Mirvari haqqında bilmədikləriniz

Əslində istənilən bir balıqqulağının içərisində yaşayan molyusk mirvari yaradaraq, onu böyüdə bilər, amma sədəf mirvariyə təbiətdə çox nadir hallarda rast gəlinir. Məsələ ondadır ki, belə bir mirvarinin yaranması üçün kənardan-hər hansı bir qıcıqlandırıcı (qum dənəsi, parazit və s) müdaxiləsi zəruridir, həmin kənar maddəni molyusk canlı şəkildə sədəf mirvarinin içinə məhbus edir. Zərif sədəf pərdələr, bir birinin üstünə çəkilərək, lay-lay yığılır və bunun nəticəsində gözəl bir inci- mirvari yaranır. Olduqca maraqlı müdafiə mexanizmidir.


Davamı →

Dünyanın ən qədim mirvarisi

Dünyanın ən qədim təbii incisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi kənarında bir adada tapıldı. 8 min il yaşı olan mirvaridən Neolit dövründə zinət əşyası olaraq istifadə olunurdu.
Əbu-Dabinin kənarındakı Marava adasında qazıntılar zamanı 8000 illik təbii mirvari tapıldı. 8 min illik mirvarinin tapılması ərazidə Neolit dövründə də ticarətin olduğunu göstərdi.
Davamı →

Mirvari və onun təbiətdə əmələ gəlməsi

Təbiətdə saysız-hesabsız mineral sərvətlər vardır ki, bunların da hərəsi özünəməxsus təsərrüfat, estetik və zərgərlik əhəmiyyətinə, gözəlliyə və yaraşığa malikdir. Şəffaf, balıq gözünə bənzər yüngülvarı mavi-ağ rəngə çalan mirvari də bu minerallardan biridir.
Mirvari ərəblərdə zəncu, farslarda mirvari, türklərdə inci, ruslarda jemçuq, yunanlarda marqarit adı ilə məşhurdur. Mirvari müxtəlif dəniz və şirin su hövzələrində əmələ gəlir. Mirvarinin tərkibi və rəngi sədəf ifraz edən molyuskaların qabıqlarından əmələ gəlir.
Davamı →

Baykal ilbizinin möcüzəsi

Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Geniş yayılmış fərziyyələrə əsasən qədim türk dilindən tərcümədə «Bai-kul» yəni, Bəy göl anlamını verir. Bəs dünyanın ən böyük şirin su ehtiyatı hesab edilən Baykalın saflığının sirri nədədir?

Mirvarinin nece yarandigi coxumuza melumdur .Mirvari ilbizinin canagina kicik toz denesi dolur ve denize yagis yagdiqda bu kicik mocuzevi ilbizcik qidalanmaq ucun suyu oz icinden kecirdir ve sudaki mikroorqanizmleri hezm edir ama suya codluq veren ionlar bu deneciyin uzerinde tedricen yigilir ve gozel mirvari emele gelir. Ancaq mirvari ilbizlerinden de ehemiyyetli ilbizler var ki bunlar sulari filtirzasiya edir ve mirvari qeder temiz suyu bize verir. 1642 m lik dunyanin en boyuk sirin su anbarini Baycalospongia loborospongia temizleyir.

Davamı →

Mirvari

Azərbaycanda mirvari ehtiyatı olmasa da, bu qiymətli daş-qaşa həddindən artıq isti münasibət var; hətta "Ölkəmizdə mirvarisi olmayan xanım yoxdur" desək yanılmarıq. Bəstəkarlarımız bu ada mahnı da qoşublar; məsələn: «Ay mirvari dalğalar». Qızına «Mirvari» adı verən valideynlər də az deyil. Bir sözlə, bizdə ən incə, ən qəşəng, gözəl, özəl məqamların adı mirvari ilə assosiasiya olunur. Mirvarinin Şərqdə geniş yayılmış digər bir adı isə incidir ki, bu ada qarşı da bizdə eyni həssaslıq var.


Görünür, bu həm də mirvarinin Müqəddəs Qurani-Kərimdə adının çəkilməsi, onun insanlara bəzək əşyası kimi göndərilməsinə dair məlumatın olması, cənnət bəzəyi adı verilməsi ilə bağlıdır.


Ardı →