Yaz depressiyasının əlamətləri

"İnsan bədənindəki bioritimlərin və hormonal balansın kəskin dəyişməsi insanlarda depressiv hallar yaradır. Xüsusən aprel ayının başlaması ilə əksər insanlar yaz depressiyası yaşayır".
Bu fikirləri psixoloq Fərqanə Mehmanqızı insanların depressiv halları barədə danışarkən bildirib. Psixoloqun sözlərinə görə, qışın bitməsi ilə insanın yuxu rejminin dəyişməsi və digər amillər onun əhvalına təsir edir: "Ümumiyyətlə, depressiyaların bir neçə növü var. Bunlara xroniki, atipik, melanxolik, fəsil, distim, doğuşdan sonrakı depressiya və s. aid etmək olar. Bunların da hərəsinin öz xarakteristikası var.

Davamı →

Qız uşaqları daha çox depressiyaya düşür

Uşaqlarda depresiya görülmə ehtimalı 3-5%-dirsə, yeniyetmələrdə bu ehtimal 4-8%-ə qədər qalxa bilir. Həkimlər depresiya göstəricilərinin cinsiyyətə görə də dəyişdiyini vurğulayır. Araşdırmalara görə, qız uşaqlarının problemlərə qarşı reaksiyası çölə vurmaqdan çox içinə atmaq olur.

Elə buna görə də oğlanlara nisbətən depressive göstəricilərin olma ehtimalının daha çox olduğunu bildirən psixoloqlar depresiya keçirmə mümkünlüyünü artıran səbəblər arasında bunları sadalayır: ailədə depresiya keçirən birinin olması, ailə içi problemlər, ana-ata arasındakı dava-dalaşlar, insanlararası münasibətlərdəki problemlər, tərkedilmə qorxusu və itkilər.

Davamı →

Qış depressiyası

Qış depressiyası bir növ affektiv narahatlıq – emosional pozğunluqdur. Bu hal fəsil depressiyalarının bir növüdür. Əsasən əhval-ruhiyyənin aşağı olması, həssaslıq, koqnitiv pozğunluqlarla – adaptasiya olmada çətinlik, yaddaşın zəifləməsi və s. müşahidə edilir.

Qadınlar kişilərlə müqayisədə bu hala daha həssasdırlar. Əsasən 18-30 yaş arası insanlarda daha çox baş verir. Bir çox alimlər bunu qış vaxtı yetərli gün işığı almama ilə əlaqələndirirlər. İşıq çatışmazlığı isə öz növbəsində beyində hipotalamusun işinə mənfi təsir edir, melatonin və serotonin arasındakı balans pozulur. Fəsil depressiyasının əlamətləri erkən payızdan da başlayaraq qışa qədər qala bilər. Hətta bir çox insanlar bu hala çox ağır reaksiya verirlər.
Davamı →

Depressiya

depressiyaAşağıda sadalanan əlamətlərdən ən az 5-i iki həftədir davam etməkdədirsə, təssüflə qeyd etməliyik ki, siz depressiyadasınız:
— Özünüzü davamlı olaraq kədərli, bitkin və ya gərgin hiss etmək;
— Həvəsin itməsi və gündəlik həyatdan zövq almamaq.
Məsələn, sevimli məşğuliyyət və ailə üzvlərinizlə ünsiyyətdən uzaqlaşmaq kimi.
— İştah və kiloda həddən artıq artma və ya azalma;
— Yuxusuzluq;
— Özünü günahkar, ümidsiz və çarəsiz hiss etmək;
— Fikir dağınıqlığı və ya qərarsızlıq;
— Narahatçılıq və durğunluq;
— Ölüm və intihar haqqında düşünmək və s.

Yuxarıda təqdim etdiyimiz tablo kədər, sıxıntı kimi gündəlik qayğılardan daha dərin və tibbi bir problemdir.
25-44 yaşları arasında depressiyanın sıxlığı ən yüksək həddə müşahidə edilir, xüsusilə də qadınlarda.

Depressiyanın müalicə olunmadığı hallarda ciddi problemlər yarana bilər ki, bunlar aşağıdakılardır:
— Ağır depressiya keçirən xəstələrin 15 %-i intihar edir;
— 55 yaşından yuxarı insanın depressiya keçirməsi halında intihar riski 4 qat daha artıqdır;
— Tez-tez depressiyaya düşən valideynlərin uşaqlarında depressiya 3 qat daha erkən yaranır.

Həmçinin bax:
—  Depressiya əlamətləri
—  Qadınlarda depressiya 
—  Depressiya və xanımlar
—  Depressiya şkalası 


Davamı →

Depressiya əlamətləri

Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumat verməyə çalışacam.


Ardı →