Bakı haqqında maraqlı məlumatlar və faktlar


  1. Qədim Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir.

  2. 2000-ci ildə YUNESCO Dünya irsi komitəsinin 24-cü sessiyasında Bakı şəhərinin tarixi hissəsi İçərişəhər sarayla birlikdə Azərbaycanda YUNESKO-nun Ümumdünya irsi obyekti elan edildi. Bu, Azərbaycandan YUNESCO-nun siyahısına daxil olan ilk obyekt idi.

  3. 20-ci əsrin əvvəllərində Dünya neft istehsalının demək olar ki, yarısı Bakıda hasil edilirdi.Bunun nəticəsində Bakıda mədəni həyat çiçəklənməyə başladı: teatrlar açıldı, opera binası tikildi. O bu şəhəri «Qafqazın Parisi» adlandırırdılar.

  4. Dünyanın ən böyük xalça kolleksiyalarından biri (6 000-dən çox) məhz Bakıda Dənizkənarı Bulvarda yerləşən Xalça Muzeyində qorunur.


Davamı →

Bakının tarixi barədə nə bilirik?

Ərazisi: 2200 kv km. Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.

Bakı, onun nefti və «yanar torpağı» qədim vaxtlardan onun hüdudlarından çox-çox uzaqlarda da məşhur idi. Bakı barədə orta əsrlərə aid yazılı mənbələrdə onun ətrafındakı «əbədi məşəllər» dönə-dönə xatırladılar. Bakı barədə ilk məlumatlardan birinə V əsrin əvvəllərində Qafqaz Albaniyası şəhərlərini təsvir etmiş Bizans əlyazmalarında «sualtı qayadan alov yüksələn» bir ərazinin adı çəkilir. IX əsrdən başlayaraq, ərəb coğrafiyaşünasları və tarixçiləri Bakını kiçik, lakin inkişaf etmiş bir feodal şəhəri kimi təsvir edirlər. Onların hər biri xüsusi qeyd edir ki, Bakıda ağ və tünd boz rəngli neft çıxarılır. Slavyan, Bizans, Çin, Venesiya, Hindistan tacirləri və bütün Yaxın Şərqdən gələn karvanlar Bakıdan neft aparırdılar.


Davamı →

Şirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı — XV əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur.

2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Davamı →

Köhnə bakılı ziyalılar

19-cu əsrin axırları və 20-ci əsrin əvvəllərində Bakı şəhərinin özündən görkəmli ziyalılar yetişmişdi. Bunlar köklü-əsilli bakılılar idi: burada doğulmuş, burada böyümüşdülər. Azərbaycan ziyalıları ilə əl-ələ verib, ölkənin ictimai həyatında xidmət göstərmişlər. Onlar kimlərdi?
Davamı →

BAKI MİLYONÇULARI

19-cu əsrdə Bakı şəhəri öz milyonçularının sayı etibarilə Rusiyanın şəhərləri içərisində görkəmli yerlərdən birini tuturdu. Neft bu şəhəri iri sərmayədarlar yurduna çevirmişdi. Lakin Bakı milyonçuları başqa şəhərlərin milyonçularından onunla fərqlənirdilər ki, onlar bu sərmayə və sərvəti irsi olaraq, öz ata və babalarından almamışdılar. Bir qayda olaraq, əksəriyyəti fəhləlikdən, yoxsulluqdan öz zəhmətləri ilə milyonçu dərəcəsinə yüksəlmişdilər. Əvvəllər öz zəhmətləri, kamal və səyləri onları irəli aparmış, sonralar isə güclü neft fantanları onları sərvətin yüksək dərəcəsinə qaldırmışdı. Biz Bakının bu milyonçularından bir neçə nəfəri haqqında danışacağıq.
Davamı →

Mehmanxana və restoranlar

Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar şəhər həyatı gündən-günə yeni şəkil alırdı. Zəngin, aynalı mağazalarla yanaşı rahat mehmanxana və gur işıqlı restoranlar şəhərə xüsusi gözəllik, verirdi. Rusiyadan və Avropanın bir çox şəhərlərindən axışıb gələn qonaq və işgüzar adamları qəbul etmək və yerləşdirmək işində mehmanxanalar sanki yarışa girmişdilər. 1840-cı ildə Bakıda cəmi bir mehmanxana olduğu halda əsrin əvvəllərində onların sayı birə on qat artmışdı. Şəhərin ən gözəl mehmanxanaları hesab edilən «Metropol» və «Qrand Otel» mehmanxanalarının sahibi Lalayev idi.
Davamı →

