Ümümmilli Lider Heydər Əliyevin Təhsil haqqında kəlamları

Ümümmilli Lider Heydər Əliyevin Təhsil haqqında kəlamları Heyder Eliyev Tehsil

Təhsil millətin gələcəyidir.

Heydər Əliyev

 


 

  • Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.
  • Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.
  • Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
  • Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur, ancaq bundan da yüksək ad müəllimlikdir.

Davamı →

Məşhur Dünya Liderləri Heydər Əliyev haqqında nə deyib? | Sitatlar

Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının 12-ci Prezidenti


Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
Corc BUŞ
Amerika Birləşmiş Ştatlarının Prezidenti

Məşhur Dünya Liderləri Heydər Əliyev haqqında nə deyib? | Sitatlar


Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.
Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti


Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
Toni BLEYER
Böyük Britaniyanın Baş naziri


Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
Jak ŞİRAK
Fransa Respublikasının Prezidenti


Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.
Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti


Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.
Xu SZİNTAO
Çin Xalq Respublikasının Sədri


Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.
Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.
Əhməd Necdət SEZƏR
Türkiyə Respublikasının Prezidenti


Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.
Kraliça II ELİZABET


Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində Şərq-Qərb enerji dəhlizinin əsası qoyulmuşdur.
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Barak OBAMA



Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.
o Pakistanın 11-ci və 13-cü Baş Naziri Bənəzir Bhutto


Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.
Seyid Məhəmməd XATƏMİ
İran İslam Respublikasının Prezidenti


Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır.
Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.
Georgi PIRVANOV
Bolqarıstan Respublikasının Prezidenti


Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir.
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti


Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər.
Vladimir VORONİN
Moldova Respublikasının Prezidenti


Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.
Gerhard ŞRÖDER
Almaniya Federativ Respublikasının Federal kansleri


Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.
Emoməli RƏHMONOV
Tacikistan Respublikasının Prezidenti


Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.
Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
Əsgər AKAYEV
Qırğızıstan Respublikasının Prezidenti


Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.
II İohan Pavel
Roma papası


Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.
Abdullah GÜL
Türkiyə Respublikasının xarici işlər naziri və Baş nazirin müavini


Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.
Vyaçeslav TRUBNİKOV
Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini


Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.
Məhəmmədəli MƏHƏMMƏDOV
Dağıstan Respublikası Dövlət Şurasının Sədri


Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.
Mintimer ŞAYMİYEV
Tatarıstan Respublikasının Prezidenti


Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.
Murtaza RƏHİMOV
Başqırdıstan Respublikasının Prezidenti


Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.
Kirsan İLYUMJİNOV
Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin Prezidenti


Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər göstərmişdir.
Bülənd ECEVİT
Demokratik Sol Partiyasının Sədri


Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.
Çingiz Aytmatov,
Qırğızıstan Xalq yazıçısı


Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır.
Butros-Butros Qali
BMT-nin sabiq Baş katibi


Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram.
Nikolay Baybakov
keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri


Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.
Timm Eqqar
Böyük Britaniyanın energetika naziri


Davamı →

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində

1969-cu ildə Brejnevin dönəmində Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilən Heydər Əliyev 1982-ci ilə qədər bu vəzifədə qaldı. Həmin il Yuriy Andropov SSRİ KP MK-nın Baş katibi seçilməsindən dərhal sonra Heydər Əliyevi Siyasi Büro üzvlüyünə, eləcə də SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin etdi. Heydər Əliyev bu vəzifəni Andropovun ölümündən sonra da davam etdirdi. 1985-ci ildə Konstantin Çernenkonun vəfatından sonra SSRİ KP MK-nın Baş katibi Mixail Qorbaçov seçildi. Heydər Əliyev Siyasi Büro üzvləri ilə müzakirələrdə Qorbaçov lehinə çıxış etməsinə baxmayaraq bir müddət sonra ona qarşı başlanan kampaniyadan sığortalana bilmədi. Mixail Qorbaçov Heydər Əliyevi Brejnev nomenklaturasının üzvü kimi formalaşdırdığı “yenidənqurma” siyasətinə təhdid kimi görürdü. Həyat yoldaşı Zərifə Əliyevanın ölümü bu dövrdə Heydər Əliyevin sağlamlığına pis təsir etdi. 1987-ci ilin may ayında Əliyev infarkt keçirdi. Bu hadisədən 5 ay sonra isə SSRİ Nazirlər Sovetinin müavini və Siyasi Büro üzvlüyü vəzifələrindən istefa verdi. Heydər Əliyev həmin günləri “The Washington Post” qəzetinə verdiyi müsahibədə belə xatırlayırdı:

Davamı →

Tarix təcəvüzkara qarşı öz hökmünü verir

Tarix  ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.

Davamı →

Xarıbülbülün metamarfozası

Şuşaya qəhrəman əsgərlərimiz iki ayaqla gedib çıxdılar, biz dörd təkərlə getdik.
Şuşada qəhrəman əsgərlərimizi düşmənin güllə yağışı qarşıladı, bizi isti yaz günəşinin ilıq şüaları.
Yolun çətinliyindən nə qədər mızıldansaq da, əslində, bu narazılığa görə xəcalət çəkirdik.
Axı bax bu yolu çətinliklə də olsa, narahatlıqla da olsa, gedib Şuşaya ayaq basmağımız üçün yüzlərlə igid əsgərimiz şəhid olub, qazi olub, bu dağlarda can qoyub, bu qayaları yalın əllə qalxıb...

Davamı →

Heydər Əliyev və Azərbaycan ədəbiyyatı

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 21 sentyabr 1993-cü ildə AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir.
Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.

Davamı →