Şerloklar ekranda

Detektiv deyəndə ən, ən, ən birinci yadınıza kim düşür? Təbii ki, Şerlok Holms. Britaniyalı həkim, tarixi romanlar müəllifi, ser Artur Konan Doylun, iş yoldaşı Cozef Beldən ilhamlanıb yazdığı və müəllifinə dünya şöhrəti gətirən beyker-stritli özəl xəfiyyənin sərgüzəştləri. 
A.K.Doyl Şerlok Holmsa 56 hekayə və 4 povest həsr eləmişdi. Əksəriyyəti Holmsun dostu doktor Vatsonun dilindən danışılan əhvalatlar o qədər məşhurlaşmışdı ki, A.K.Doyl özü yaratdığı personajı qısqanmağa başlamışdı. Doyl, detektiv janrının klassikası sayılan “sərgüzəştləri” yüngül ədəbiyyat hesab eləyir, oxucuların onu digər, daha ciddi əsərlərindən üstün tutmasına əsəbləşirdi. Odur ki, müəllif personajını professor Moriarti ilə döyüşdə öldürür. Bundan qəzəblənən oxucuları A.K.Doylu əsl məktub atəşinə tutaraq sevimli xəfiyyələrini diriltməyə, sərgüzəştlərin davamını yazmağa məcbur eləyirlər.

Davamı →

Öz dostunu ədəbi qəhrəman edən yazıçı

Şotland tibb mütəxəssisləri iddia edirlər ki, Şerlok Holmsın ortağının prototipini tapıblar. Artur Konan Doylın məşhur əsərinin həkim qəhrəmanı doktor Vatsonun protitipi Danimarkadan olan osteopat həkim Uilyam Smitdir.

Şotland osteopatlar 1938-ci ildə nəşr olunmuş bir qəzetdən kəsilmiş hissəyə əsasən iddia edirlər ki, Vatsonun prototipi Smitdir. 1938-cil ildə çap edilmiş məqalə həkimin oğlu Katbert Smitə məxsusdur. Məqalədə həkimin oğlu atası və məlum personajla əlaqələri barədə yazır. Oğul Smit yazır ki, atası Konan Doylla birlikdə Edinburq universitetində oxuyublar. Müəllimləri isə Şerlok Holsmın prototipi hesab olunan Cozef Bell olub.

Smit, Bell və Konan Doyl universiteti bitirdikdən sonra da əlaqə saxlayırlarmış. Smit ABŞ-a getdikdən sonra da yazıçı ilə məktublaşırmış. Həkimin oğlu iddia edir ki, atası onu uşaq olanda dostları ilə görüşə aparıb və o Konan Doylu və Belli görüb. Məqalədən belə məlum olur ki, onların dostluğu çox uzun müddət davam edib. 
Davamı →

Gənc xəfiyyələrin sevimli qəhrəmanı Şerlok Holms

Londonun Beyker-strit küçəsindəki evlərdən birinin qapısına xatirə lövhəsi vurulmuşdur. Lövhə buradan keçən bütün insanlara xəbər verir ki, 1881-ci ildən 1903-cü ilə kimi məşhur xəfiyyə Şerlok Holms burada yaşamışdır.

Əslində isə belə bir adam olmamışdır. Şerlok Holms ədəbi qəhrəmandır, surətdir. Bütün dünyada böyüklər və uşaqlar onun macəraları haqqında kitabları təkcə ona görə sevmirlər ki, Şerlok Holms fədakar, cəsur və ədalətlidir. Holmsun ən başlıca üstünlüyü – ağlının itiliyidir.

Onun ağlı ən düyünlü məsələləri və cinayətləri belə açmağa qadirdir. O, çox diqqətlidir. Hər bir əşya öz sahibi haqqında çox şey danışa bilər. Şerlok Holms düzgün mühakimələr yürütməklə dolaşıq işləri açır. O, həqiqətən istedadlı tədqiqatçıdır. Holms elmdən – kimya, psixologiya və təbabətdən silah kimi istifadə edir. Müvəffəqiyyətli axtarış üçün ona çoxlu bilik lazımdır. Odur ki, o, cürbəcür təcrübələr aparır.
Davamı →

Narkoman Şerlok Holms

Bir neçə aydır ki, Ser Artur Konan Doylun detektiv hekayələrini Azərbaycan dilinə çevirməklə məşğulam. Türkiyə türkcəsindən çevirdiyim kitablardan biri artıq “Hədəf” Nəşrləri tərəfindən oxuculara təqdim olunub. İki kitab isə çapa hazır vəziyyətdədir. Məşhur detektiv ustasının hekayələri məni o qədər əyləndirir və zövq verir ki, Konan Doylun hekayələrindən təsirlənərək qələmə alınmış, əsas qəhrəmanı detektiv Şerlok Holms olan 6-7 filmə də baxmışam.

