İtirilənlər

Bir gün insan vergülü itirdi; o zaman çətin cümlələrdən qorxdu və sadə ifadələrdən istifadə etməyə başladı. Cümlələri sadələşən kimi düşüncələri də bəsitləşdi.
Başqa bir gün isə nida işarəsini itirdi. Alçaq səslə, səs tonunu dəyişdirmədən danışmağa başladı. O, artıq heç nəyə əsəbiləşmir, heç nəyə də sevinmirdi. Həm də heç nə onda ən kiçik bir həyəcan da yaratmırdı.
Bir müddət sonra isə sual işarəsini itirdi və daha sual vermədi. Artıq heç nə onun üçün maraqlı deyildi… Nə kainatla, nə dünya ilə, nə də özü ilə maraqlanmırdı.
Ardı →

Hər adam bir milyarderdir...

Deyəcəksiniz ki,mən də?Əlbəttə ki,siz də!Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz,siz də “Əlibaba və qırx quldur”nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiz…


Ardı →

Bu 3 şeyi öyrənməyiniz vacibdir

Ey, ALLAHım sən buyurduğun və mənim də bu dünyada üstünlük verdiyim üç xüsusiyyətdə insanlığı şərtləndirən bütün xüsusiyətlər cəmlənib, toplanıbdır. Beləlikə:

1.Səbirli olmaq
2.Şükür etmək
3.Zikr etmək

Nə ədalətli fərmandır! Dərindən düşünəndə bunu yaxşı bilirsən ki, həyatda əldə olunan uğurlar səbr və təmkinlə olmalıdır. Belə olmasa o uğur sənin deyil! Azmı olub ki, insanın səbirsizlikdən, hövsələsizlikdən ürəyi dayanıb, dünyasını dəyişibdir. Deməli — SƏBR:

Səbr — Düşünməkdir, anlamaqdır!
Səbr — Təmkindir, vüqarını pozmamaqdır!
Səbr — İstəyinə vaxtında, lazımınca çatmaqdır!
Səbr — Alçalmamaq, xırdalanmamaqdır!
Səbr — Dəyanətdir, mətinlik, mərdanəlikdir!
Səbr — ALLAHını sevmək, ona sığınmaqdır!
Səbr — Zirvələri fəth etməkdir!
Səbr — Dözümdür, təpərdir!
Səbr — Ürəyin genişliyi, alnın açıqlığıdır!
Səbr — Hər iki dünya nemətlərinə çatmaqdır!
Səbr — İşıqlı dünyaya açıq gözlə baxmaqdır!
Səbr — Əməl dəftərini zənginləşdirməkdir!

Sən bizim səbrimizi kəsmə!
Davamı →

Sizə bir məktub var...

Hansı kollecin məzunu olmaq istəyərsiniz?
Atanız ananız sizə hansı marka kompyuter alsın?
O biri sinifə keçsəniz kameralı mobil telefonumu istəyirsiniz?
Aman ha məktəbinizdəki balet kursuna davam edin..
Kollec formalarınız neçə növ olsun?
Məktəb avtobusunuz gec gəlsə hirslənərdinizmi? Amma doğurdan da… Siz nə anlayarsınız, şam işığıyla səhər açanlardan..
Sizə bir məktub var! yoxsulluqdan məktəbə gedə bilməyib, divarlarda yazı yazanlardan.. 


Ardı →

Kainat Kitabı və Oxuyan İnsan

Böyük insan olan kainat...Və kiçik kainat olan insan…

Kainatda olan hər bir şeyin kiçik bir nümunəsi insanin mahiyətində dərc edilmişdir.


Böyük aləm və o aləmin içində insanlar ədədincə kiçik aləmlər...


Hər insanın düşüncələriylə, xəyallarıyla, qorxularıyla, istəkləriylə, arzularıya formalaşdırdığı bir aləmi var. Bu kainatda insanlar ədədincə bir-biri ilə əlaqəli, iç-içə girmiş aləmlər var. Hər insanın qurduğu aləmin dirəyi isə onun həyatıdır. Həyat dirəyi qırılan kimi aləmi də başına yıxılır.


Ardı →