Ağcaqanadlardan təbii yolla qorunun

Yay aylarını kabusa çevirən ağcaqanadlardan təbii yollarla qorunmağın mümkün olduğunu bilirsinizmi? Bu kiçik həşəratları uzaqlaşdırmaq üçün limon və mixək ikilisindən istifadə edə bilərsiniz.

Limonu yüngülcə sıxaraq sulandırın. Ortadan ikiyə bölün və içinə mixəklər yerləşdirin. Kiçik qan əmicilər bu bitkilərin qoxusunu sevmədiyi üçün yaxın gəlməyəcək. Bundan əlavə, onlar lavanta, portağal ətrini də sevmir. Bədəninizi bu bitkilərin losyonu ilə masaj etsəniz, özünüzü qorumuş olacaqsız.
Davamı →

Ağcaqanadlar bizi niyə sancır?

Yay günlərində ağcaqanadlar gecələr yatmağa imkan vermir. Nə qədər qovsaq da, bu həşəratlar sonda öz istəyinə nail olur. Səhər yuxudan oyananda isə bədənimizdə ağcaqanadların qoyduğu xoşagəlməz izlər qalır. Bəs niyə ağcaqanad bizi sancır? Əlbəttə, bu səbəbsiz deyil. 

Alimlər ağcaqanadların daha çox kimi sancdığı ilə bağlı araşdırmalar aparıblar. Müəyyən edilib ki, bəzi insanlar ağcaqanadların daimi hədəfi olduğu halda, bəzilərinin yanından heç uçmurlar da.
Davamı →

Ağcaqanad əleyhinə dərmanlar insana da ziyandırmı?

Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.

Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə «sınanmış vasitə» tətbiq olunsa da, etriaf etməliyik ki, onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.

Ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni isə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.
Davamı →

Ağcaqanad dişləmələrinə qarşı 5 vasitə

Bu vasitələri hər evdə tapmaq olur və onlar həqiqətən effektlidir.

1. Buz
Yerli keyidici təsir edir, ağrını və qaşınmanı tez bir zamanda azaldır. Buz kubları, buzxanada olan istənilən donmuş məhsul istifadə oluna bilər. Dəridə 10-15 dəqiqədən artıq saxlamayın.

2. Qatıq
Bu da çox effektli vasitəbir. Ağcaqanad dişlədiyi yerə çəkin və saxlayın.

3. Soda
Yarım stəkan suya 1 ç.q. soda əlavə edin, qarışdırın, pambıq, bint və ya pambıq əski isladın və dişlənmiş yerə qoyun. İslatmanı 1-2 dəfə dəyişin.
Davamı →

Təbii ağcaqanad dərmanı


Yayda əsas problemlərdən biri ağcaqanadlardır. Bu problemi həll etmək üçün biz adətən müxtəlif «ağcaqanad dərman»larından istifadə edirik.

Lakin bu «dərman»ların tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün ziyanlıdır — sinir sisteminə mənfi təsir edir (xüsusilə bu uşaqlara aiddir), allergik reaksiyalara səbəb olur və s.
Davamı →

Ağcaqanad

İnsanlar üçün qeyri-real görünən bir çox şey heyvanlar tərəfindən rahatlıqla həyata keçirilir. Məsələn, insanlar hamiləlik müddətini uzada bilməzlər, amma bəzi canlılar bunu asanlıqla edə bilirlər.

Allah ağıla, zəkaya və hətta bəzən beyinə belə sahib olmayan canlılara heyrətamiz işlər etdirir. Bunlar arasında ən çox qarşılaşdığımız və bəlkə də ən az əhəmiyyət verdiyimiz canlı növlərindən biri ağcaqanadlardır.

Uçuşundakı üstün dizaynından, yumurtaları üçün torpağın nəmini və temperaturunu ölçməsinə və kamuflyaja qədər bir çox fövqəladə qabiliyyətə sahib olan ağcaqanadların ən əhəmiyyətli xüsusiyyəti doğuşunu gecikdirə bilməsidir.

Yağışa aldanmayan kiçik canlı 
Ağcaqanadlar yağışlarla birlikdə törəməyə başlayan canlılardır. Ancaq bəzi ağcaqanad növləri yumurtlama dövrlərinin gəlməsinə baxmayaraq, ilk yağışdan sonra deyil, ikinci, hətta üçüncü yağışlardan sonra yumurtlayırlar. Bu tədbir sayəsində ağcaqanad öz nəslini qoruya bilir.
Ardı →

Ağcaqanad kimləri sevir ?

 Gecələr bizi yuxusuz qoyan, daim qanımızı sovurmaqla məşğul olan bu həşəratlar bəs görək hansı tip insanları «sevir»?

Dünyada 2500 ağcaqanad növü yaşayır. Əsasən «vampirizm» xüsusiyyəti dişi ağcaqanadlarda var, erkək ağcaqanadlar isə tam əksinə «sülhsevər»dirlər, onlar vegetaryandırlar və qan ilə qidalanmırlar.

Qida axtarışı ağcaqanadları «vəhşi» edir və onlar qida axtarmaqçün 50 km yol gedə bilirlər. Bu həşəratlar üçün əsas informasiya və qida mənbəyi insan və heyvanların ətrafa yaydıqları istilik şüalarıdır. Məhz bunun vasitəsilə ağcaqanadlar öz qidalarını tapırlar.

Həmçinin canlı varlıqlardan ifraz olunan sidik turşusu və karbon dioksid qazları ağcaqanadları maqnit kimi cəlb edir. Əsasən kök adamlar və ateroskleroz xəstələrini qurban seçirlər.

Qadınlar kişilərə nisbətən ağcaqanadların «qida»sı olamağa daha yaxındırlar. Elmə məlum olmayan səbəblərə görə ağcaqanadlar əsasən sarışın qızlara və hamilə qadınlara daha çox üstünlük verirlər.
Ardı →