Köhnə Bakıda tamaşa müəssisələri

Bakının yaşlı əhalisinin yaxşı yadındadır ki, o zaman Bakıda kinoteatr binalarından əlavə müxtəlif tamaşa müəssisələri də fəaliyyət göstərirdi. Doğrudur bu  müəssisələrin  əksəriyyəti  xüsusi  adamların  əlində  idi,  bəziləri  də  hökümət tərəfindən ayrı-ayrı adamlara icarəyə verilmişdi. Elə tamaşa müəssisələri də vardı ki, onlar icarə yolu ilə şəhərə qastrola gəlmiş truppaların sərəncamına verilirdi. Kinoteatrların əksəriyyəti isə daimi fəaliyyət göstərirdi. 1900-cu ildən sonra Bakıda 15-ə qədər kinoteatr mövcud idi. O zaman kinoteatrlar sinemotoqraf adlanırdı.
Davamı →

Bakı hamamları

Bakı  hamamlarının  qədim  tarixi  vardır.  Şirvanşahlar  sarayında  bizim günlərədək qalmış qədim bir hamamın tikintisi göstərir ki, hələ o dövrlərdə şəhərdə hamam tikintisinə  böyük əhəmiyyət  verilmişdir.  Belə  köhnə  hamamlara  Bakı kəndlərində də rast gəlmək mümkündür. Məsələn, Nardaran kəndindəki hamam 14-cü  əsrin  1388-ci  ilində  tikilmişdir.  Mərdəkandakı  Məhəmməd  hamamı  da qədimdir. İçəri şəhərdəki köhnə hamamlardan ən gözəyatımı Qasımbəy hamamıdır 1859-cu ildən sonra, başqa sözlə desək, Bayır şəhər salınandan sonra  Bakıda bir-birinin ardınca çoxlu hamamlar tikilmişdi. Hamamların binası əsasən tağlardan və onların üstündə qurulmuş günbəzlərdən ibarət idi.
Davamı →

Şəhər bağları

Bakıda bağ salmaq böyük əzab və əziyyətlə başa gəlirdi. Şəhərə xas olan isti və küləkli havalar, suyun çatmaması və bəzi yerlərdə torpağın münbitsizliyi üzündən küçələrdə və meydançalarda yaşıllığı artırmaq çox zəhmət tələb edirdi. Bununla belə bağbanların qayğı və səyi hər şeyə qalib gəlirdi. Görülən tədbirlər nəticəsində şəhər bağlarında yaşıllıq artır və ağacların sayı çoxalırdı.
Şəhərin ən böyük bağı Mixail (Qubernator) bağı hesab olunurdu. Onun əsası hələ 1830-cu illərdə İçəri şəhər iki divar əhatəsində olduğu zaman qoyulmuşdu.
Davamı →

Bakıda meydan və meydançalar

Vaxtı ilə Bakıda 16-ya qədər meydan və meydançalar olmuşdur.
Quba meydanı (və yaxud Bazar meydanı). Böyük və tanınmış meydan idi. Şəhərə gələn yollar məhz bu meydanda birləşirdi. Bir tərəfdən Bakı kəndlərindən gələn arabalar və başqa nəqliyyat vasitələri, o biri tərəfdən Quba və Şamaxıdan gələn öküz arabaları əsasən bu meydanda düşərdilər. Qubanın cırıltılı öküz arabaları öz yüklərini məhz bu meydanda boşaldardılar. Buna görə də bu Bazar meydanı Quba meydanı kimi tanınırdı. Sübh tezdən axşam düşənədək burada qızğın alver gedirdi. Qubadan əsasən alma, armud və başqa meyvələr gətirilərdi. Bakı kəndlərindən isə göyərtidən tutmuş yer-yemişədək daşınıb, burada satılardı. Ətrafında bir cərgə dükanlar vardı. Sonralar meydanın mərkəzində də taxtadan dükanlar tikilmişdi. Malakan furqonları ilə meyvə və tərəvəz, xüsusilə kələm daşınardı.
Davamı →