Qurani-Kərimin yanmaması möcüzədirmi?

Bu dəfə düşmən dəyirmanına su tökənlər cahil, nadan və heç bir elmi, dini biliklərə sahib olmayanlar oldu. Ağıllı düşmənin əlinə bəhanə verən ağılsız özümüzkülər yenə də dinimizə qarşı bədbinlik yaratdılar.

Cəmiyyətin elmi səviyyəsini nəzərə alaraq, onları ehtiyac duyulan qədər məlumatlandırmağı, yalnız bu sahə üzrə ixtisası olanlar üçün deyil, geniş kütləyə, xüsusən də hövsələsi az olan cavanlar üçün bu məlumatları mümkün qədər daha faydalı və daha müxtəsər şəkilə salmağı özümə vəzifə bilib son günlər gündəmə gələn «quran yanmaması möcüzəsi» haqda, bununla yanaşı, bəzi xurafi inanclar barədə qısa bir təhlil yazmaq qərarına gəldim. Qeyd edim ki cəmiyyətdə xurafatlar olduqca çoxdur və onları sadalayıb təhlil etmək üçün kiçik bir yazı kifayət deyil, bunun üçün alim və ruhanilər birgə işlər görməli, bu haqda kitablar yazılmalıdır.
Ardı →

Xurafat kirindən təmizlənək!

Xurafat dində olmayan, lakin din kimi göstərilən batil hökmlərə deyilir.  Bu batil hökmlər dini çətinləşdirərək insanların Allahın yolundan uzaqlaşmasına, hətta nifrət etməsinə gətirib çıxarır. İslam dininə də sonradan bir çox xurafatlar daxil edilmişdir. Təəssüflər olsun ki, bu xurafatlar müsəlmanlara çox zərər vurmuş və hələ də vurmağa davam edir. Halbuki, İslam dini asanlıq dinidir. Rəbbimiz Ona yönəlməyimiz üçün dini bizim üçün asanlaşdırmışdır. Lakin bədxah şəxslər İslamı bilərək təhrif edir, özlərindən çıxardığı uydurma hökmlərlə insanları dindən uzaqlaşdırırlar. Onlar Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını da halal edərək dini əslindən uzaqlaşdırmağa çalışır və öz azğın inanclarından ibarət batil din ortaya çıxarırlar. Bu gün insanların əksəriyyəti İslam zənn etdikləri həmin batil dinə sitayiş edirlər.  Qurandakı ayələrdən və Peyğəmbərimizin həyatından xəbəri olmayan insanlar batil dinə sitayiş etdiklərini anlamır, bu şəxslərin təlqinlərinə aldanır və şüursuzca onların arxasınca gedirlər.  Belə ki, Allah adına hökm qoyanlar özləri ilə birlikdə başqalarını da günaha və üsyana sürükləyirlər. Onlar gətirdikləri saxta hökmləri Allah adına çıxmaqla həm də Allah qarşı böyük böhtan atırlar.  
Ardı →

Bədnəzərdən necə qorunmalı?

Qorxulu gözdən, dağlar da titrəyər: Gözdəymə nədir, necə yaranır və onu necə zərərsizləşdirməli?


“Nəzər insanı qəbirə, dəvəni qazana salar”


“Bəd nəzər” və ya “gözdəymə” anlayışları demək olar ki, bütün millətlərdə var. İnama görə, gözdəymə – mənfi bioenergetik təsirdir və bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bəd nəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Mal-qara, toyuq-cücə nəzərə gələndə, yenə kəsib yemək olur, bəs insana göz dəyəndə nə etmək olar? Belə bir Peyğəmbər məsəli də var ki, “Nəzər insanı qəbirə, dəvəni qazana salar”


Ardı →