Kişmişin faydaları

Kişmişin tərkibi mineral duzlar, orqanik turşular və vitaminlərlə zəngindir. Onun tərkibində olan qlükoza və fruktozanın miqdarı üzümün tərkibindən 8 dəfə çoxdur. Kişmişin tərkibindəkilər ondan davamlı qəbul edənlərdə osteoparozun qarşısını alır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən daha çox olduğu isə mütəxəssislər tərəfindən təsdiqlənib.

Kişmişin aşağıdakı faydaları vardır:
Az miqdar qara üzüm yemək ağız boşluğunda olan bakteriyaları öldürür.
Davamı →

Alma çipsləri

Tərkibi:
3 qırmızı alma
Limon suyu
Bir az darçın.

Hazırlanma qaydası:
Alamaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz.

Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Sobadan çıxarandan sonra soyumasını gözləyin.
Davamı →

Banan çipsləri

Ərzaqlar:
Banan – 2 ədəd
Zeytun yağı – 1 x.q.

Hazırlanması:
Qabığı soyulmuş bananlar incə nazik halqavari doğranılır. Nazik soba formasına perqament sərilir, bananlar bura düzülür. Fırça ilə üzərlərinə zeytun yağı çəkilir. Sobada 180 dərəcədə 15-20 dəqiqə hazırlanır. Çipslər tam qurumalıdır.

Davamı →

Qovurğa

Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur. Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var.

— Çəki problemi olanlar üçün ideal bir qidadır.
— Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.
— Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdır.
— Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.
— Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.
Davamı →

Ən bahalı çərəz: makadamiya fındığı

Makadamiya fındığını müxtəlif dövrlərdə müxtəlif cür adlandırıblar: mullibimbi, bumera, kindal-kindal, Kvinslend, Avstraliya fındığı.

İlk dəfə 1930-cu ildə Avstraliyanın Viktoriya ştatında botanik Ferdinand fon Müller əslən şotlandiyalı olan həmkarı və dostu Con Mak-Adamın şərəfinə onu Makadamiya fındığı adlandırıb. Həmin il Avstraliyada makademiyasevərlər assosiasiyası yaradıldığına görə məhz bu adın üzərində dayanılıb.

1970-ci ildən başlayaraq Makadamiya fındığı Avstraliyanın Kvinslend ştatında iri sahələrdə yetişdirilib. Makadamiyanın 9 növündən 5-i yalnız Avstraliyada, 2 növü isə Braziliya, Kaliforniya, Cənubi Amerika və Havay adalarında yetişir.
Davamı →

Çərəzlərin isladılması faydalıdır

Tərkibindəki zəhərli və zərərli maddələri aradan qaldırmaq və ya azaltmaq üçün həmçinin faydalarının artırmaq və orqanizm tərəfindən daha asan və rahat həzm edilib faydalarından yararlanmaq üçün qabığından təmizlənmiş qoz-fındığı, müxtəlif tumları və toxumları islatmaq məsləhət görülür. Faydalı maddələrlə zəngin olan bu ərzaqların müəyyən vaxt ərzində suda saxlanılması onları sanki “dirildir” və cücərməyə başlamağa sövq edir. İslatma prosesi zamanı zərərli və zəhərli maddələrdən təmizləməsi ilə yanaşı qoz-fındıq, tum və toxumların tərkibi daha da zənginləşir.

Məsələn, bir sıra vitaminlərin xüsusən B qrupu vitaminlərinin miqdarı artır. Həmçinin bu formada müvafiq ərzaqları qəbul edən bədəndə faydalı enzimlərin istehsalı artır, mövcud olan zülalların sovrulması güclənir, mineral çatışmamazlığın qarşısı alınır, bağırsaqların təmizlənməsi prosesi baş verir, bir sıra sağlamlıq problemləri və xəstəliklərin profilaktikası prosesi güclənir, bədəndə susuzlaşmanın qarşısını alınır.
Davamı →

Fındıq yemək üçün 7 səbəb

Zəngin tərkibə malik olan fındıq diyetologiyada çox faydalı məhsul sayılır. Sizə fındığın faydalı xüsusiyyətləri ilə tanış olmağı təklif edirik.

