Gözləri qorumaq və qulluq etmək üçün faydalı məsləhətlər

Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilib ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur.
Həftədə 3 dəfə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyun.

Gözaltı qaraltıları üçün
Çobanyastığı çayı ya da lavanta çayını soyudun. 2 parça pambığı çaya batırıb əlinizlə sıxın. Göz qapaqlarınıza tətbiq edin.


Ardı →

Yorğun ayaqlar

yorgun ayaqlar
Vücudun bütün ağırlığı ayaqlara düşür. Təəssüflər olsun ki, ən az qulluq edilən də elə ayaqlardır. 

Üzümüzə makiyaj edib gözəlləşdiyimizi düşünürük lakin ayaqları sonuncu plana atırıq. Halbuki, yorğun ayaqlarla sağlam və gümrah görünmək olmur. Ayaqlara qulluq edilmədiyi halda şişlər yaranır, topuqlarda çatlar və müxtəlif infeksiyalar əmələ gəlir. Nəticədə isə dəri problemi ilə qarşı-qarşıya gələ bilərsiniz. 
Ardı →

Gözaltı qaralara son!

Bəzi insanların gözlərinin altı qara olur və pis görüntü yaradır. Göz altı qaralar qadınlarda və kişilərdə rast gəlinən problemdir.
Bu problemlə mübarizə aparmaq çox çətindir. Lakin səbəblərini araşdırdıqdan sonra müalicəsi mümkün ola bilər.
Problem adətən göz çuxuru dərin olan insanlarda rast gəlinir. Onların başlıca səbəbi genetik, yuxu, yorğunluq, sağlam qidalanmamaq və aşırı stress problemləridir.

Xiyarla göz altı qaraları azaltmaq mümkündür. Üstəlik hazırlanması 1-2 dəqiqənizi alacaq. Sulu xiyarı nazik dilimləyin və gözlərinizin üzərinə yerləşdirin. 15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.

Limon və pomidor suyu ilə gözlərinizə maska hazırlaya bilərsiniz. Bərabər miqdarda limon və pomidor suyunu qarışdırıb 1 həftə boyu 2 dəfə göz altına çəkin.
Ardı →

Uşağa qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.


Ardı →

Üz dərisinə gündəlik qulluq

Təxminən 17-18 yaşlarından etibarən dəriyə müntəzəm və düzgün şəkildə qulluq etmək lazımdır. Bu dərinin gözəlliyini və cavanlığını uzun müddət ərzində qorumağa imkan verir. Dəriyə qulluq edilməsi dərinin təmizlənməsindən başlayır.Mənzillərimizdə gündəlik istifadə etdiyimiz su üzün dərisi üçün o qədər də xeyirli deyil. Onun tərkibində olan xlor və mineral duzlar dərinin qurumasına səbəb olur. Ən başlıcası isə odur ki, bu maddələr dəridəki tər və piy vəzilərinin ifraz etdiyi maddələrlə kimyəvi reaksiyaya girərək onların axarlarının bağlanmasına səbəb olur. Üzünüzü yalnız içməli (butulkalarda satılan) və mineral (qazsız) sularla yumağa çalışın (əlacsız qaldıqda – qaynanmış sudan istifadə edin). Üzünüzü sərin su ilə (otaq temperaturundan artıq olmayan) yumaq daha yaxşı hesab olunur. Yalnız yağlı dərisi olan insanlar istisna təşkil edirlər. Belə dərisi olanlar üzlərini əvvəlcə ilıq su ilə yumalı, daha sonra isə nisbətən sərin su ilə yaxalamalıdırlar.


Ardı →

Saçlara qulluq vasitələri

Gözəl və dolğun saçlar insanları daha gözəl və cazibədar edir. Buna görə də daim saçlara qulluq etmək, onun gözəl görünməsinin qeydinə qalmaq vacibdir. Bəs hansı vasitələr saçlara xeyirli funksiyalara malikdir? Saçları möhkəmləndirmək, eləcə də onun görkəmsiz olmasının qarşısını necə almaq olar? Bunun üçün sizlərə bir neçə faydalı maskalar təqdim edirik.


Ardı →