20 Yanvar və 20 tarixi foto
20 Yanvar faciəsini özündə əks etdirən 20 tarixi foto əslində bizə 20 Yanvarla bağlı sözlərin deyə bilmədiyi çox şeyi deyir.
Gəlin birlikdə bu «danışan şəkillər»i dinləyək.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
20 Yanvar faciəsini özündə əks etdirən 20 tarixi foto əslində bizə 20 Yanvarla bağlı sözlərin deyə bilmədiyi çox şeyi deyir.
Gəlin birlikdə bu «danışan şəkillər»i dinləyək.
Neçə günahsız insan boyandı qana,
Zalımlar zülm etdi, məzluma cana.
Matəm əks olundu Azərbaycana
Bu tarix yazıldı, bəd Qara Yanvar….
Yollar qan iziylə, qırmızı, aldı,
Güllələr susmadı, canları aldı.
Allahım, bu necə, dəhşətli haldı?
Silinməz yazıldı, bəd Qara Yanvar …
(30 Yanvara həsr olunmuş şeir)
Sinə gərib dünyanın
Payızına, qışına,
Həmişə qərq olubdur
Gül-çiçək yağışına
Şəhidlər xiyabanı.
***
Məmməd Əmin amalı,
Əhməd Cavad şeiridir.
Vətəni sevənlərin
Əbədi and yeridir
Şəhidlər xiyabanı.
***
20 YANVAR ŞEİRİ
Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.
Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.