Yaşlanmayan ürəklərə salam olsun

«Sənədsiz sevgilər», «Qədər evləri», «Könül gülləri», «Uyak klavuzu», «Qafiyə klavuzu» kimi bir neçə kitabın müəllifi olan Hamit Göksoy şeir kitabının birinin adını «Küldeki kör» («Küldəki qor») adlandırır. «Gənclik şeirləri» adı ilə oxuculara təqdim etdiyi poeziya nümunələrini müəllif «Gənc ürəklərə» ithaf etmişdi. Bu gün ömrünün orta çağında yaşayan Hamit Göksoy kitaba daxil etdiyi şeirlərini 17-20 yaşlarında yazmışdı. Gənclik atəşi ilə yazdığı bu şeirlər haqqında şair «atəş yanar, kor buraxar» («ocaq yanar, közü qalar») ifadəsini işlədir. «Közlər küllənir, amma sönmür. Yanmağa davam edir. İçdən-içə, göynəyə-göynəyə… Nə zaman bir külək əssə, külü canlanar, yenidən dirilər və yenidən bir köprü qurar keçmişə, gələcəyə. Kitabdakı şeirlərinin hər biri bu köprünün birər ayağı və sütunudur» — deyir.

Davamı →

Soyuducudakı qartopu

Qapını açıb içəri girdi. Qaranlıq idi. Əlini uzadıb işığı yandırmaq istədi.

— İşıqlar sönüb-yan otaqdan anasının səsi gəldi.

Otaq dəhlizə nisbətən işıqlı idi. Yorğun halda divanda oturdu. Birdən yadına nə düşdüsə, hövlank ayağa qalxıb mətbəxə cumdu. Soyuducunu açıb buzluğa baxdı. Gördüyü mənzərə qarşısında bütün bədəni süst düşdü. Anası yaxınlaşıb qorxa-qorxa buzluğa boylandı.

— Bağışla qızım, mən tamam unutmuşdum onu. Bir də bütün binada işıqlar sönüb, heç aparıb qonşunun da soyuducusuna qoya bilməzdim.

O heç nə eşitmirdi sanki. Barmaqlarının ucu ilə suya dönmüş qartopusuna baxırdı. Səssiz ağlayırdı…


Ardı →

KAŞ və BƏLKƏ

Bir səhər oyanasan və görəsən ki, buludlar rəngini dəyişib. Səhər yeməyini yeyib liftin düyməsini basıb girəsən içəri və görəsən ki, qoca bir qadın dayanıb, amma, nə gileylənir, nə də yorğundu. Salamlaşıb keçəsən...

 Tıxacsız yollarda gedəsən, dəqiq dayanacaqlarda saxlayalar avtobuslar. Qızların təbəssümlərinin işıqforunda düşəsən tıxaca, dayanıb saatlarla baxasan. Və anlayasan ki, qırmızı rəngdən də başqa rənglər insanı yolundan eləyə bilir…


Ardı →

Arzular,məsləhətlər

Hər ötən il yaddaşımıza bir iz salır. İllər keçdikcə bu izlərin bəziləri unudulur, bəziləri isə ömürlük həkk olunur, bizə sevinc və ya kədər gətirir. Kədər gətirən illərimizi Allah Taala az etsin. Harda olursunuz olun, elə işləyin, elə oxuyun, elə yaşayın ki, başqa bir yerə gedəndə, yeriniz görünsün, onda sizi sevəcəklər, axtaracaqlar!
Ardı →