Həyatın məqsədi nədir?

  • Esse
Barda
Haham Volf təsadüfən bir bara girdi. İçərinin havası yaman ağır idi. Kimi içir, kimi də qumar oynayırdı. Haham heç nə demədən çölə çıxdı.
 
Gənc biri arxasından gəldi:
 
“İçəridə gördüklərinizdən heç xoşunuz gəlmədi. Bilirəm.” – dedi. — “Bura günahkarların məkanıdı”. 
 
“Yox, gördüklərim xoşuma gəldi. – Volf cavab verdi. – “Burdakı adamlar hər şeyini itirməyin nə demək olduğunu öyrənir. İtirmək təcrübəsini yaşayandan sonra onlar üçün yalnız bircə variant qalacaq: Tanrıya sığınmaq. Və o andan sonra hər biri Tanrının mükəmməl xidmətçisi olacaq”.
Davamı →

Küp | Lucci Pirandello

Bu il zeytun da bol idi. Hələ keçən il çoxlu məhsul vermiş ağaclar, çiçəkləmə vaxtı havalar dumanlı keçsə də, artıq bərkimişdi.
 
Kvote Primosoledəki sahəsində kefin istəyən zeytunu olan Lollo Dzirafa zirzəmisindəsi beş köhnə küpün zeytun yağı üçün bəs etməyəcəyini görəndə əvvəlcədən küp düzəldilən Santo Stefano da Kamastrola daha bir gün sifariş vermişdi. Bu hündür, qarınlı təzə küp zirzəmisindəki küplərdən çox iri idi.
 
Don Lollo həmin küpün üstündə yerli dulusçu ilə çox çənə vurmuşdu. Don Lollo Dzirafa daha kimə ilişmirdi ki? Heç nəyin üstündə, hasardan düşən adicə bir daşın üstündə belə çığır-bağır salır, qatırını yəhərləyib, şikayət eləmək üçün dərhal şəhərə çapırdı. Nəhayət, gerb kağızına, vəkillərə, gah bu, gah da o qonşu ilə çəkişmə üstündə o qədər məhkəmə xərcləri vermişdi ki, az qala tamam var-yoxdan çıxmışdı. 
Davamı →

Mərakeş | Corc Oruel

Meyiti restoranın yanından apararkən bir topa milçək masadan uzaqlaşıb, onun arxasınca uçdu, ancaq çox keçmədən geri qayıtdı.


Yas tutan kiçik kütlə — kişilər və oğlan uşaqları, qadınlar yox idi — bir tərəfdən nar piştaxtaları, digər tərəfdənsə taksi və dəvələrlə əhatələnən bazar meydanının içindən keçərkən eyni kədərli mahnını təkrarlayırdılar. Milçəkləri cəlb edən o idi ki, meyiti tabuta qoymurlar, əskiyə bürüyüb kobud taxta xərəyin köməyilə dörd dostunun çiyinlərində aparırlar. Dostlar qəbiristanlığa çatanda iki fut dərinliyində uzununa çuxur qazır, cəsədi ora uzadır və kərpic qırıntılarını xatırladan quru torpaqla üzərini örtürlər. Burada nə başdaşı, nə ad, nə də şəxsin kimliyini bildirən hər hansı işarə var. Qəbiristanlıq — nəhəng, boş bataqlıqdır, sanki atılmış tikinti  meydanıdır. Bir neçə ay sonra hətta yaxınlarının harada basdırıldığını belə, tapmaq olmur.
Davamı →

Ölmək asan deyil | Con Sommerfild

Uzun şırımın axırında yanıb külə dönmüş qırıcı təyyarənin müqəvvası görünürdü; bu şırım həmin təyyarənin son enişindən yadigar qalmışdı. 
 
Günəş batmaq üzrəydi. Hər qum təpəciyinin, hər kaktus kolunun, hər pırtlaşıq düşmüş tikanlı səhra zibilinin yöndəmsiz kölgəsi uzanaraq, qaranlığa bürünən üfüqə sarı sürünürdü. Sakit və ilıq qumluqda, nəhayətsiz, boş səmada, gecəyə və ya gündüzə aidliyi bilinməyən qürub çağının işığında elə saf sükut hökm sürürdü ki, sanki bu yerlərdə heç vaxt həyat əlaməti olmamışdı.
Davamı →

Sevgi bağından qaçmaq | Vladimir Kaminer

80-cı illərin sonunda dostlarımla eyni filmlərin təkrar göstərildiyi “Moskva” kinoteatrının foyesində tez-tez görüşərdik. Biz hippi idik və hamımızın ləqəbi var idi. Foyenin də həmçinin, onu “Sevgi bağı” adlandırırdıq. Çünki qışda ora çox isti olurdu və kinoya az adam gəlirdi. Biz orda demək olar ki, hər gün görüşür, mühüm mövzulardan danışırdıq. O vaxtın əsas maraqlı mövzuları qızlar və narkotik yox, mühacirət idi. Bizim üçün böyük qəhrəmanlar sərhədi keçib xaricə qaçmağı bacaranlar idi. Necəsə özümüzü bu adamlarla eyniləşdirirdik və sonda həqiqətən elə bilirdik ki, bizi təqdib edirlər: yaşı çox olanları polis, gənc olanları isə valideynləri.

