Bahar-Novruz bayramı | Gözəl Novruz şeiri

 

 

Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.

Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.


Davamı →

Bahar | Səməd Vurğun

Bahar, istəklimsən başdan-binadan,Səməd Vurğun
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng. 

Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan. 


Ardı →