Uşaqların səlib yürüşü

Sərsərinin hekayəsi
Mən rahibliyə hazırlaşan yoxsul sərsərinin biriyəm, meşələrdə, yollarda dolaşıb Tanrı xatirinə çörək dilənirəm, mən elə bir mənzərə görmüşəm ki, ona baxmaq da savabdır və balaca uşaqların səsini eşitmişəm. Müqəddəs adam olmadığımı bilirəm və yol üstündəki cökə ağaclarının altında yoldan çıxdığım da olub. Mənə şərab verən qardaşlar onu içməyə çox da öyrəşmədiyimi görür. Amma mən uşaqları şikəst edənlərdən deyiləm. Sonra diləndirib pul yığmaq üçün uşaqların gözlərini ovan, ayaqlarını kəsən, əllərini bağlayan zalım adamlar da var. Məhz buna görə o uşaqları görəndə dəhşətə qapıldım. Tanrımız onları qoruyacaq, buna şübhə yoxdur. Rabitəsiz və məntiqsiz danışıram, çünki sevinclə doluyam. Mən bahara və gördüyüm mənzərəyə görə gülürəm. Ağlım elə də iti deyil. On yaşım olanda dini təhsil almışdım, amma latın sözlərinin hamısı yaddaşımdan uçub gedib. Mən çəyirtkəyə oxşayıram: gah ora, gah da bura tullanıram, cırıldayıram, hərdən də rənbərəng qanadlarımı açıram; balaca başım isə şəffaf və boşdur. Deyilənlərə görə müqəddəs İoann səhrada çəyirtkə yeyirmiş. Doymaq üçün çoxlu çəyirtkə yemək lazımdır. Amma müqəddəs İoann bizim kimi deyildi, bizdən fərqlənirdi.

Davamı →

Allah insanın abrının qorunmasına böyük önəm verir

Allah Təala rəhman və bağışlayandır. İnsanların sonsuz günahlarını əfv edir. Onlara yeni fürsətlər verir. Çünki bəndələrinin abrı Onun üçün çox mühümdür. Ona görə Allah icazə vermir ki, bir insan baqşasının abırını aparsın. Bu çirkin əməli həmişə məzəmmət edir.
Allah Səttarul-uyub olduğu kimi bəndələrindən də başqalarının eyblərini gizlətməyi istəyir. Bəndələrinə icazə vermir ki, başqalarının yanında günahını etiraf etsin.

Davamı →

Dinin aciz qaldığı dönəm olubmu?

Rəbbinə bəndə olmaq istəyənlər üçün dünya hər dəfə müxtəlif imtahanlarla dolu olub. Elə bir dönəm olmayıb ki, əsil ixlas əhli o dönəmdə ciddi bir imtahan verməmiş olsun. Həzrət Adəmdən (ə) ta bu günə kimi bu cür olub, axirəz-zəmana kimi də bu cür olacaq. Çünki, dünyanın formulası, düzəni bu cür nizamlanıb...
Allaha sığınmaq, dinin qaydalarına tam riayət etmək – insanı bu cür aciz qaldığı durumdan xilas olmağa yardımçı olub. Tarixdə insanların dəstə-dəstə dinə gəldiyi dönəmləri araşdırsaq, görərik ki, insanlar əsasən ən sıxıntılı günlərində çarəni Allaha sığınmaqda görüblər. Çünki, zatən insanın fitrəti bunu tələb edir.

Davamı →

İbadətlərimizi nə zay edir?

İnsana qarşı pusquda dayanan İblis (lən), daima onun ibadətlərini zay etməklə məşğuldur. İbadəti zay edən amillər ilə tanış olaq:
1. Riya. Hər kim Allah üçün deyil, insanların diqqətini cəlb etmək üçün namaz qılar və ibadət edərsə, o, şeytanın tələsinə düşər və ibadətləri zay olar.
2. Təkəbbür. İnsan namaz qılan zaman şeytan ona təlqin edər ki, etdiyi ibadətlərinə görə hamıdan daha üstündür. Bu yersiz qürurlanmaq onun ibadətini zay edər.
3. Günah. Günah, ibadətlərin yaxşı təsirlərini aradan aparar və insanı mənəvi səmərəsiz halda qoyar. Bir əkinçi uzun müddət əziyyət çəkər və buğda əkər. Ancaq bir gün güclü külək və yanğın sayəsində bütün məhsulunu əldən verər. Əziyyətləri boşa gedər. Günah da eyni şeyi ibadətlə edər.
Davamı →

İmamətin olması niyə zəruridir?

Imamətin zəruriliyi və fəlsəfəsi həmin o şeydir ki, nübuvvətə aiddir. Bir fərqlə ki, yeni din gətirməz. İmamət nə üçün zəruridir?
1. Quranı təfsir etmək üçün. Həzrət Peyğəmbərin (s) vəzifələrindən biri Quran ayələrini insanlar üçün təfsir etmək və mənalandırmaq olmuşdur. Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).

