Azərbycanda “Marketplace” biznes modeli

“Marketplace”  – Məhsul və xidmətlərin çoxsaylı müxtəlif şirkətlər tərəfindən təqdim edildiyi onlayn alış-veriş saytıdır. Avropa, ABŞ və Çində çox geniş yayılmış bu biznes modeli Unimall.az sayəsində artıq Azərbaycanda da populyarlıq qazanır.
“Marketplace” modeli sayt ilə əməkdaşlıq edən şirkətlərə nə qazandırır:
  1. Fiziki mağaza açmadan onlayn biznes qurma imkanı
  2. Marketinq xərclərinə qənaət
  3. Alıcı qarşısında güvən
  4. Spesifik hədəf kütləsinə çatma imkanı

Davamı →

ALSEVIN: alıb-sevindirən sayt

Azərbaycanda ən yaxşı internet-maqazin olmaq. Məhz bu məqsədi alsevin.az saytının yaradıcıları öz qarşılarına qoyublar.

Saytın adı yaddaqalandır: Al+sevin=alsevin.az. Bir tərəfdən sayt çox sadədir və xarici  xarici internet-dükanlarda olan mürəkkəb funksiyalar burda yoxdur. Digər tərəfdən saytın dizaynı fərqlidir və insanı darıxmağa qoymur.al+sevin

Alsevin.az saytının yaradanlar haqqında səhifəsində özləri haqqında yazılıb. Değerli dostum kardeşim Süleyman Dəmirəl Tural Kərimovun da üzərində çalışdığı bu layihənin uğurlu olacağına əminəm.

Bakı daxilində çatdırılma pulsuzdur. Özünüzə yaxud başqasına hədiyyə almaq istəsəniz, ən yaxşı internet-mağazaya üz tutun. Ucuz qiymət, pulsuz çatdırılma, online ödənişin yer aldığı alsevin.az saytı onlayn-maqazinlər içində ən qabaqcıl yerlərdən birini tutacaq.


Ardı →

Ah,nə alsam?

«Yaxşı qızlar əsəbləşəndə ağlayırlar, pis qızlar içirlər, ağıllı qızlar isə mağazaya alış-verişə yollanırlar...»
Psixoloqların sözlərinə görə, tibbdə bu xəstəliyin bir neçə adı var. Daima nəsə yeni bir şey almaq istəyənlərin xəstəliyi şopomaniya, şopoqolizm, şopinqparanoya və onyomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu həm psixoloji, həm də nevroloji bir problemdir.
Psixoloq Azad İsazadənin fikrincə, şopomaniya adlı xəstəlik daha çox qadınlarda təzahür edir. Onlar daim mağazalardan nəsə almaq istəyirlər. Belə insanlar hətta sonuncu qəpiklərini belə mağazada xərcləməkdən çəkinməzlər.


Ardı →

Alış-veriş üçün bəhanələr

İngiltərədə qadınların sevdikləri paltarları alarkən özlərinə bəraət qazandırmaq üçün dilə gətirdikləri bəhanələri araşdırılıb.
Məlum olub ki, hər 4 qadından 3-ü özünü əlindəki pulu həddən çox xərcləməkdə günahkar sayaraq alış-verişdən sonra hərəkətlərini müdafiə etməyə çalışır. Qadınların üçdə ikisi evə döndükləri anda pul xərclədikləri üçün peşman olur, dörddə biri isə təlaşdan tərləyir. Hər 3 qadından biri həyat yoldaşına aldıqları paltarların real qiymətini söyləmir, beşdə biri aldığı paltarı bir müddət gizləyir.
Bu araşdırmanı  “promocodes.co.uk” moda saytı 3 min qadın arasında aparılıb.

Ardı →

Şoppinq üçün məsləhətlər

1. Şoppinq-gərginlikdən ən gözəl çıxış yoludur. Buna görə də alış-verişdən qalmayın, hətta depressiyyada olduqunuz zaman.
2. Alım, yoxsa almayım? — bu sual qarşısında qalsanız, əlbəttə ki, alın. Aldığınızı aparıb həftə ərzində qaytara da bilərsiniz, amma almadığınızın məyusluğunu çəkmək daha ağırdı.
3. Paltarı geyinəndə bir qədər rahatlaşın və öz malınız kimi hiss edin. Əgər geyimdə doğmaliq hissi yaransa, onda o geymi almağa dəyər.


Ardı →