Maykl Ceksonun ən məşhur mahnıları
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Uğurlu karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı ilə Maykl 40 il pop mədəniyyətinin bir hissəsi olub. Bu illər ərzində onun geyimləri və xüsusi olaraq hazırlanan səhnə kostyumları da diqqətdən kənar qalmayıb. Pop-kralı hələ sağlığında moda dünyasına stil diktə edən və ölümündən sonra belə ona böyük təsir göstərən musiqiçi olub.
«Ay yerişi» (Moonwalking) dünyada ən tanınan rəqs hərəkətləridən biri sayılır. Siz dəqiq onu heç nə ilə qarışdıra bilməzsiniz.
1983-ci il martın 25-də Maykl Cekson «Billy Jean» mahnısını ifa edərək ilk dəfə bu hərəkəti etdikdən sonra tamaşaçılar üçün bu rəqs Ceksonun özünəməxsus «fişka»sı kimi möhürləndi . Buna görə belə bir mif yarandı ki, Maykl «ay yerşi»ni özü fikirləşib.
Əslində çox rast gəlməy olardı ki, «ay yerişi»ni Ceksona qədər başka rəqqasların ifasında görülsün. Məsələn, Keb Kellouey hələ 1932-ci ildə bu addımlardan istifadə edib. O, onların Buzz adlandırmışdır.