CV-də yazmayacağınız 6 şey

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Davamı →

Roman Abramoviçdən 10 məsləhət

Problemlərin çoxu beyin ilə əlaqədardır. Onlar hər hansı bir hadisənin, uğursuzluğun və ya digər insanların hərəkətlərinin nəticəsi deyildir. Onlar bizim mənfi mental vərdişlərimizə görə yaranırlar. Bu 10 davranış növündən azad olun və dərhal onların hər birinin səbəb olduğu bir çox problemdən azad olacaqsınız:


1. Tələsik qərar verməyin. Bu vərdiş həyatınızı iki cür çətinləşdirə bilər. Birincisi, biz nə olacağını bildiyimizi güman edirik və buna görə diqqətimizi söndürürük və bu fərziyyə əsasında hərəkət etməyə başlayırıq. İnsanlar əsla gələcəyi görə bilmir. Onların fərziyyələrinin əksəriyyəti yanlışdır və bu səbəbdən onların hərəkətləri də yanlışdır. Bu vərdişin ikinci tərəfi – biz düşünürük ki, fikirləri oxuya bilirik və guya digər insanların nə etdiklərini və nə düşündüklərini bilirik. Yenə yanlış, özü də kökündən yanlış. Məhz bu yanlış münasibətləri digərlərindən daha çox məhv edir.
Davamı →

Ayağı ayaq üstə aşırıb oturmağın zərərləri


Təbii ki, insan bu qaydada nadir hallarda oturursa, bu onun sağlamlığına ciddi ziyan vura bilməz.
Lakin bəzi insanlar daim belə oturmağı xoşlayır və bu pozada saatlarla qalır. Bu isə həqiqətən ziyanlıdır və müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, ayağı ayağın üstünə qoyub uzun müddət ərzində oturmağın ziyanları bunlardır:

1. Ayaqlarda venoz qan dövranının kəskin pozulması nəticəsində damarlara olan təzyiq artır, damarlar genişlənir və bu da varikoz xəstəliyinin inkişafına təkan verir.

2. Bu durum ayaq damarlarında trombların əmələ gəlməsinə səbəb ola bilər. Belə tromblar çox təhlükəlidir. Damarın divarından qopan belə tromb qan axını ilə hərəkət edərək ürəyə, ağciyərə çata bilər və burada damarı tuta bilər. Bu isə infarkta və hətta insanın həlak olmasına səbəb ola bilər.
Davamı →

Ət xörəklərini qatıqla yeməyin ziyanları

Azərbaycanda bəzi ət xörəkləri süfrəyə qatıqla verilir, ət xörəklərini yeyəndə biz ayran, dovğa içirik. Sağlamlıq baxımından bu, düzgün deyil.

Ət insan orqanizminin normal fəaliyyəti üçün vacib məhsullardan biridir. Ət orqanizmi amin turşular, vitaminlər, minerallarla təmin edir. Bu minerallardan ən vacib olanı dəmirdir. Dəmirin əsas hissəsini biz məhz ət məhsullarından alırıq. Dəmir insan orqanizmində olduqca böyük rol oynayır. Dəmir oksigenin saxlanması və daşımasında iştirak edir. Oksigensiz insan orqanizmi yaşaya bilməz. 
Davamı →

Qarpız necə seçilməlidir?

Qarpızın seçimi zamanı ən əsas şey — tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır. Eyni qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır.

Qarpızın «optimal» çəkisi — təxminən 10 kq. Qarpızın yetkinliyini bildirən əlamət — quru quyruqcuqdur. Yetişərkən, qarpız ilk növbədə bostandan «sönür», o zaman quyruqcuğu quruyur. Sonra ona artıq lazım olmayan — onun inkişafına cavabdeh olan, günəş işığını toplayan və qarpıza nəfəs verən — xlorofil piqmenti kəsilir və onun üzərində açıq rəngli ləkələr yaranır.
Davamı →

Pomidor qabığının asan soyulması


Pomidor qabığını nazik və asan soymaq üçün bir-neçə sadə tədbirlər görülür.
İlk olaraq pomidorun üst hissəsinin qabığında xaç şəklində kəsik edilir. Sonra pomidorlar istiyə dözümlü boşqaba qoyulub üzərinə qaynar su tökülür.

Boşqabda onlar 2-3 dəqiqə saxlanılır. Sonra qaynar su axıdılıb, pomidorların üzərinə buzlu və ya sərin su tökülür. Belə bir temperatur dəyişikliyindən sonra pomidorların qabıqları çox asanlıqla soyulacaq və nəticədə itki baş verməyəcək.
Davamı →

Badımcan acısının çıxarılmasının asan yolları

Badımcan acısının aradan qaldırmağın bir neçə üsulları mövcuddur. Acı ilə mübarizədə bizə yardımçı əsasən duz olacaq.

Bir qayda olaraq badımcana acı dad verən yalnız onun qabığıdır. Buna görə, əgər sizin reseptinizə bu uyğundursa, o zaman yalnız badımcanı qabığından təmizləmək bəs edir.
Davamı →

Noxudun tez hazırlanması


Noxud bizim gündəlik yeməklərimizdə tez-tez rast gəlinən məhsuldur. Və bir çoxları bilir ki noxudu bişirmək çox vaxt tələb edir. Lakin bəzi sadə məsləhətlərin köməyi ilə bu prosesləri bir qədər tezləşdirmək mümkündür.

1. Yarılmış noxud daha tez qabarır və bişir. Beləliklə, vaxta qənaət etmək üçün çalışın yarılmış noxudlardan istifadə edəsiniz. Müqaisə üçün: yarılmış noxudun bişmə vaxtı 45 dəqiqədən bir saata qədərdir, yarılmamış tam noxudun bişmə vaxtı isə bir saatdan iki saata qədər davam edə bilər.
Davamı →

Şampanı düzgün açmaq qaydası

Şampanla ehtiyyatlı davranmaq lazımdır və bilməyənlər onun düzgün açılması ilə bu faydalı məsləhətdə tanış ola bilərlər.


1. İlk olaraq əmin olmalısınız ki şampan soyuqdur. Əgər elə deyilsə onu mütləq buzla dolu vedrəyə yerləşdirin. Vedrəniz yoxdursa bir neçə saatlıq soyuducuya qoymanız gərəkdir. Şampanı açmazdan əvvəl qədəhlər təmizlənir, yuyulur və buzlu su ilə doldurulub kənarda saxlanılır.

2. Butulkanın üzərindəki kağız soyulur.
Davamı →