Səhər yuxudan qalxmaya görə xasiyyət

2004-cü ildə aparılan sorğular nəticəsində zəngli saat ən çox nifrət oyadan ixtiralar içində 2-ci yeri tutmuşdu. Axşamdan saatı qururuq və ona ümidlə baxırıq, səhər isə onu parçalamaq istəyirik. Gecikməyə görə bütün günahı da onun üstünə yıxmaq da bizə çox xoş gəlir.Araşdırmalar göstərir ki, insanların səhər yuxudan qalxmalarına görə onların xasiyyəti haqqında mühakimə yürütmək olar:


Ardı →

Yuxusuzluqla necə mübarizə etməli?

Yuxusuzluq — yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur.


Ardı →

Yuxu pozğunluğu

Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.


Ardı →

Yuxu

İdeal yuxunun formulu - Normal yuxunu adi qaydada  8-9 saat əvəzinə, 4-6 saat yatanlar genetik mutant adlanırlar. Vaşinqtonun Sen-Lyuise  (ştat Missuri) universitetində çalışan amerikalı alimlər belə qənaətə gəlmişlər

Alimlər   elə əvvəllər də bilir və təxmin edirdilər ki,az və qısa yatmaq orqanizmin genetik xüsusiyyətlərindən irəli gəlir, bununla belə müəyyən edilmişdir ki, buna görə DEC2 adlı gen cavabdehdir. ”Moskovskiy komsomolets”-in yazdığı kimi belə mutasija hələlikdə iki adamda tapılmışdır(ana və qızda). Onlar yuxuya cəmi altısaatdan bir az artıq vaxt sərf edirlər.
Ardı →

Yuxu ilə bağlı maraqlı bilgilər

  1. Insan yuxuda ikən faktik iflic vəzziyyətdə olur.

  2. Vaxtilə siqaret çəkmiş ,sonradan tərgitmiş şexslər daha parlaq ve real yuxular görurülər.

  3. Bütün insanlar yuxu görür sadəcə bəzileri heç zaman bunu xatirlamir.

  4. Bəzi insalar yuxunu ağ-qara rəngdə görürlər.

  5. Insan gördüyü yuxunun 90%-ni unudur.

  6. Hətta kor insanlar da yuxu görürlər.

  7. Insan xoruldayan zaman yuxu görmür.

  8. Körpələr 3 yasinadək özlərini yuxuda görmürlər.

  9. 3-8 yas arasinda olan usaqlar böyük insanlarin bütün ömrü boyu gördüyündən də daha qorxulu yuxular görürler.

Ardı →

Letargiya yuxusu

Ölümü xatırladan bu yuxu elə bir vəziyyətdir ki, orqanzmin həyati prosesləri az qala tamamilə dayanır. Letargik yuxunun qurbanları bir qayda olaraq isterik və əsəbi adamlar olurlar. Alimlərin fikrincə, hər bir adam letargiya yuxusuna gedə bilər. Allah eləməsin ki, həmin vaxt həkimlər səhvə yol versinlər. Letargiya yuxusu tibb elminin yetərincə aydınlıq gətirə bilmədiyi xəstəliklər sırasına daxildir.
Letargiya yuxusunun müddəti bir neçə saatdan bir neçə ilə qədər uzana bilər. İnsanlar çoxlu qan itirmədən, dəm qazından boğulmadan, isterik hallara düçar olmadan letargiya yuxusuna gedə bilərlər. Alimlərin fikrincə, stresslərdən uzaq olmaq insanlarda letargiya yuxusuna getmə hallarını azaldır.
Davamı →

Qəza və yuxu

Tarix: 1994-cü il. Yer: Moldovanın Çadır-Lunqa şəhəri. Paytaxt Kişinyovdan Çadır-Lunqa şəhərinə doğru yola çıxmış «Jeep» markalı maşın havanın qaralmağa başladığı bir vaxtda qaqauz türklərinin yaşadığı bu əyalət şəhərinə çatmaq üzrədir. Maşında dörd nəfər var: öndə sürücü ilə birlikdə şəhərin maarif müdiri, arxa oturacaqda isə Çadır-Lunqa Qaqauz-Türk Kollecində işləyən iki müəllim...

Ardı →

Yaxşı yuxu rejimi üçün

Yuxudan hər kəs səhərlər gümrah və dinlənmiş vəziyyətdə yuxudan qalxmaq istəyir.
Hər gün eyni saatda yuxudan qalxın
Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan qalxmağa meylli olacaq.
Davamı →

Uşaqların yuxusu

Bu gün valideynələrin qarşısında duran ən çətin vəzifələrdən biri uşaqların yatızdırılmasıdır. Doyunca yatmayan uşaqlarda hövsələsizlik, tələskənlik, huşsuzluq, dolaşıq danışıq, öz davranışına qeyri-tənqidi münasibət, gözlərinin ovuşdurulması kimi hallar tez tez müşahidə edilir. Mütəxəssislər uşaqların yuxusnun xüsusi qayğı tələb etdiyini deyirlər.
Davamı →

Yuxu haqqında

Yuxu insan həyatında ən önəmli sakitləşdirici təsiri olan yorğunluqdan ruhu xilas edən real həyatdan müvəqqəti ayrılıqdır. 8 və ya 10 saatlıq yuxu insanı enerji dolu olacağına zəmanət verməz. İnsan az yataraq da daha çox işlər görə bilər, daha uğurlu nəticələr göstərə bilər. Fakt olaraq qeyd edək ki, alimlər, elm xadimləri gündə yalnız 4 saat yatırlar və bunu qarşılığında uğurlu fəaliyyət göstərirlər. Daha çox yatmaq daha çox yorğunluğu hiss etməkdir. Az yatmaq nəyisə etməyinə şans yaradır.
İnsan ən çox yuxusuz 18 gün, 21 saat, 40 dəqiqə ayaqda dura bilir.
Davamı →