Faustus Hüquqi Xidmətlər Mərkəzin fəaliyyət istiqamətləri

     “Faustus Hüquqi Xidmətlər Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti 1 dekabr 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

          Öncəliklə bildirək ki, bütün hüquq sahələri  (mülki, cinayət, inzibati və iqtisadi) üzrə xidmət göstərən bu mərkəz bizə edilən çoxsaylı müraciətlər əsasında açılmışdır.İnsanların daha mükəmməl hüquqi müdafiə olunma zərurətindən təsis edilən mərkəz qarşısına peşəkar hüquqi müdafiə yolunu qoyaraq milli və beynəlxalq qanunvericiliyin imkan yaratdığı həddə insanların hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir.

          Eyni zamanda bildirək ki, mərkəz fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə yanaşı hüquqi maarifləndirmə yolunu da seçərək cəmiyyətimizə öz töhfəsini verməkdədir. Belə ki, mərkəzə məxsus sayt yaradılaraq, sosial şəbəkələr səhifələri təsis edilərək və Faustus TV YouTube kanalı ərsəyə gətirilərək cəmiyyətimizi marağlandıran, aktual hüquqi informasiyalar haqqında mütəmadi məlumatlar yayımlayır.

         Xidmətlərimiz və yuxarıda qeyd olunan digər məlumatlar barədə daha ətraflı məlumat almaq üçün Mərkəzə məxsus sayta daxil ola bilərsiniz və sizi marağlandıran məsələlər barədə onlayn müraciət və sual-cavab bölümü vasitəsi ilə bizə müraciət edə bilərsiniz.


Ardı →

Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →

XX əsrin ən böyük 15 cinayəti

ən boyuk cinayətlər1932-ci ildə Atlantik okeanını tək keçən ilk amerikan pilot Çarlz Lindberqin 20 aylıq oğlu qaçırılıb. Aylarla aparılan araşdırmalardan sonra uşaq sərt alətlə döyülərək öldürülmüş halda tapılıb. Cinayətlə bağlı iki nəfər edam olunub.

1911-ci ildə “Mona Liza” Luvr muzeyindən oğurlanıb. Hamı “Mona Liza”nın məhv edildiyini düşünsə də, əsər 3 il sonra İtaliyada tapılıb. Vinçenzo Perugi onu satmağa cəhd edərkən yaxalanıb. “Mono Liza” muzeyə qaytarılıb.

15 yanvar 1947-ci ildə belindən iki yerə bölünmüş qadın cəsədi tapılıb. 22 yaşlı kaliforniyalı gənc qızın üzünün bəzi hissələri də oyulmuş olub. Aktrisa olmaq istəyən Şort məqsədinə çata bilmədiyi üçün ofisiant işləməyə başlayıb. Qız Amerika Hava Qüvvələrində xidmət edən bir gənclə nişanlanıb, ancaq qızın nişanlısı 1945-ci ildə həlak olub.


Ardı →