Əzələlərin inkişafı üçün hansı qidalar önəmlidir?

Əgər əzələlər çips, kola, dondurma, tort, kartof qızartması, şokolad və çaydan əmələ gəlsəydi, çoxumuz nəhəng, hər əzələsi gözlə görünən insanlar ola bilərdik. Ancaq “təəssüf ki” belə deyil və əzələ yaradan qidalar bu saydıqlarımdan tamamilə fərqlidir. Əzələ yaratmaq və ya mövcud əzələləri inkişaf etdirmək və yağ yandırmaq üçün bir çox fərqli protein qaynağına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyacımız var. Protein, əzələ əmələ gətirən qidalar arasında ilk sıradadır amma karbohidrat və yağların tamamilə gözardı edilməməsi və nizamlı bir şəkildə qəbul edilməsi gərəklidir. Məsələn, heç yağ ehtiva etməyən bir qidalanma proqramı tətbiq etsəniz, bədəniniz mövcud yağı saxlamağa çalışcaq. Bu da yağın daha uzun müddətdə bədəndən atılmasına səbəb ola bilər.
Davamı →

Əzələlər

Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.
  • Eninəzolaqlı və ya sklet əzələ;
  • Saya əzələ;
  • Ürək əzələsi.
Eninəzolaqlı əzələlər
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. İşi iradidir.Bu əzələrin fəaliyyəti zamanı müəyyən hərəkətlər yaranır. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülaların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miozin (tünd) dir.Bunlar sayəsində əzələlər yığılır. Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır  mezodermadan inkişaf edir.Əzələlər vətərlər vasitəsi ilə sümüyə bağlanır.
Davamı →

Əzələ kütləsini artıran qidalar

1. Yumurta
Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

2. Toyuq filesi
100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

Davamı →

Pəhriz saxlayarkən əzələlərin qoruması

Artıq çəkidən azad olmaq üçün pəhriz saxladıqda əzələləri qorumaq üçün ilk növbədə lazımi prosedurları gözləməklə yağlarınızın hansı miqdarda olmasından əmin olmaq lazımdır. Ona görə də çəki verməyə çalışarkən əzələlərinizin deyil, yağlarınızın yox olduğundan əmin olun. Pəhriz edərkən əzələləri qorumağın yollarından biri də bu hesab olunur. Həmçinin zülaldan imtina etməyin düzgün olmadığı bildirilir.

Nə qədər sağlam zülal qəbul etsəniz, o qədər sağlam əzələlərə sahib olarsınız. Bununla da keyfiyyətli şəkildə çəki itirərsiniz.

İstək əsnasında gün ərzində qida rasionunda 1 pay ət yeməklərinin qəbulu da istisisna olunmur. Bitki mənşəli zülallara da laqeyd yanaşmayın. Pəhrizinizdə quru paxla, noxud və mərcimək kimi bitki mənşəli zülallara həftə ərzində 2-3 dəfə yer vermək məsləhətdir.

Tam buğdadan, tam taxıllı və ya çovdar növündən hazırlanan çörəkdən də istək əsasında istifadə edə bilərsiniz.

Çox aşağı enerjili (kalorili) pəhrizlər etməyin.


Ardı →

Əzələ yığmaq üçün 30 qızıl qayda

1- Ağırlıq və Bodyfitness işləri əsnasında istirahət etmə, yuxu və bəslənmənizə çox diqqət yetirin.

2- İşlərinizə ən erkən yeməkdən 2-3 saat sonra başlayın. Tox qarınına əsla idman etməyin.

3- başlanğıc-Orta mərhələ-İrəlləyənlər üçün hazırlanan proqramları izləyin, verilən tapşırıqların xaricinə çıxmayın.

4- Hansı hərəkətlərin hansı əzələ qruplarını işlətdiyini bilin, Body building terminologiyasını öyrənin, məşqlərin doğru və ən incə nöqtələrinə diqqət yetirin.

5- Gündəlik işlərinizə mütləq surətlə 5'-7'lik bir istiləşməylə başlayıb nəbzinizi 110-120 atım/dak.arasına gətirdikdən sonra istilənmiş halda tapşırıqlara başlayın. (Bunu qısa vaxtda velosiped, qaçış, ip atlama, yerində sıçrama ilə təmin edə bilərsiniz.
Davamı →