“Şahzadə” adlandırdığımız dostum bu mühacirət mövzusunun sanki xəstəsi idi. Qaçanlar barədə harda xəbər görsə, kəsib götürür, albomuna yapışdırırdı. Şahzadə qaçanların hamısını tanıyırdı: Şərqi Almaniyadan olan bir ailə vardı, hansı ki, hava şarı ilə Qərbə keçməyi bacarmışdılar.
Davamı →

İosif Brodski ilə Oktavio Pasın söhbəti

Oktavio Pas: Əgər söhbət poeziyadan gedirsə…, poeziya əxlaqla bağlı olan bir nəsnədir.

İosif Brodski: Əlbəttə, ancaq onunla. Ancaq yenə də, necə olmasa da…

O. P: İctimai əxlaqla. Siyasi əxlaqla. Paund Mussolini ilə dostluq edirdi və bəzən də səfeh şeylər qaralayırdı, düzdürmü? İndi Nerudayla Araqonu götürək, onların vəziyyəti daha pis idi. Paund birbaşa adam idi, nə zaman dayanmaq lazım gəldiyini dəqiq bilirdi. Nerudayla Araqon isə dialektikaya inanırdılar, onlar Paundun bu şeirlərinə bənzəyən mətnlərini gizləyirdilər. Bu şeirlər bərbad gündəydi.

İ.B: Gəl, indi başqa bir adamı xatırlayaq. Məsələn, Marsialı. Bu şair yadındamı? Romalı.
Davamı →

"Don Kixot"dakı gizli magiya

Ola bilər ki, bu tipli qeydlər artıq söylənilib, özü də dəfələrlə; məni onların orijinallığından çox həqiqiliyi maraqlandırırdı.

Digər klassik əsərlərlə müqayisədə ("İlliada", «Eneida», «Farsaliey», Dantenin «Komediyaları», Şekspirin faciə və komediyaları) «Don Kixot» realist kitabdır; bununla belə bu realizm XIX əsr realizmindən fərqlənir. Cozef Konrad yaza bilərdi ki, bütün qeyri-təbii şeyləri yaradıcılığından silib çıxarır, çünki bunun varlığına imkan yaratmaq gündəlik həyatda möcüzəni inkar etmək demək olardı; bilmirəm, Migel de Servantes bu fikirlə razılaşardımı, ancaq mən əminəm ki, «Don Kixot»un öz forması etibarilə prozaik və real dünyanı poetik və uydurma dünyaya qarşı qoymağa məcbur edərdi. Konrad və Henri Ceyms gerçəkliyə roman paltarı geyindirmişdilər, çünki onlar bunu poetik hesab edirdilər; Servantes üçün reallıq və poetiklik — antonimlərdir.
Davamı →

Vida | Haynrix Böll

İnsanın çoxdan vidalaşmış olduğu, amma qatar hərəkət etmədiyi üçün ayrıla bilmədiyi o bərbad ruh halındaydıq. Gözləmə salonu bütün stansiyalarda olduğu kimi, çirkli idi və yel çəkirdi, isti buxar və səs-küy içindəydi; insan və vaqonların səsi.

Şarlotta uzun qatar dəhlizindəki pəncərənin başında durmuşdu: bəziləri davamlı olaraq arxadan onu kənara itələyir və lənət oxuyurdu, ancaq bu son dəqiqələrdə, birlikdə yaşamağımızın bu ən dəyərli son dəqiqələrində izdiham dolu şöbədə bir-birimizi işarə ilə anlaya bilmirdik.
Davamı →

Görkəmli yazarların sirli həyatı: Henri Devid Toro

Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər zaman nədənsə imtina edərdi. Məsələn, Harvard universitetini bitirib incəsənət magistri diplomu almaq üçün 5 dollar ödəməkdən imtina edib. “5 dollara dəyməz, – Toro deyib, – hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır”.

Konkord Akademiyasına, belə bir mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi subordinasiyanı pozduğu üçün onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək karyerasına çox pis təsir göstərib. 

Digər məşhur etirazı isə 1847-ci ildə olub. Toro Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulmağı ilə bağlı etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən imtina edib. Toro onun yerinə vergi ödəməyə gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə görə) mübahisə edərək həbsxanaya düşüb.
Davamı →

Vətən | Aleksandr Kuprin

Əşyalar, hadisələr və sözlərin dərinliyinə varanda və inadla baxanda onlar qeyri-adi görünür. Yeni rəng və çalarlar hər zaman göz önündə dayanır.

Bax, Vətən anlayışı budur. O, nə qədər darısqal və ölçüsüz, hər şeydən üstün, mübaliğəsiz genişlikdə olsa belə, böyüyəcəkdir.

Mən ona qarşı sevgimi ən primitiv formada tanıdım — vəhşilərin öldüyü və meymunların vərəmə tutulduğu həsrət, xəstəlik obrazında… Mən üç yaşımdan iyirmi yaşıma kimi moskvalı idim. Ailəmiz hər yay bağa gedirdi: Petrovski parkına, Ximkaya, Boqorodski, Petrovsko-Razumovski, Ramenskiyə, Sokolnikə. Yaşıllıqlar içərisində yaşayarkən Moskvanın daş-kəsəyi üçün, təkcə anamın başa düşdüyü — heç olmazsa həftədə bir dəfə şəhər gəzintisinə çıxmaq, onun isti, tozlu küçələrində yürümək, əhəng, qaynar asfalt qoxusunu içinə çəkmək, dəmir və daş gurultusunu dinləmək ehtiyacı səbəbindən o qədər darıxırdım ki…
Davamı →