Qafqazın birinci adamı - Yaxud bir ailədə iki Şeyxülislam

«1875 sənəsi son baharında uzun ağ saqqallı, möhtərəm bir ixtiyar ilə on bir-on iki yaşlarında arıq vücudlu bir çocuq Qafqaz valisi böyük knyaz Mixail Nikolayeviçin möhtəşəm yazı masası önündə bulunuyorlardı. Rus şahzadənin arxasında nəzərinin nüfuz və şiddəti dərhal gözə çarpan çərkəs əlbisəli bir miralay ayaqda duruyordu. Yaşıl sarığı, dəvə tükündən qolsuz əbası ilə ehtiramkar vəziyyətdə olan miralay ixtiyarın ricalarını valiyə eynən tərcümə etmədi: — »Şeyx Əhməd Səlyani, bu yetim çocuğun Tiflis gimnaziya kurslarından birisinə yerləşdirilməsini xahiş edir" dedi. Şeyx Əhməd Salyani, Şərq tərbiyəsinə taban hafidiyçün (nəvəsi üçün) məktəb seçimini də canişin şahzadənin iradəsinə buraxmışdı. 

Davamı →

Öksüz, yaxud son busə - Əli bəy Hüseynzadə

Altunsaçın atası Daşdəmir müharibə başlanarkən arkadaşı Hamid bəyin yanına gedər, kəndisini könüllü olaraq yazdırır, müharibə meydanına tələsir. İki ay qəhrəmancasına böyük davalarda bulunduqdan sonra, nəhayət dəhşətli bir vuruşmada köksündən yaralanır. Arxada bulunan xəstəxanaya gətirilir. Tam üç gün duyğusuz düşdükdən sonra uyğudan oyanıb, öləcəyini hiss edər-edəməz gözündən yaş axar bir hal ilə üzünü səmaya tutar:

Davamı →

Türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasının ilk təşəbbüskarı kimdir?

Rənglərinin ardıcıllığını əzbər bilməsək də, mənalarını əzbər bildiyimiz, hərdən baş-ayaq asdığımız, bunun üstündə bir-birimizi günahlandırdığımız bayrağımızda əks olunan “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyalarının ilk “uzlaşma təşəbbüskar”ı kimdir?
Azərbaycanda bu sual, ümumiyyətlə, müzakirə olunmur. Bizim üçün ünvan bəllidir. Türkiyədə isə fikir adamlarına görə dəyişir. Bəzilərinə görə, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının ilk müəllifi Əli Suavidir, digərlərinə görə isə Əli Suavi olmasa da, konkret olaraq ünvan Əli bəy Hüseynzadə deyil.

Davamı →

Əli bəy Hüseynzadə və həcv

Yəqin ki, Əli bəyin yaradıcılığına, əsərlərinin mündəricə və əhatə dairəsinə bələd olanlar bu sərlövhəni görəndə ilk növbədə təəccüblənəcəklər.
Eyni şəkildə, deyək ki, incə ruh şairi kimi tanınan Hüseyn Cavidin də həcv yazması, yaza bilməsi bizə o qədər qəribə görünür.
Lakin heç bir yanlışlıq yoxdur. Söhbət həqiqətən də Əli bəyin qələmə aldığı, həm də ilk poetik yaradıcılıq nümunələrindən biri olan həcvdən gedir.
Həcv obyekti onun hərbi həkim – dermatoloq ixtisasına yiyələndiyi İstanbul Hərbi Tibb Akademiyası – Əsgəri Tibbiyyədir.

Əsərin meydana çıxmasının öz tarixçəsi var. Məsələyə aydınlıq gətirmək üçün bir qədər uzaqdan başlamaq lazım gələcək.

Əli bəy Hüseynzadə “Həyat” qəzetinin 1906-cı il 18, 22, 23, 25 avqust tarixli saylarında dərc etdirdiyi “Nümunə məktəbi” adlı avtobioqrafik məqaləsində Tiflis klassik gimnaziyasını bitirdikdən sonra peşə seçimi və ali təhsillə bağlı ciddi suallar qarşısında qalmasından söz açaraq yazırdı: “Gimnaziyada ikmali-təhsildən sonra bənim üçün bir yerinə iki məsələ hasil oldu. Həm gələcəkdə təmini-məişət edəcək bir məslək, bir sənət sahibi olmalı idim. Həm də bu sənəti öylə bir yerdə, öylə bir darülfünunda öyrənməli idim ki, müsəlmancam da yaddan çıxmayıb mümkün isə ülum və əlsinə və tarixi-İslamı mütaliədə davam və səbat edib bu xüsusda tərəqqiyə qabil olum. Sənət və məsləklərdən intixabım təbabətdə qaldı. Lakin ülumi-tibbiyyəni təhsil üçün Rusiyanın hansı darülfünun olan şəhərinə getsəm, ülumi-islamiyyə və əlsineyi-şərqiyyədən (Şərq dillərindən – V.Q.) tamamən binəsib və bibəhrə qalacağım mühəqqəq idi”.
Ardı →

Ölülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.


Ardı →