Dini və ibrtətli hekayə...


İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. 
Mələk cüzamlıdan soruşur:
— Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
— Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir — deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
— Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
— Dəvəm olmasını istərdim — deyir.
Ona boylu dəvə verilir və mələk deyir:
— Allah bununla sənə öz lütfünü göstərdi.
Mələk keçəlin yanına gəlir və soruşur: 
— Sən ən çox nə arzu edərdin?
Keçəl:
— Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir.
Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur:
— Hansı əmlakı isərdin?
O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir:
— Allah bununla sənə lütfünü göstərir.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir. O deyir:
— Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.
Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur:
— Hansı əmlakı istərdin?
O deyir:
— Qoyun.
Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir:
— Allah sənə bununla rəhm etsin.
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir. 
Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir:
— Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm. 
Mənim ehtiyacımı Allah və sonra səndən başqa heş kim qarşılaya bilməz.
Sənə gözəl və yaxşı dəri və bu qədər var-dövlət vermiş Allahın
rizası üçün mənə gedəcəyim yerə çatmaq üçün bir dəvə ver.
Kişi cavab verir:
— Mənim çox işlərim var, ona görə sənə heç nə verə bilmərəm.
Mələk deyir:
— Sənin deyəsən yadından çıxıb ki, bir vaxt cüzam xəstəsi idin və
insanlar səndən qaçırdı. Sən kasıb bir insan idin və bunları sənə Allah verdi.
O isə cavabında dedi:
— Bunlar mənə ailəmdən miras qalıb.
Belə olanda mələk ona dedi:
— Yalan deyirsənsə, Allah səni əvvəlki halına salsın.
Sonra mələk keçəl adamın yanına getdi və eyni hadisə orda baş verdi. Mələk ona da eyni sözləri dedi:
— Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına salsın.
Sonra mələk kor qismində əvvəl kor olmuş adamın yanına gəlir və deyir:
— Mən kasıb bir adamam və səfərdəyəm. Səfərdə olduğum müddətdə bütün
varımı itirmişəm. Allahdan, sonra da səndən başqa mənə kömək edən kimsə
yoxdur. Sənin gözünə işıq verən Allahın rizasına mənə səfərimi sona çatdlrmaq üçün bir qoyun ver.
Kişi dedi:
— Mən kor idim və Allah mənə gözümü qaytardı. Mən kasıb idim və Allah
mənə var-dövlət verdi. Allah rizasına bu var-dövlətin hamısını götürsən də, heç nə deməyəcəyəm.
Mələk dedi:
— Var-dövlətin özünə qalsın. Allah siz 3 nəfəri imtahan edirdi. O, səndən razı qaldı, digərlərinə isə qəzəbləndi
 

ÜMÜD...

Qaranlıq bir otada 4 şam sakitcə yanırdı. 

Otaqda səssizlik oldduğu üçün şamların pıçıltısı aydınca eşidilirdi. Qapının arxasında dayanan uşaq diqqetle onların söhbətinə qulaq asırdı. 

Birinci şam «Mən sülhəm, ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir.

Nə qədər yanmaq istəsəmdə, bilirəm ki, sönəcəyəm» dedi və söndü. 

İkinci şam «Mən səmimiyyətəm, ancaq heç kim bir-birinə qarşı səmimi olmur.

Mənimdə yanmağımın artıq mənası qalmadı» — deyərək söndü və qaranlığa qərq oldu. 

Üçüncü şam «Mən sevgiyəm, ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.

Onlar artıq öz yaxınlarınıda sevmirlər» — deyərək bir göz qırpımında söndü. 

Pıçıltıların kəsildiyini eşidən uşaq içəri girdi. 

Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı. 

Dördüncü şam uşağa təskinlik verərək, «Qorxma nə qədər ki, mən yanıram heç bir şam sönə bilməz. 

Çünki mən ümidəm» -dedi.

Gözləri parıldayan uşaq şamı götürərək o biri şamları yandırdı.

İçinizdəki ümid şamını söndürməyin!...

ALLAH`la insan arasındakı dialoq

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. («Bəqərə»,186)

Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən 
SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, 
səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? («Nur», 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. 
Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! («Hud», 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! («Tövbə», 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. («Zumər», 53)

Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? («Ali-İmran», 135)

Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün
içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:
“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim. 
O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” («Zumər», 36) — dedi.

ALLAH günahlarmızı bağışlasın İNŞALLAH...