Davamı →

Alimin oğlu bir kisə soğanı özü ilə niyə gəzdirirdi?

Bir gün müdrik bir alim övladına deyir: “Sabah özünlə bir kisə götür və onun içərisinə sevmədiyin insanların sayı qədər soğan qoy”.
Sabahı gün oğlu bu işi görür. Atası ona deyir: “Hara getsən, bu kisəni də özünlə apar”. Oğlu bu işdən bir neçə gün sonra yorulur və atasına şikayət edir ki, soğanlar xarab olmuş və pis iy verməkdədir. Onun iyi mənə əziyyət verir.
 

Davamı →

Aləmlərə Rəhmət Həzrət Məhəmməd

Allah Təala ən sevimli bəndəsi və Rəsulu olan Peyğəmbərimiz r haqqında: “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” (əl-Ənbiya, 107) buyurur. Həqiqətən Onun bütün aləmləri əhatə edən «rəhmət» xüsusiyyətini kamil mənada idrak və ifadə edə bilmək bəşər övladının gücünün çatmayacağı bir şeydir.
Çünki Rəsulullah r ilahi rəhmətin müstəsna bir bolluq və bərəkət mənbəyi olaraq insanlığa hədiyyə edildi. O, insanlığın qurtuluşu üçün sanki çırpınış halında idi. Daşlanmağı gözə alaraq Taifə getdi. Çünki bütün insanlığı özünə zimmətli, özünü də bütün insanlıqdan məsul gördü. Ümmətinin dərdləriylə dərdləndi. Məzlumlara təsəlli olan müşfiq bir sığınacaq, döyüşən və yorğun könülləri sevindirən bir rəhmət əsintisi oldu… Bütün bunlar Allah Rəsulu r in rəhmət üfüqünü göstərən fəzilət tablolarından yalnız bir neçəsidir…
Yenə Onun ümmətinə olan mərhəmətini Rəbbimiz belə bəyan edir:
Davamı →

Həyatımızda imanın yeri

  • Quran
Hər bir mömin Allahın endirmiş olduğu kitab və suhuflara iman edir. Əlimizdə kitabların mövcudiyyətini təsdiq edən kəlamların ən üstünü, keçmiş və gələcəyin xəbərlərini insanlara bildirən, bütün elmlərin əsasını və qaynağını təşkil edən, yeganə dəyişməz kitab olan Qurani-Kərim var.
Quranı qəbul edən şəxs öncəki kitabları və suhufları da qəbul etmiş olur. Quranı sevən şəxs bütün səmavi kitabları sevmiş olur. Quranı inkar edən, ona qarşı ədəbsizlik edən, qəbul və təsdiq etməyən isə öncəki bütün səmavi kitabları da inkar və təhqir etmiş sayılır. Möminlər Qurana göstərdiyi hörməti Tövrata, Zəbura və İncilə də göstərərlər. Çünki kitablara iman bu kitabları da möhtəvasına alır. Ancaq onu da qeyd etməliyik ki, bu gün əlimizdə Qurandan başqa doğruluğunu və müqəddəsliyini qoruya bilmiş heç bir kitab qalmamışdır.
Davamı →

Mərhəmətə susadıq

Yaradan insanı yoxdan var etdi. Dünya və nemətlərini ona bəxş edərək insanın genlərinə bir sıra üstün keyfiyyətlər, ali məziyyətlər və duyğular yerləşdirdi. Ona lütf etdiyi ən üstün hisslərdən biri də şəfqət və mərhəmət duyğusu oldu.
Hansı ki, insanı digər canlılardan ayıran ən önəmli ərdəmdir. Əbəs yerə “Əgər ağrı hiss edirsənsə canlısan, başqasının ağrısını hiss edirsənsə insansan” deyilməmişdir. İnsan mərhəmət sahibi olmalı, ətrafındakı hər şeyə şəfqət nəzəri ilə baxa bilməlidir.
Davamı →

Xəyalların gerçək üzü

Uca Allahın qisməti ilə Ramazan ayında müqəddəs torpaqlara üz tutub ümrə ziyarəti etmək nəsib oldu. Altı nəfərlik qrup ilə yola düşdük. Hər birimizin qəlbində yeni bir şövq,başqa bir həyəcan var idi. Müqəddəs kitabımız Qurani-Kərimin endiyi, Hz. Peyğəmbərimizin yaşadığ torpaqları görmək həyəcanı qəlbimizə ayrı bir fərəh verirdi. Həram bölgəsinin ətrafında geydiyimiz ehram, bizi dünyanın fani nemətlərindən alıb, Yaradanla əbədi vüslətə qovuşdururdu sanki. Yolun uzaqlığnın, səfərin çətinliyinin fərqinə varmır, illərcə həsrətində olduğumuz müqəddəs torpaqları görmək, oraya ayaq basmaq istəyimizin sevincini yaşayırdıq. Dispetçerin vaxtaşırı eniş zolağna yaxınlaşdığmızı bildirməsi bu həyəcanı daha da artırırdı.
Davamı →