Dua edəndə sevinirəm.

Salehlərdən biri belə dedi: «Həqiqətən də mən bütün ehtiyaclarımı Allahdan dua edərək istəyirəm. Yəni, mən nə isə hər hansısa bir şeyi istədikdə əllərimi açıb Allahdan həmin hacətimi, istəyimi yalvarıb, dilə gətirib dua edib istəyirəm.”


Əgər Allah Təala mənim dua edərək Ondan istədiyimi mənə versə mən bir dəfə sevinirəm. Yəni həddən artıq sevinirəm, bu sevincim yalnız istədiyim bir şeyin mənə verilməsi üçündür. Bu da bir dəfə olur. Əgər uca Rəbbim dua edərək istədiyimi mənə verməsə on dəfə sevinirəm. Çünki birinci sevincim öz ixtiyarımladır. Belə ki, mən istədim və uca Allah da verdi, mən sevindim, bu sevinc öz ixtiyarımla oldu. Yəni özüm istəyərək sevinirəm.



Ardı

Dua haqqında

Dua qəbul olan vaxtlar:
1. Azan vaxtı.
2. Səhər, gecə yarısından sonra.
3. Ərəfə günləri.
4. Cümə günləri.
5. Bayram günləri.
6. Ramazan ayı.
7. Qurani oxuduqdan sonra.

Ardı

Qara üzüm salxımı

   İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
   Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " — deyə öz-özünə dua edərmiş.

Ardı

Dua

Ey Rəbbim! Bizimlə halımıza görə davranma. Öz ikram və ehsanına görə davran!

Ey Rəbbim! Kərəm və lütfünlə hidayət etdiyin qəlbi yenidən zəlalətə, azğınlığa meyl etdirmə. Bəlaları bizdən uzaqlaşdır və dəyişdir. Ey əfvi çox olan, günahları örtən Rəbbim! O günahlara görə bizdən intiqam alma. Bizə əzab etmə!

Ey Rəbbim! Biz nəfs ilə şeytana it kimi tabe olduqsa da, Sən əzab aslanını bizim üstümüzə salma!

Ardı

Namaz haqqında

Bu, ən gözəl ibadət növünə əməl etməyən insana bir müraciətdir. Bəli, dostum, sən yanılmırsan, mən sənə müraciət edirəm. Şəxsən sən, ən gözəl ibadət növünü tərk edirsən, o ibadət ki, bizə Allah tərəfindən fərz(vacib, yerinə yetirilməsi mütləq olan)buyurulub. Məhz sən ağılsızlıq edib ibadəti tərk etmisən, namaz qılmaq istəmirsən.


Biz, spirtli içki qəbul edən müsəlman gördükdə deyirik: «Müsəlman qardaş, spirtli içki içmə!» Biz yarıçılpaq müsəlman qadın gör dükdə deyirik: «Müsəlman bacı, bu cür geyinmək iman gətirmiş bir qadına yaraşmaz!» Ey ibadət etməyən, namaz qılmayan insan! Səni gördükdə səni özümüzə necə yaxınlaşdıraq, səni necə sevək, sənə necə müraciət edək?



Ardı

Gələ bilmədi...

O, tək yaşayırdı. Bir otaqlı evdə. Çoxu elə bilirdi ki, bu evdə heç kim yaşamır. Bax beləcə, səssiz-səmirsiz həyat tərzi keçirirdi.
Bir gün narın yağış yağırdı. Yağışlı havada dualar da tez qəbul olunduğuna inanırdı. Çox sevincli idi. Sevinirdi, sevinirdi ki, dua edəcək. Demək olar ki, hər gün axşam namazını məsciddə qılırdı. Həmişəki kimi bu gün də namazını qılmaq üçün məscidə yollandı. Evi məscidə yaxın olduğu üçün tez çatdı. İqamədən əvvəl dua etdi. Sonra camaatla namazını qıldı. Bir qədər oturduqdan sonra harasa tələsirmiş kimi məsciddən çıxdı. Yağışlı havada dənizə baxa-baxa zikr etməyi də çox sevirdi. Dəniz kənarına gəlib, skamyanı yağışdan qoruyan bir yer tapıb, oturdu.
Qəfildən kimsə arxadan onun çiyninə toxunaraq «Bu sənsən?» deyə həyəcanla, təəccüblə soruşdu. o, duruxdu. Hələ çönüb sifətinə baxmasa da səs ona doğma gəldi. Amma yanıla bilərdi. Əmin olmaq üçün arxaya çevrilib ona sual verən adama baxdı. Bu, əlində əsa tutmuş bir qoca idi. «Yox, yox! Mən yanılmadım. Bu odu. Bu həmin o insandı. O insan ki...»

Ardı

Dua haqqında

Bismillahir rəhmanir rəhim
— Dua-Allah-taalaya yalvarmaq, onu anlamaq, zikr etməkdir.
— Dua-Allah-taaladan yardım istəmək və ona qulluğunu bildirməkdir.
— Dua-ən böyük ibadət və ən qüvvətli bir niyazdır. Duanın qiymətini bilməliyik.
— Dua-ümidsizlərin ümid qaynağıdır.

Ardı

Dua


İki dost (biri gənc,biri yaşlı) balıq tutmaq üçün qayıqla dənizə çıxdılar.Bir qədər üzdükdən sonra tilovlarını sahildə unutduqlarını gördülər.Gənc dost üzüb tilovu sahildən gətirməyi təklif etdi.Yaşlı dost isə əllərini açdı və qısa bir dua oxuduqdan sonra ayağını suyun üzərinə qoydu.İlk addımı bir az tərəddüdlü idi,ancaq ikinci addımında arxayınlaşdı və bu «arxayın addımlarla» suyun üstü ilə yeriyərək sahilə qədər getdi.Bir azdan artıq o,tilovu götürmüş və yenidən qayığa qayıtmışdı.Bunu görən gənc dost heyrətindən donub qaldı…

Ardı