İbrətamiz hekayə

Adamın biri əlində böyük bir bıçaqla məcidə girir və soruşur:
Aranızda Müsəlman olan varmı? 
Qorxudan kimsə bir şey deyə bilməz. Bir azdan yaşlı bir adam ayağa qalxar:
«Mən Müsəlmanam » deyər. 
Bıçaqlı adamla yaşlı adam məsciddən çıxarlar.
Adam çöldəki inək sürüsünü göstərib:
əmi, bunları qurban edəcəm mən bacarmıram kömək edərsənmi? 
Yaşlı adam bəyə bir heyvanı kəsdikdən sonra «mən yoruldum başqa birini tap» deyər. 
Adam bu səfər qanlı bıçaqla yenə məscidə girər və soruşar: 
Aranızda başqa Müsəlman varmı? 
Az əvvəlki adamı doğradığını düşünən camaat çox qorxar və hər kəs eyni anda imama baxar, 
İmam:Nə baxırsınız mənə?? iki rükət namaz qıldıq deyə dərhal Müsəlmanmı olduq? deyər...
Həqiqətən də heç nə həyatda göründüyü kimi deyil.ALLAH imanınızı möhkəm eləsin

Peyğəmbərimiz (s.a.v) buyurmuşdur:

Ey insanlar! «Qadınların haqqlarını qorumağınızı və bu xüsusda ALLAHdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, ALLAHın əmanəti olaraq aldınız və onların namusunu özünüzə ALLAHın əmri ilə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınızı, yatağınızı heç kimsəyə çeynətməmələri, xoşlanmadığınız kəsləri izininiz olmadıqca evlərinizə almamalarıdır. Əgər gəlməsinə icazə etmədiyiniz bir kimsəni evinizə alsalar, ALLAH, sizə onların yataqlarında yalnız buraxmanıza və daha olmasza yüngülcə döyümənizə izin vermiştir. Qadınların da sizin üzərinizdəki haqqları, qanuni ənənə və adətə görə yemək və geyəcəklərini təmin etmənizdir..

