insanın arzularının fiziki təzahürü kimi meydana gəlib. Onun yaşadığı dövrdə Böyük Moğolların səltənəti Hindistan Britaniya imperiyasına daxil idi və islami düşüncədə böyük rekonstruksiyalar aparmağa çalışan M.İqbal bu ərazidə ayrıca müsəlman dövlətinin yaranmasını arzulayırdı. «Mən istərdim ki, Pəncəb, Şimal-Qərb vilayəti, Sind və Belucistan vahid dövlət halında birləşsinlər». O, arzuladığı dövləti — «istər padişahlıq parıltısı olsun, istər respublika görüntüsü, dinsiz siyasət tiranlığa aparır» şəklində formullaşdırırdı. Onun ad günü hər il Pakistanda "İqbal günü" kimi qeyd olunur.

Davamı →

Nədən və nə üçün yazmalıyıq?

Ədəbiyyatın rolu və vəzifələri barədə həddindən artıq deyilib və yazılıb. Əvvəlki yazılarımda ədəbiyyatın vacibliyini dəfələrlə vurğulamışam. İnsan mənəvi ehtiyacları olan maddi varlıqdı. Ədəbiyyat məhz bu nüansı vurğulamaq üçün uzun əsrlər boyunca müxtəlif cür istifadə olunub. O zənginlərin süfrəsində  şairlərin və söz adamlarının mədhiyyələrinə çevrilərkən,  əhalinin digər təbəqəsi üçün  təsəlli yeri olub. Onları gələcəyə ümidə səsləyib, ağ atlı oğlanın gələcəyini, quyuya düşsən də, Simurq quşunun mütləq yetişəcəyini pıçıldayıb. Beşiyin başında laylaya, əkinçinin dilində holavara, zalımın zülmündə qarğışa, sözün lakonikliyində atalar sözünə, işarədən ayayanlar üçün məsələ, əyləncə axtaranlar üçün isə tapmacaya çevrilib.

Davamı →

Azərbaycanın rusdilli ədəbiyyatı

Azərbaycanın rusdilli poeziyası mövzu və janr palitrasının müxtəlifliyi ilə seçilir. Şairlər klassik ədəbiyyatdan rübai (Pyotor Davıdov), bayatı (Marat Şəfiyev) kimi şeir formaları ilə yanaşı, hayku (Tofiq Ağayev), sonet (Afaq Rafiqqızı) kimi janrlara da müraciət etmişlər. Poetik nümunələr arasında şeir silsilələri geniş yer alır. Afaq Rafiqqızının «Sonetlər cələngi», Leonid Zasın «Məhəbbət çələngi», Natalya Voroninanın «Durğu işarələri», Səyavuş Məmmədzadənin «Bolqar motivləri» silsiləsi və s. bu qəbildəndir.

Davamı →

İrəvanın yolları

 Əşrəf ağlına, fikrinə gələni başından atmaq üçünmü, baş verə biləcək müsibətə inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi, baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin şəklini məktəblilərin əlində görəndə diksindi. «Nə münasibətlə?». Cəlal müəllimə döndü.
— Cəlal müəllim, sən böyütdürmüsən? Bilirəm, əziz şagirdin ölüb… Zəhmət çəkmisən, özüm...
Cəlal müəllim qollarını açıb həmkəndlisini qucaqladı.
— Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik zirvəsinə ucalıb. Başını uca tut. O, indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...

Davamı →

Əli bəy Hüseynzadə | Öksüz yaxud son busə -

Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:

Davamı →