Eyni zamanda Konan Doylun türk dilinə tərcümə olunmuş bütün yaradıcılığını da oxuyub bitirmişəm. Dünyanın bir nömrəli detektiv ustası olan Konan Doylun yaratdığı hekayələr və romanlar illər keçməsinə baxmayaraq yenə də insanları əyləndirməyi və həyəcanda saxlamağı bacarır. Əgər yay tətilinizin sonlarını əyləncəli keçirmək istəyirsinizsə, rejissor Qay Riçinin çəkdiyi “Şerlok Holms”(2009) və “Şerlok Holms: Kölgə oyunları”(2011) filmlərinə və britaniyalıların çəkdiyi “Şerlok” serialına baxmağınızı tövsiyə edirəm.

Eyni zamanda əyləncənizi maraqlı etmək üçün Ser Arturun qəhrəmanı məşhur detektiv Şerlok Holmsla bağlı kiçik bir araşdırmamı sizlərlə bölüşmək istəyirəm.

Böyük Britaniyalı detektiv ustası Konan Doylun yaratdığı obraz Şerlok Holms, detektiv obrazlar içərisində bəlkə də ən məşhurudur. Hadisələri müşahidə yoluyla həll etməsi onun ən önəmli özəlliyidir. Şerlok Holms deyiləndə ilk ağlımıza gələn onun zərrəbini, ovçu papağı və qəlyanıdır.

O nəticə çıxarma (deduction) üsulunu yaxşı istifadə edə bilir, verdiyi suallarla aldığı cavabların bir-biriylə əlaqəli olmasına diqqət yetirirdi. Tətbiq etdiyi üsulun fərqi budur ki, Şerlok Holms dəlilləri bir araya gətirib bir həll yolu tapmaq əvəzinə, əlindəki dəlillərdən istifadə edərək mənalı bir nəticəyə çatmağa çalışır. Eyni zamanda laboratoriya araşdırmaları nəticəsində əldə etdiyi məlumatları hadisələrə tətbiq edir və siqaret kötüklərindən, əlyazmalardan, ayaq izlərindən və hər cür məlumatdan istifadə edərək hadisənin üstünü açmağı bacarır.
Ardı →

Konan Doyl- Şerlok Holms

İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır:
“ Məşhur xəfiyyə Şerlok Holms 1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir.”
Lövhədəki bu yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub. Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmamışdır. Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.
Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olmuşdur. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak etmış və bu cinayətlərin üstünü çox məharətlə açmışdir. Artur cinayət işlərinin açılması sahəsində fitri istedada malik olmuşdur. Onun baş vermiş cinayət hadisələrinə xüsusi yanaşma tərzi və taktikası olmuşdur. Baş vermiş cinayətin açılşasının öhdəsindən çox məharətlə gələn Artura bu sahədə kim müraciət edirmişsə, o, məmnuniyyətlə qəbul edirmiş. Gəzən söhbətlərə görə, ona hətta Çin və Misir hökumətləri də bu sahədə müraciət etmiş və o, bu sahədə onlara əlindən gələn köməyi etmişdir.
Davamı →

Şerlok Holms həqiqətən yaşayıb?

Şerlok HolmsÇox az adam tapılar ki, məşhur xəfiyyə Şerlok Holmsı tanımasın və ya onun haqqında eşitməsin. O, sirli və çox dolaşıq cinayət hadisələrinin üstünün açılmasında mahir usta olub.

Onun haqqında neçə-neçə povestlər yazılıb, seriallar çəkilib.

 İngiltərənin paytaxtı Londonda Beyker-stritdəki evlərin birinin divarında memorial lövhədə belə yazı vardır: “ Məşhur xəfiyyə Şerlok Holms  1881-1903- illərdə bu evdə yaşamış və işləmişdir.”  Lövhədəki bu  yazını oxuyan hər bir kəsdə belə bir fikir formalaşır ki, Şerlok Holms əsər qəhrəmanı yox, həqiqətən yaşamış məşhur xəfiyyə olub. Amma Londonda, Beyker –stritdə belə bir memorial lövhə asılsa da, əslində belə bir adam olmamışdır. Şerlok Holms adlı məşhur xəfiyyə, yazıçı Artur Konan Doylun əsər qəhrəmanıdır.

 Artur Konan Doylun muasirlərinin yazdıqlarına görə, xəfiyyə Şerlok Holms, elə Artur Konan Doylun özü olmuşdur. Artur həqiqətən, çox ağır, açılması çox müşkül olan, dolaşıq neçə-neçə cinayət işlərinin açılmasında iştirak etmış və bu cinayətlərin üstünü çox məharətlə açmışdir.


Ardı →