Qubadlının igid qəhrəmanı - Əliyar Əliyev

Qubadlı rayonu 1933-cü ildə yaradılıb, bir şəhər və 93 kənddən ibarət olub, sahəsi 802 kvadrat kilometrdir. Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycanın igid oğulları şəhid olub.
Mayor Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı və


Davamı →

Şəhidlik ölümə gülməkdir

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.
Sözün əsl mənasında həqiqi şəhidə “dünya və axirət şəhidi” də deyilir. Bu qrupa düşmən və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, vətənini müdafiə edərkən zülm və haqsızlıqla öldürülənlər aiddir. Savaşda yaralanan və bu səbəblə ölənlər də bu qrupa daxil edilmişdir. Hz. Peyğəmbər bir hədisində şəhidlərin beş cür olduğunu buyurur. Rəvayətdə bildirilir ki: “Vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər” şəhid sayılır. (Buxari; Müslim)
Davamı →

20 Yanvar Şəhidləri

Hər bir toplumun özünü xalq, millət kimi sübut etməsi üçün ərazisi, iqtisadiyyatı, dili, dini, adət-ənənəsi ilə bərabər, bu müqəddəs dəyərləri qoruyacaq və uğrunda canlarını fəda edə biləcək igid övladlarının olması başlıca şərtlərdəndir.
Bəşər övladı yarandığı gündən daim azadlığa, istiqlaliyyətə, hürriyyətə can atmış, bu yolda canından belə keçmişdir. Lakin dünyada elə millətlər olmuşdur ki, onlar istiqlaliyyət yollarını çox çətinliklə qət etmişlər. Belə millətlərdən biri də tarix boyu müstəqillik üçün mücadilə edən və bu yolda heç vaxt geri çəkilməyən Azərbaycan xalqıdır.
Davamı →

Şəhidlər

Şəhidlər günəş kimi nur çiləyir hər zaman,
Şəhidlər gedən yolu bağlaya bilməz tufan,
Şəhidlər el yolunda canını verib qurban.
Şəhidlər qanlarıyla boyayıblar torpağı,
Şəhidlər zirvələrə qaldırıblar bayrağı.

Şəhidlər yatan torpaq ocağa, pirə dönər,
“Şəhidlər xiyabanı “ uzaqlardan görünər,
Şəhidlər anılan yer qərənfilə bürünər,
Şəhidlər bu dünyada dönərlər bir günəşə,
Şəhidlər ölməz olur, yaşayırlar həmişə.

Şəhidlər qeyrət tacı, ucalıq zirvəsidir,
Şəhidlər haqqın səsi, azadlıq nəğməsidir,
Şəhidlər yatan qəbir istiqlal türbəsidir,
Şəhidlər Tanrımızın sevdiyi bəndələrdir,
Şəhidlər ölmür heç vaxt, ömrü dünya qədərdir.


Davamı →

Şəhid ucalığı

      Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

 
Ardı →

Həsənqulu Qasımov

 Həsənqulu Qasımov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Həsənqulu Qasımov 1969-cu il İyunun 9-da Qubadlı rayonunun  Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.


Ardı →

Şəhid Səma Kərimova

Şəhid Səma KərimovaSəma Kərimova — 1993-cü ildə şəhid olub.

Həyatı

Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdi. 1974-cu ilde orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşi və əla qiymətlərlə bitirmişdir. Elə məktəbi bitirdiyi il atası Aydın kişi Səmanı Bakıya V.İ.Lenin adına Dövlət Pedaqoji İnstituta ( indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aparir.Amma həmin il Səma ali məktəbə daxil ola bilmir. Yenidən Sema sənədlərini həmin təhsil ocağına verir ve 1986-ci ilde Səma V.İ.Lenin adına Dövlət Pedaqoji Institutunun Filologiya fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdı.
Ardı →

Şəhidlər

Qantökən öz tökdüyü qana cavab vermədi,
Cavab vermək bir yana,«Yox,mən haqlıyam!»,-dedi.
Adamların başına od ələmək haqq imiş?
Səksən yaşlı qarını,on üç yaşlı uşağı güllələmək haqq imiş?
Olmayan bir günahı qan ilə yumaq üçün,
Bizim hüququmuzu bizdən qorumaq üçün
Qanımızın günahsız tökülməsi haqq imiş?
Zorlunun əllərilə haqlının qollarının bükülməsi haqq imiş?
Məntiqə bax,ay ALLAH!
Qanımızı tökənə bundan sonra yenə də biz inanaq,ay ALLAH?
Budurmu yaratdığı təzə hüquqi dövlət?

Ardı →