Ardı

Nəml surəsi

(Məkkədə nazil olmuşdur, doxsan üç ayədir)
Bağışlayan və mehriban Allahın adı ilə
1. Ta, Sin. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və belə mütəşabih ayələri vardır. And olsun Turi-sinaya və Süleymana ki, bu surə Quranın, aşkar və aydınlıq gətirən kitabın ayələridir).
2. Möminlərə yol göstərən və mücdə verəndir.
3. O kəslərə ki, namaz qılır və zəkat verirlər, o kəslərə ki, axirət gününə yəqinlik tapmışlar (möhkəm inanırlar).
4. Həqiqətən, axirət gününə iman gətirməyənlərin (çirkin və batil) əməllərini (onları öz başlarına buraxmaq və şeytanı onlara hakim etməklə) nəzərlərində zinətləndirdik. Buna görə də onlar daim dərbədər bir vəziyyətdədirlər.
5. Onları şiddətli əzab gözləyir və axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır! (Çünki, möminin günahdan əlavə savabları da vardır, lakin onların savabları aradan getmişdir).
6. (Ya Peyğəmbər!) Həqiqətən, bu Quran hikmətli olan və (hər şeyi) bilən (Allah) tərəfindən sənə verilir.
7. (Yada sal) o zaman ki, Musa öz ailəsinə demişdi: «Mən bir od hiss etdim (uzaqdan gördüm), tezliklə sizə ondan bir xəbər, yaxud (ondan) qoparılmış bir köz gətirərəm ki, bəlkə qızınasınız.»
8. Musa alovun yanına çatdıqda belə bir nida gəldi: «Alovun içində olan (qüdrət və cəlalı alovda təcəlli edən Allah, yaxud alovun içində Allahın müqəddəsliyini bəyan edən mələklər), alovun yanında olan (Musa) çox xeyirli və bərəkətlidir. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir.»
9. «Ya Musa, həqiqətən, yenilməz qüdrət və hikmət sahibi olan Allah Mənəm».
10. «Əsanı at! (Musa əsasını yerə atdı.) Onun — iti sürünən ilan kimi sürətlə hərəkət etdiyini gördükdə, arxaya döndü və (elə getdi ki,) heç arxasına belə baxmadı. (Səs gəldi:) «Ya Musa, qorxma! Həqiqətən, peyğəmbərlərim Mənim yanımda qorxmazlar».
11. «Lakin kim zülm etsə, bu pis əməldən sonra onun əvəzinə yaxşı bir iş görsə, həqiqətən, Mən çox bağışlayan və mehribanam».
12. «Əlini qoynuna qoy ki, doqquz möcüzənin biri kimi parıldayan, eyibsiz-qüsursuz çıxsın. (Beləliklə) Firon və onun qövmünə sarı (yollan). Həqiqətən, onlar fasiq və itaətsiz bir qövmdürlər».
13. Bizim aşkar və aydınlıq gətirən möcüzələrimiz onlara gəldikdə dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
14. Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
15. Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
16. Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir».
17. Süleymanın cin, insan və quşlardan ibarət olan qoşunu (döyüşə çıxmaq, ya hərbi hazırlıq üçün) toplandı. Qoşunun əvvəlinin və axırının birlikdə olması üçün hamısını bir yerə yığdılar.
18. Nəhayət, (onlar) «Vadin-nəmlə» (Taifdəki, ya Şamdakı qarışqa vadisinə) endikdə, bir qarışqa (hamıya elan etmək məqsədilə) dedi: «Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzməsinlər!».
19. Süleyman onun sözünə gülümsəyib (onun kəlamını duyduğuna, məqsədini başa düşdüyünə görə şükr edərək) dedi: «Ey Rəbbim, mənim özümə və ata-anama əta etdiyin nemətə şükr etmək və Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver (qüvvət ver) və məni Öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et».
20. Sonra Süleyman (qoşunundakı) quşları yoxlayıb dedi: «Mənə nə olub ki, Hüd-hüdü görmürəm. Yoxsa o burada deyildir?»
21. «Mütləq ona şiddətli bir əzab verər, ya da başını kəsərəm. Yaxud da o (üzürlü səbəbə görə burada olmaması barədə) açıq-aşkar bir dəlil gətirsin».
22. Beləliklə çox keçmədi ki, Hüd-hüd (qayıtdı və) dedi: «Mən elə bir şeydən xəbərdar olmuşam ki, sən xəbərdar deyilsən. Sənin üçün «Səba» şəhərindən (Yəmənin paytaxtından) mühüm və doğru bir xəbər gətirmişəm».
23. «Həqiqətən, mən onlara (Səba əhlinə) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır».
24. «Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər».
25. «Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (xəlvətdə və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)».
26. «Allahdan başqa heç bir tanrı yoxdur və O, böyük (əzəmətli) ərşin sahibidir (varlıq aləmi üzərində həqiqi və geniş hakimiyyəti vardır)».
27. (Süleyman) dedi: «İndi isə, baxaq görək doğru deyirsən, yoxsa yalançısan».
28. «Mənim bu məktubumu apar və onların tərəfinə at, sonra onlardan uzaqlaş (aralan), bax gör ki, (fikir mübadiləsi zamanı) nə danışırlar».
29. (Hüd-hüd məktubu Səba mələkəsinə atdıqda, mələkə) dedi: «Ey əyanlar və böyüklər, mənim üçün çox dəyərli və hörmətli bir məktub atılmışdır».
30. «Bu məktub Süleymandan gəlmişdir və (o) «Bağışlayan və mehriban Allahın adı ilə» (başlayır).
31. «(Və onun məzmunu) belə(dir) ki; «Məndən üstün olmağa çalışmayın və hamılıqla təslim halında mənim yanıma gəlin».
32. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, işim barədə mənə rəyinizi söyləyin, çünki mən heç vaxt siz yanımda olmayınca bir iş barədə qəti hökm verməmişəm».
33. Dedilər: «Bizim (böyük) gücümüz (qoşunumuz və sursatımız) vardır, şücaət sahibiyik, yüksək hərbi imkana malikik. Əmr sənindir. Odur ki, bax gör nə əmr edirsən».
34. Dedi: «Şübhəsiz, padşahlar elə ki, bir şəhərə (ya ölkəyə) daxil olarlar, oranı xarabazara çevirərlər və ölkənin başçılarını və qüdrətlərini zəlil edərlər və (onlar adətən) belə (hərəkət) edərlər».
35. «Mən onlara bir hədiyyə göndərəcəyəm, görüm elçilərim nə ilə (hansı halla və cavabla) qayıdacaqlar».
36. Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
37. «Onların (mələkə və tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur və şübhəsiz, onları o torpaqdan əsir və zəlil halında çıxaracağıq».
38. (Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
39. Cinlərin çox zehinli və nəhəng olanı (ifrit) dedi: «Mən onu sən məclisdən qalxmamış sənin yanına gətirərəm və əlbəttə, mən bu iş üçün qüvvətli və etibarlıyam!»
40. Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükrmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir».
41. (Bu zaman Süleyman) dedi: «Onun taxtını (rəngini və formasını dəyişməklə) tanınmaz hala salın, baxaq görək (onu tanımaqla) yol tapacaq, ya yol tapmayanlardan olacaq».
42. Beləliklə, elə ki, (Səba mələkəsi) gəldi, deyildi: «Sənin taxtın da belədirmi ?» Dedi: «Sanki, özüdür. Bundan öncə bizə (Süleymanın qüdrəti haqda) elm verilmişdir və biz təslim olanlardan idik».
