Ziya Səfərbəyovun "Mənim lənətlənmiş dünyam" kitabı artıq satışda...

Ziya Səfərbəyovun «Mənim lənətlənmiş dünyam» kitabı artıq satışda...
Artıq satışda...

Oxuculara təqdim olunan “Mənim lənətlənmiş dünyam” kitabı çıxılmaz halda olan üç insanın taleyindən bəhs edir. Ağır bir xəstəliklə mübarizə aparan gənc qadın, öz acizliyini unutmaq üçün hər gün sevərək, qulluq etdiyi “brunfelsiya” adlı zərif bir çiçəyin gözəlliyində təsəlli tapmağa çalışır.
Məşuqəyə görə ailəsindən imtina edən vəfasız atanın oğlu, anasının intiharı ilə barışa bilmir. Narkotikdə təsəlli tapan oğlan öz taleyini puç etməklə yanaşı, günahsız və məsum bir qızı zorlayaraq, onun həyatında unudulmaz bir iz qoyur. 
Zorlanmış qızın acınacaqlı taleyi, onun cəmiyyətdə üzləşdiyi problemlər, ittihamlar, mühakimələr və həyat yolunda rast gəldiyi insanların ətrafında baş verən hadisələr burulğanı, bir anlıq olsa belə sizləri qəddar reallıq ilə qarşı-qarşıya qoyacaq. Bir kövrək, əlacsız qızın cəmiyyətlə olan mübarizəsi nə ilə bitəcək? Qüvvələrin qeyri-bərabər olduğu bu mübarizədə kim qalib gələcək?
Davamı →

Oxucunun tələbləri

А. Ümumi: 

1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir. 


B.Maariflənmək üçün oxunan zaman:


2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir. 


3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu. 


4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et. 

5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir. 

Ardı →

Allahı qatil edənlər (Aqil Abbas)

II hissə

   Qan iyinə çaqqallar qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar. Hələ qoxusu çəkilməmiş barıtın qorxusundan meyidə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar. Və əgər şəhərdən qayıdan içi əsgərlərlə dolu maşın gəlib çıxmasaydı, yolun ortasında qalmış cəsədi çaqqallar parça-parça edəcəkdi. Maşın dayandı, amma deyəsən çaqqallar çox həyasız idilər, qorxub qaçmadılar. Zabit çaqqalları qorxutmaq üçün havaya bir-iki əl atəş açdı. Çaqqallar da vaqqıldaya-vaqqıldaya öz dillərində Zabitə söyə-söyə götürüldülər. Zabit yolun ortasındakı meyidi görəndə yerindəcə dondu, sonra yavaş- yavaş meyidə yaxınlaşdı, əvvəl-əvvəl elə bildi Komandirin sürücüsüdü, amma kiteldəki ulduzları görəndə…


Ardı →

Allahı qatil edənlər (I hissə)

ALLAHI QATİL EDƏNLƏR.

Qəssabın indicə boğazına bıçaq çəkdiyi qoyun kimi fınxırır, dabanları ilə torpağı eşir və ildırım çaxmış adam necə qovrulurdusa elə qovrulur, nə baş verdiyini anışdıra bilmirdi. Və yəqin ki, anışdırmağa heç vaxtı da çatmayacaqdı, ömrünün son dəqiqələrini yaşayırdı. İlk anda ildırım sandığı güllə sağ çiynini parçalamışdı. Yaradan buğlana-buğlana axan qanın barıt iyinə qarışmış qəribə bir qoxusu gəlirdi. Amma artıq o bu qəribə qoxunu hiss edəcək, duyacaq halda deyildi.
   
   Çox çətinliklə gözlərini açmaq istədi, qanı üz-gözünə dağıldığından kipriklərini zorla aralaya bildi, amma heç nəyi aydın görə bilmədi. Ağacların arasından süzülüb gələn gün işığının qarşısını nə isə kəsmişdi. İldırım sandığı qəfil güllə zərbəsindən sonra hissi yavaş-yavaş özünə qayıdırdı. Və nəhayət başa düşdü ki, onu ildırım vurmayıb, güllə dəyib. Əlini silahına atmaq istədi, amma nə illah elədi əli sözünə baxmadı, elə bil bədəninin bir tərəfi yox idi. Buğlanan qanının və barıtın qoxusunu da indi duymağa başladı. Alnına dayadılmış tüfəngin hələ soyumamış isti lüləsini də hiss elədi. Hissi özünə qayıtdıqca gözlərini bir az da geniş aça bildi və gördü ki, ağacların arasından süzülüb gələn gün işığının qarşısını kəsən nə isə yox, onun canını almağa hazırlaşan Əzrayıldı və qonub sinəsinə. Və bu Əzrayıl onun canını bir anda alıb ona öldüyünü bilməmək xoşbəxtliyini qismət etmək istəmirdi. Və sanki Əzrayıl bu əzablı ölümü ona yaşatmaqdan bir zövq, bir ləzzət alırdı. 
   
   Amma sinəsinə qonmuş Əzrayıl Allahın insanların içində həmişə vahimə ilə gəzdirdiyi və heç vaxt qaçıb qurtula bilmədiyi mələyinə qətiyyən oxşamırdı- nə əlində alma vardı, nə də qılınc. Adicə insan idi, üz-gözündən də zəhər-zəhrimar yağan bir insan. Və bu insan çox soyuqqanlılıqla tüfəngi onun alnına dayamışdı, amma atmırdı, ovunun ölüm qabağı çəkdiyi əzabı seyr edərək ürəyini soyudurdu. 


Ardı →

Köhnə kitablar böyük təhlükə gizləyir

Rusiya Tibb Elmləri Akademiyasından olan mütəxəssislər  köhnə və antikvar  kitab həvəskarlarını onları gözləyən böyük və gizli təhlükələrdən dolayı xəbərdar edirlər.Məsələ burasındadır ki,burada yalnız toz deyil,sizinə xəstələnmənizə səbəb ola biləcək çox müxtəlif sayda ibtidai parazit yumurtaları da toplanmaqdadır
Ardı →

Albert Camus - Yad

 Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqcakeşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Davamı →

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev
 Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da… Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir — E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.
Davamı →