Diqqət fahişələri

Attention whore – Bu termini yəqin ki, eşitmisiniz. Eşitməyənlər üçün deyək: hərfi tərcümədə “diqqət fahişəliyi” kimi çıxır, psixoloji vəziyyətin populyar, çox yayılmış adıdır. Ruslar bu sözü belə ifadə edir: “вниманьетутка”. Türkiyədə isə buna “ilgi manyaklığı” deyilir.
Özünü necə, hansı yolla olur-olsun, istəklə, zorla diqqət mərkəzində görmək istəyən şəxslər bu “xəstəliyə” yoluxanlardır. Onlar ya öz istedadları ilə, ya bədənlərini nümayiş etdirməklə, yaxud da diqqət çəkəcək hər nə varsa, onu göstərməyə və ətrafındakılara, başqalarına, hətta dünyaya “məni izləyin” mesajını verməyə çalışırlar. Sanki hər “diqqət fahişəsi” qışqıra-qışqıra deyir:

Davamı →

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında monax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.  
Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.
Davamı →

Günvurma nədir?

Günvurma nədir? 

Günəş şüaları altında uzun müddət dayanma nəticəsində bədəndə temperaturun kəskin artmasına günvurma deyilir. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, bədən temperaturunun bəzən 40 dərəcədən də çox olması, halsızlıq, kəskin susuzluq hissi, başağrısı, ürəkbulanma və s.-dir.



Ardı →

Səni çox sevirəm

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinfindəki şagirdlərini mükafatlandırmağı qərara almışdı.

Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...

Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Sonra da əlavə iki lent verərək: “Sinfimizdə bir layihə həyata keçiririk. Əgər mümkünsə, siz də istədiyiniz bir adamı mükafatlandırın və ona əlavə bir lent verin. Qoy, o da başqasını mükafatlandırsın”, — demişdi...

O gün həmin vəzifəli şəxs acıdilliyi ilə tanınan müdirini mükafatlandırmağı qərara aldı. Müdirinin otağına girərək, “dahi bir insan olduğu üçün” onu mükafatlandırmaq istədiyini bildirdi. Sonra da mavi lenti yaxasına sancmaq üçün icazə verib-vermədiyini soruşdu.


Ardı →

Vaxtının bir saatını (İbrətamiz hekayə)


  — Ata, olar səndən bir şey soruşum?
— Əlbəttə, nə olub ki?
— Ay ata, nə qədər (maaş) alırsan?
— Sənə dəxlisi yoxdur — deyə, özündən çıxdı — həm də, neynirsən ki?
— Elə belə, sadəcə olaraq soruşdum. Xahiş edirəm, de, 1 saata nə qədər alırsan?
— Ümumiyyətlə desək, 1 saata 25 manat, niyə ki?
— Ata… — oğul atasına aşağıdan yuxarıya ciddi baxışlarla baxaraq — Ata, mənə 15 manat verə bilərsən?
— Sən bunu məndən soruşdun ki, sənə hansısa gic-gici oyuncağı almaq üçün pul verim? — deyə qışqırdı, — dərhal otağına get və uzan yat! Day bu qədər də eqoistlik olmaz. Mən bütün günü işləyirəm, dəhşət yoruluram, amma sən özünü səfeh kimi aparırsan.
Uşaq sakitcə otağına gedərək, özündən sonra qapını örtdü. Atası isə qapının arxasında duraraq oğlunun xahişinə qəzəblənirdi. «Axı məndən maaşımı soruşub sonra da pul istəməyi üçün necə cəsarət edir?»
Amma bir müddət keçdikdən sonra onun hirsi soyudu və sağlam düşüncə ilə düşündü: «Bəlkə ona nəyisə almaq zəruridir. Cəhənnəm olsun pullar, axı o indiyə qədər məndən pul istəməyib». Otağa girdiyi zaman oğlu artıq yerində (yatağında) uzanmışdı.
— Oğul, yatmamısan ki?
— Yox, ata. Sadəcə uzanmışam — oğlan cavab verdi.
— Deyəsən mən çox qaba cavab verdim — ata dedi — Mənim günüm ağır keçib və mən sadəcə olaraq birdən birə özümdən çıxdım. Bağışla məni. Al, mənə dediyin (miqdarda) pulları götür.
Oğlan yataqda oturub gülümsədi:
— Ay! Atam, çox sağ ol! — deyə ucadan dedi.
Sonra yastığının altına əlini ataraq bir neçə əlavə əskinaz götürdü. Atası oğlunun pulunun olduğunu görüb yenə də qəzəbləndi. Oğlan isə pulları bir yerə yığaraq diqqətlə pulları saydı və sonra atasına baxdı.
— Əgər sənin pulun var idisə, nə üçün məndən istədin? — deyə donquldandı.
— Ona görə ki, (pulum) çatmırdı. Amma indi tamamilə çatır — deyə uşaq cavab verdi. — Ata, bax burda tam 25 manatdır.