43. Allahdan başqasına ibadət etməsi ona (Allaha iman gətirməyə və Ona ibadət etməyə) mane olmuşdu. Çünki o, kafir bir tayfadan idi.
44. Ona deyildi: «Qəsrin həyətinə daxil ol». Qəsrin həyətini gördükdə çoxlu su olduğunu güman etdi, odur ki, paltarının ətəyini baldırdan yuxarı qaldırdı. (Süleyman) dedi: «(Bu gördüyün) şüşədən ibarət olan şəffaf və sadə bir həyətdir». (Mələkə) dedi: «Ey Rəbbim, həqiqətən, mən (indiyə qədər) özümə zülm etmişəmmiş. İndi isə aləmlərin Rəbbinin müqabilində Süleymanla birgə müsəlman oldum». (Qəsrin əzəmətini görməsi, Hüd-hüdun məsələsi, taxtın gətirilməsi onun müsəlman olmasına səbəb oldu).
45. Biz Səmud qövmünə onların (qəbilə) qardaşları olan Salehi göndərdik ki, Allaha ibadət etsinlər. Bu zaman onlar (möminlər və kafirlərə), bir-birilə çəkişən və düşmənçilik edən iki dəstəyə ayrıldılar.
46. (Saleh) dedi: «Ey mənim tayfam, nə üçün yaxşılıqdan öncə pisliyə və əzaba tələsirsiniz (tövbəni və imanı təxirə salırsınız)?! Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə sizə rəhm oluna?»
47. Dedilər: «(Ey Saleh,) bizim uğursuzluğumuz sənin və yanındakıların nəhsliyindəndir (şərin və pisliyin səbəbi sizsiniz)». Dedi: «Sizin şər və uğursuzluğunuzun (səbəbi günahlarınızdır və günahlarınız) Allah yanındadır (Biz onun səbəbi deyilik). (Əslində) siz imtahan olunan bir tayfasınız (bu hadisələrin hamısı cəza xarakteri daşımır, əslində sizin imtahanınız üçündür)».
48. Və o şəhərdə (şəhərin əşraflarından və azğınlarından ibarət) doqquz nəfər (yaxud doqquz kiçik dəstə) var idi ki, yer üzündə fitnə-fəsad törədər və əsla yaxşı bir iş görməzdilər.
49. Onlar bir-birlərinə dedilər: «Allaha birlikdə and için ki, ona və ailəsinə gecə ikən hücum edək, sonra da qəyyumuna (vəlisinə) deyərik ki, biz (onun və) ailəsinin (kim tərəfindən) qətl olunduğunu görməmişik və əlbəttə, biz düz danışanıq».
50. Və onlar böyük bir məkr işlətdilər. Biz isə özləri də bilmədən böyük məkr işlətdik (tədbir tökdük).
51. Beləliklə bir gör ki, onların məkrlərinin aqibəti necə oldu. Biz onları və (onlarla eyni əqidədə olan) qövmlərini, hamılıqla yox etdik.
52. Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır.
53. İman gətirən və daim təqvalı olan kəslərə (isə) nicat verdik.
54. Lutu (yada sal), o zaman (o), öz qövmünə dedi: «Belə həddindən artıq çirkin bir işi bir-birinizin gözü qarşısında edirsiniz?!»
55. «Siz qadınları qoyub şəhvət məqsədilə kişilərləmi yaxınlıq edirsiniz?! Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz».
56. Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Lutun ailəsini öz cəmiyyətinizdən çıxarın, çünki onlar təmiz qalmaq istəyən insanlardır (və sizin əməlinizdən uzaq olmaq istəyirlər)».
57. Beləliklə ona və ailəsinə nicat verdik, yalnız zövcəsindən savayı. (Onun məhv olan cəmiyyətdə) qalanlardan olmasını (əzəldən) təqdir etmişdik..
58. Onların başına (daşdan) yağış yağdırdıq. O qorxudulanların yağışı nə yaman pis bir yağış idi!
59. (Ya Peyğəmbər!) de: «Şükr və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh- əməlli möminlərə); Allah daha yaxşıdır, yoxsa onların Allaha şərik qoşduqları?!»
60. (O şəriklərmi yaxşıdır,) yoxsa göyləri və yeri yaradan, göydən sizə (yağış, qar və dolu şəklində) su nazil edən? Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi! Məgər heç tək olan Allahla yanaşı başqa bir tanrımı var? (Xeyr,) əslində onlar (Allahdan) üz döndərən və Ona şərik qoşan bir tayfadırlar.
61. (O şəriklərmi yaxşıdır,) yoxsa yeri (insanlar üçün) sabit və aram edən və onun aralanan yerlərindən çaylar axıdan sabit və möhkəm dağlar yaradan, iki dənizin arasında maneə qoyan kəs?! (Dənizə oxşar olan çayların dənizlə kəsişdiyi yerdə, geniş bir ərazidə şirin su ilə duzlu su arasında bir divar yaratdı ki, bir-birləri ilə qarışmasınlar)? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! (Xeyr) Onların əksəriyyəti bilmirlər.
62. (O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs? Məgər tək olan Allahla yanaşı başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!
63. (O şəriklərmi yaxşıdır,) yoxsa qurunun və dəryanın zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhmətindən (yağışdan) öncə bir mücdəçi olaraq göndərən? Məgər bir olan Allahla yanaşı başqa bir tanrı da var? Allah (Ona) şərik qoşduqlarından çox-çox ucadır.
64. (O şəriklərmi yaxşıdır,) yoxsa məxluqatı öncə yaradan, sonra onları(n hamısını fani etdikdən, yaxud canlıları öldürdükdən sonra, başqa bir aləmə) qaytaran sizə göydən və yerdən ruzi yetirən? Məgər tək olan Allahla yanaşı başqa bir tanrı da var? De: «Əgər düz deyirsinizsə, dəlil — sübutunuzu gətirin».
65. (Ya Peyğəmbər!) de: «Allahdan başqa göylərdə və yerdə olan heç bir kəs qeybi (şüur sahiblərinin hissiyyatından xaricdə olan aləmləri və elmləri) bilmir və onlar bilmirlər ki, nə vaxt dirildiləcəklər».
66. (Qiyamət haqdır.) Onların axirətə olan elmi (başları tamam dünyaya qarışdığına görə) qurtarmışdır. Əslində onlar (dəlilləri eşitməklərinə baxmayaraq yenə də) axirət barəsində şəkk-şübhədədirlər. (Bədbəxtlikləri üzündən və qəlblərinə vurulan möhürə görə) axirətə qarşı kordurlar.
67. Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (nə vaxtsa dirildilib, qəbirlərdən) çıxarılacağıq?!»
68. «Həqiqətən, bizə və atalarımıza bundan öncə də (dirilmə) vəd olunmuşdu. Amma bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!».
69. (Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»
70. (Ya peyğəmbər!) Onlar(ın iman gətirməmələrinə və inadkarlıqların)a görə qəm yemə və etdikləri məkr və hiylələrə görə ürəyini sıxma (çünki, Biz səni qoruyuruq).
71. Və dedilər: «Əgər doğru danışansınızsa bu vəd (dünya əzabı, yaxud Qiyamət əzabı) nə vaxt olacaqdır?!»
72. De: «Bəlkə də tələsik istədiyinizin (iki tərəf arasında hakim olan əzabın) bir hissəsi sizin arxanızcadır. (Bədr döyüşü günü yetişər)».
73. (Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükr etmir.
74. Və əlbəttə, sənin Rəbbin onların (ürəklərində) gizli saxladıqlarını da (dil vasitəsilə) aşkar etdiklərini də bilir.
75. Göylərdə və yerdə elə bir gizlin şey yoxdur ki, açıq — aydın kitabda (Lövhi — məhfuzda) təsbit edilmiş və yazılmış olmasın.

