MÜDRİK QARIMIŞ

Şiringül Musayevanın yaradıcılığına az-çox bələdəm. Yazmaq, çap olunmaq xatirinə yazmayan az söz adamlarından biri də Şiringül xanımdır. Özünəməxsus dəst-xətti ilə digər yazarlardan fərqlənir.
Onun çox orijinal ədəbi priyomla qələmə aldığı «Qarımışın monoloqu» hekayəsi bəzilərinə ictimai və sosial mövzuda yazılmış nəsr əsəri kimi görünə bilər. Amma Şiringül xanım Qarımışın özü ilə ürək söhbətini məişət mövzusundan bəşəri ideyalar və narahatlıqlar səviyyəsinə qaldıra bilmişdir. Məişətlə bəşəriliyin uğurlu sintezi nəticəsində oxunaqlı hekayə yaranmışdır.
O, oxucunu yormur, fikirləri axıcı və səmimidir, folklöru və şifahi xalq ədəbiyyatını dərindən bilir, atalar sözlərinə, zərb-məsəllərə tez-tez müraciət edir. Maraq üçün saydım, yazıçı «Qarımışın monoloqu»nda 22 atalar sözü ilə hekayənin süjet xəttinə, kompozisiyasına aydınlıq gətirmiş, al-əlvan naxışlar vurmuşdur. Şiringül xanımın cümlələrinin məna yükü ağırdır, zəngin informasiya daşıyıcısıdır.
Davamı →

HEKAYƏ - XALQ FOLKLORU KİMİ...

 


Şiringül Musayeva yaradıcılığında "ÜMİDLƏR YAYILSIN SABAHLARINA..." hekayəsi
müasir dastançılığın ən gözəl nümunəsidir
 
Azərbaycan ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatıdır. Əhalisinin say tərkibini mükəmməl qələm sahiblərinə nisbətdə müəyyənləşdirməklə bunu isbata ehtiyac olmadan sübuta yetirmək mümkündür.
Ədəbiyyatın zənginliyi şifahi xalq ədəbiyyatı ilə yazılı mənbələrin vəhdətindən yaranır. Dünya şöhrətli dahi Nizami Gəncəvidən üzübəri şifahi xalq ədəbiyyatından, xalq folklorundan bəhrələnmək tendensiyası mövcud olmuş və çox güman ki, hələ neçə qərinələr davam edəcəkdir. Demək olar ki, xalq folkloruna müraciət etməyən qələm sahibi yoxdur. Elə ona görə də söz sahiblərinin əsərlərinin çəkisi çox zaman onun xalq folklorundan necə istifadə etməsindən asılı olur.
Davamı →