Olar ki, sənin (vaxtının) 1 saatını alım? Xahiş edirəm, sabah işdən bir az tez gəl, istəyirəm ki, bizimlə bir yerdə şam yeməyini yeyəsən.


Tərcümə və tərtib: Fərid Abdullah.

Davamı →

Kişilərin ilk diqqət etdiyi 6 şey

Hər zaman kişiləri diqqətsizlikdə günahlandıran xanımlara xoş xəbər. Sizə kişilərin qarşısındakı zərif cinsin nümayəndəsinə baxdığı zaman ilk 6 saniyədə diqqət yetirdiyi 6 şeyi təqdim edirəm. Bir çox xanımlar, mən də daxil olmaq şərti ilə kişiləri qadınlara nisbətən ətrafındakılara qarşı diqqətsiz olmaqda günahlandırır. Amma ilkin təəssürat hər kəs üçün maraqlıdır, yəni bu kişilər üçün də keçərlidir.  
Bir kişi qadını gördüyü anda 6 saniyə içində 6 şey onun diqqətini çəkir:

Bunların ilki gülümsəmənizdir. Həqiqətən, yoxsa yalandan, məcburiyyət qarşısında qalaraq gülürsünüz? Ya da gülüşünüz günorta yenməyində nə yediyinizdən xəbər verir mi?

İkincisi saçınızdır. Qadınların xarici görünüşlərində ən önəmli aksessuarlarından olan saçlarının düzümü, tərzi və ya rəngi kişiləri o qədər də maraqlandırmır. Onlar sadəcə saçlarınızın yumşaq, təmiz və gözəl qoxulu olub-olmadığına diqqət yetirirlər.


Ardı →

qoltuqaltı qaralması necə keçər?

Suna Dumankaya'nın kreslo altı qaralması üçün müalicəsi

vəsaitlər

Düyü unu (bir çay qaşığı qədər)

Qatıq (bir yemək qaşığı)

Sirkə (bir çay qaşığı)

Hazırlanması

Bütün vəsaiti bir kasanın içində yaxşıca qarışdırın daha sonra qarışığı kreslo altlarınıza tətbiq edin 15 dəqiqə qədər gözləyin. 15 dk sonra müalicəs ovaraq çıxarın və yüngül isti su ilə durulanın daha sonra limon suyu ilə təmizləyin daha tez təsir etməsini istəyirsinizsə körpə pudrası istifadə edə bilərsiniz.

Davamı →

Uşaq tərbiyəsində bəzi tövsiyələr

Körpənizə yasaqlar qoymağın və onu yaxşı əməllərə sövq etməyin tez olduğunu zənn etməyin. Əksinə, indidən uşağınıza düzgün davranış öyrətməyə çalışın. Deyək ki, bir yaşlı uşağınız şirniyyatdan ötrü çığır-bağır salır və ya marketdə səbətə qoyduğunuz paketləri sağa-sola dağıdır. Bu zaman siz onun hərəkətlərinə necə reaksiya vermək barədə düşünürsüz. Sizə elə gəlir ki, bu yaşda uşağı tərbiyə etmək çox tezdir, elə deyilmi? Doğrudur, etdiyi hərəkətlərə görə düşünməsi üçün otağına göndərmək, yaxud, bəzi imtiyazlardan məhrum etmək kimi taktikalar bu yaşda olan uşaqlar üçün faydalı deyil.
Ardı →

Diqqət haqqında anlayış

Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə  qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn,  sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.


Ardı →

Diqqət

1.            Diqqət haqqında anlayış və diqqətin funksiyaları.
2.            Diqqətin fizioloji əsasları.
3.            Diqqətin növləri.
4.            Diqqətin əsas xüsusiyyətləri.
Davamı →