1. Fındıq qanda xolesterolun səviyyəsini tənzimləyir, qamarların sağlamlığına müsbət təsir edir.

2. Ürək üçün çox faydalıdır.

3. B qrupu vitaminlərlə zəngin fındıq sinir sisteminə çox müsbət təsir edir — sakitləşdirir, stresləri azaldır, sinir sistemini möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.
Davamı →

Keşyu

Əsasən tropik ölkələrdə yetişdirilən keşyunun vətəni Braziliyadır. Onun meyvələrinin qabığından alınan kaju (kardoyl) yağı tibb və texnika sahəsində istifadə olunur. Müxtəlif yeməklərin hazırlanması zamanı onun armud şəklində olan saplaqları (kaju alması) əlavə edilir.

Keşyunun 12 metrə çatan qocaman gövdəsindən yapışqan kamed alınır. Keşyu çox asanlıqla çoxaldılır. Vaxtilə Braziliya ərazisində yaşayan hindu əsirləri olan tikunalar da ondan istifadə etmişlər. Tikuna dilindən “keşyu” sözünün tərcüməsi sarı meyvə deməkdir. Onlar keşyudan təkcə kulinariya məqsədi üçün istifadə etmirdilər.

Digər Cənubi Amerika ölkələrində onu müxtəlif adlarla tanımışlar. Məsələn, bitkini Venesuelada merey, Latın Amerikasının digər ispandilli ölkələrində maranon adı ilə tanıyırlar. “Maranon” sözü Braziliyanın şimalında yerləşən Maranyan limanının adından götürülüb. Keşyu ağacı ilk dəfə həmin limanın sakinləri tərəfindən aşkar edilib. Bəzi ölkələrdə ona anakardium da deyilir.
Davamı →

Püstənin faydaları

ABŞ-ın Pensilvaniya universitetinin alimləri apardıqları tədqiqatlar nəticəsində müəyyən ediblər ki, püstə ürək-damar xəstəlikləri riskini azaldır. 
Dörd həftə ərzində hər gün 40 qram, növbəti 4 həftədə isə hər gün 80 qram püstə yemək ilk dövrdə «pis» xolesterini (LDL) 9%, sonrakı dövrdə isə hətta 12 % azaldır.

Qeyd edilən hər iki dövrdə püstə yemək, həmçinin orqanizmdə soyuqdəymənin göstəricisi və ürək-damar xəstəlikləri riskinin artması amili sayılan interleyk -1-in səviyyəsini 15 % azaldır. Bu ona görə baş verir ki, püstənin tərkibində doymuş yağların miqdarı çox az, doymamış yağlarınkı isə çoxdur.
Davamı →

Çərəzlərin faydası

Bu dadlı çərəzlərin faydası haqqında insanlar hətta bizim eramızdan əvvəl bilirdilər. Qədim Vavilonun kahinləri aşağı təbəqə insanlara bunları yeməyə qadağan edirdilər.

Kahinlər qorxurdular ki, onlar ağıllanacaq. Maraqlıdır ki, bunda müəyyən həqiqət var. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.

E vitaminindən əlavə qoz-fındıqda müxtəlif faydalı vitamin və mikroelementlər vardır: kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen, A, B1, B2, C, P və s. Bundan əlavə onların tərkibində çoxlu miqdarda əvəzsiz yağ turşuları, dəyərli zülallar var.

Qoz, fındıq, badam, araxis, keşyu və s. qan-damar sistemi üçün çox faydalıdır. Ateroskleroz, anemiya (qanazlığı), ürəyin işemik xəstəliyi, damar xəstəlikləri və s. yayılmış xəstəliklər zamanı onlar yaxşı müalicəvi və profilaktik effekt verir.

Əqli fəaliyyəti ilə məşğul olan insanlar bu məhsullardan daim istifadə etməlidir.


Ardı →