76. Həqiqətən, bu Quran İsrail övladlarına ixtilafda olduqları şeylərin əksəriyyətini (Üzeyirin və İsanın övladlığı, Məsihin qətli və bəzi yeməklərin haramlığı kimi) xəbər verir.
77. Və əlbəttə o, möminlər üçün başdan — başa hidayət (doğru yol göstərən) və mərhəmətdir.
78. Həqiqətən, sənin Rəbbin onların (İsrail övladlarının arasında Qiyamət günü ixtilafda olduqları bütün məsələlərə dair) Öz hökmü ilə hakimlik edəcəkdir. O, qüdrətli, qalib və (hər şeyi) biləndir.
79. Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər baxımından) açıq — aydın haqq yoldasan.
80. Şübhəsiz, sən ölülərə, (küfr və inad edənlərə) eşitdirə bilməzsən və öz dəvətini üz çevirib dönən karlara çatdıra bilməzsən.
81. Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
82. (Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu söz əsl həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
83. (Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar.
84. Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?»
85. Və etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).
86. Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.
87. (Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
88. (O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
89. Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar.
90. Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»
91. (Ya Peyğəmbər! De:) « Mənə yalnız bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir Allaha ki, onu (o şəhəri) möhtərəm saymış və ona toxunulmazlıq vermişdir. (Varlıq aləmindən olan) hər bir şey Ona məxsusdur və mənə Onun iradəsinə təslim olanlardan olmaq əmr edilmişdir.
92. (Mənə buyurulmuşdur ki,) bu Quranı (camaat üçün) oxuyam. Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır və kim yoldan azsa, de ki; «Mən yalnız qorxudanlardanam (və həqiqi hidayət mənim əlimdə deyildir)».
93. Və de: «Həmd (aləmdəkiləri bu kitaba doğru dəvət etmiş) Allaha məxsusudur. Tezliklə Allah Öz (qəti) nişanələrini sizə (müşriklərə dünyada Bədr günündəki kimi və ya axirətdə) göstərəcək, siz onu tanıyacaqsınız. Sənin Rəbbin etdiklərinizdən xəbərsiz deyildir!»


Ardı

Ana və uşaq

Ana, bilsən nə xoşbəxtəm, hər gün bir damcı boy atıram. Böyüməyimdən xəbərin olsa da, burada hansı hisslər keçirdiyimdən xəbərsizsən. Fikirləşirsən ki, bir tikə canımla nə düşünə bilərəm. Düzdür, heç nə görməsəm də hər şeyi duyuram — məni əzizlədiyini, əllərinin istisini, hətta hirsləndiyini də… Göz açıb böyüyəndə nəyə hirsləndiyini mütləq səndən soruşacam. Nədisə son günlər yaman ağlayırsan. Ağlama ana, onda mən də burada kövrəlirəm!

Ardı

Zina və fəsadı

Bir şəhərdə qırx ilə yaxın idi bir kişi azan deyərdi. Bir gün azan demək üçün minarəyə çıxıb azan deyir.
Qurtarandan sonra ordan qonşunun həyətinə baxmağa başlayır ki, bir qızı başı açıq həyətdə əl-üzünü yuduğu halda müşahidə edir. Bir baxışla qızın məhəbbəti ürəyində yer edir. Axır bu eşqin qarşısında aciz qalıb onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
— Nə işin var?
Azançı cavab verir:
— Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:

Ardı

Bir əsgərin hekayəsi

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.

Ardı

Bir gün imtahanda...

Məkan: Universitet Auditoriyası
Fənn  :  Fəlsəfə
Şagirdləri ən çox intellektual cəhətdən sıxışdıran müəllimin illik final imtahanı.
İmtahan sualı olaraq müəllim lövhəyə «Why?» (Niyə?) yazır. Tələbələr ilk əvvəl nə yazacaqlarını bilmirlər. Sonra hər kəs bir şey yazmağa başlayır. Yalnız bir  tələbə imtahanın ilk dəqiqəsində vərəqin təhvil verir.
Tələbənin cavabı da sual kimi qısa olur: «Why not?»(Niyə olmasın ki?)
Bu tələbə imtahandan «5» alır.

Eyni müəllim başqa bir imtahanda «risk nədir?» deyə soruşur.
Yenə bir tələbə imtahanın ilk 10 saniyəsində vərəqin təhvil verir. 
Kağızın üst qismində yalnız ad — soyad yazılıb, qalanı isə bomboş ağ vərəq.
Ən altda isə «Bax, risk budur» deyə yazır. Və nəticədə sinifdə ən yüksək qiyməti alır.

Müəllimin bir sonrakı imtahanında yenə «Risk nədir?» sualıyla qarşılaşan tələbə təkrar boş kağız verdikdə bu dəfə 0 alır. Təbii ki, qaça — qaça müəllimə gedib səbəbini soruşur. Cavab düşündürücüdür: «Eyni şərtlərlə eyni riski iki dəfə etmək axmaqlıqdır!